Icma.az
close
up
RU
Tural ziyanverici proqamlar yaratmağa meyilli idi

Tural ziyanverici proqamlar yaratmağa meyilli idi

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən, “Zeromap” MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Təqsirləndirilən şəxsin içraçı direktoru olduğu “Zeromap” MMC-in təsisçisi, “İdrak” şirkətinin prezidenti Hikmət Abdullayev şahid qismində ifadə verib.

Şahid ifadəsində qeyd edib ki, Turalla onu 2021-ci ildə ortaq tanışları görüşdürüb:

“Mən onunla söhbət etdikdən sonra sahə üzrə bilikli olduğunu gördüm. Onu işə götürdüm və özünü göstərməyi tapşırdım. Eyni zamanda, ona iş görməsi üçün bütün lazımi şəraitin yaradılacağını, texniki dəstəyin göstəriləcəyini bildirdim. Bununla yanaşı, ona dünyanın heç bir ölkəsinin şirkətlərinin gizlin şəkildə məxfi məlumatlarına daxil olmamasını tapşırmışdım”.

Şahid bildirib ki, Tural Əliyevə tətbiqlərdə boşluqları qısa zamanda aşkar edən proqram yaradılması üçün tapşırıq verib:
“Həmin proqramı biz dövlət orqanlarına təqdim edəcəkdik. Onlar bəyənsəydilər, tətbiq edəcəkdik”.

Hikmət Abdullayev qeyd edib ki, bir müddət sonra xaricdən ölkədən qayıdan zaman onu hava limanında DTX əməkdaşları qarşılayıb və o, istintaqa dəvət olunub. O, Turalın saxlanıldığını, saxlanma əsasının onun şirkətlərin server sisteminə qanunsuz daxil olması olduğunu bilib.

Məlum olub ki, 2021-2024-cü illər ərzində Hikmət Abdullayevin rəhbəri olduğu “İdrak” şirkəti Tural Əliyevin “Zeromap” şirkətinə 80 min manat ödəniş edib.

Şahid bildirib ki, bu iş və müddət qarşılığında 80 min böyük məbləğ deyil: “Şirkət hər zaman risk etməyi bacarmalıdır. 80 min şirkət üçün böyük məbləğ deyil. Biz pul yatırmalıyıq ki, daha çox qazanaq. Mənim pul qarşılığında tələbim boşluqları aşkar edən proqram tapmaq idi. Tələbim ziyanverici proqram yaratmaq deyildi.”.

Məlum olub ki, təqsirləndirilən şəxs həmçinin 2024-cü ilin aprel ayında “Ultra Texniki” MMC-nin serverinə qanunsuz şəkildə müdaxilə edib.

Daha sonra iş üzrə şahid qismində tanınan E.Abdullayev ifadə verib:

“İkimiz də eyni sahə üzrə fəaliyyət göstəririk. Forumların birində tanış olmuşuq. Tural ziyanverici proqamlar yaratmağa, onlarla maraqlanmağa meyilli idi. Hətta kiberhücumlara cəhd də edib. Hansı şirkətə cəhd etdiyini xatırlamıram. Lakin həmin cəhdlər uğursuzluqla nəticələnmişdi”.

Təqsirləndirilən şəxs Tural Əliyev məhkəmədə bildirib ki, o, iş üzrə özünü qismən təqsirli bilir:

“Mən “Ultra Texniki” MMC-nin serverinə qanunsuz şəkildə müdaxiləyə cəhddə özümü təqsirli bilirəm, amma ittiham aktında qeyd olunan “Ulduz” MMC şirkəti barəsində olan hissədə ittihamı qəbul etmirəm”.

Proses aprelin 17-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərinin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri