Icma.az
close
up
RU
Статья не опубликована
SURİYANIN ÇIRAĞI ANALİZ

SURİYANIN ÇIRAĞI ANALİZ

Icma.az, Aznews.az saytına istinadən bildirir.

Bəşər Əsəd rejimi süquta uğradı. Yaxın və Orta Şərqdə BƏƏS rejimlərinin ən çox müqavimət göstərən qalası da çökdü. Bundan sonra Suriyanı nə gözləyir? İndi düşüncələri məşğul edən əsas sual budur. Suriyanın post-Əsəd dövrü ilə bağlı müzakirələr geniş spektrda təhlil olunur.

Prosesə pozitiv rakursdan baxsaq, Suriyanın qarşısında dayanan bir neçə önəmli məsələ var.

Birincisi, Suriyada artıq baş vermiş hakimiyyət dəyişikliyi mürəkkəb bir siyasi keçidi labüd edir. Dəməşqi ələ keçirən qüvvələr artıq dövlət bayrağını da dəyişiblər ki, bu, özlüyündə həmin keçidin rasional və planlı şəkildə baş tutacağına bəribaşdan şübhə yaradır. Əsəd hökumətinin qalıqları, Suriya müxalifəti və beynəlxalq ictimaiyyət demokratik keçidi dəstəkləsə də, ölkənin heterogen etnik və dini tərkibi bu prosesi çətinləşdirə bilər. Yeni konstitusiya hazırlanması, seçkilərin keçirilməsi və güc bölgüsü məsələləri əsas problemlərdən olacaq.

İkincisi, Suriyanın gələcəyi artıq Suriyanın özündən çox, Rusiya, İran, İsrail, Türkiyə və ABŞ kimi regional və beynəlxalq güclərin maraqlarına bağlıdır. Post-Əsəd dövründə bu aktorların təsiri yeni hökumətin xarici siyasət istiqamətlərini müəyyən edə bilər. Xüsusilə Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları ABŞ və digər Qərb ölkələrinin yanaşmaları ilə üst-üstə düşməyə bilər. Bununla belə, Türkiyə Suriyada hazırda ən güclü beynəlxalq aktordur və bölgənin yenidən dizayn edilməsində aktiv rol alacaq. Əsəd rejiminin Azərbaycanın iki əsas müttəfiqi- İsrail və Türkiyə ilə dərin problemləri vardı. BƏƏS hakimiyyətinin çökməsi ilə həm İsrail, həm də Türkiyə regional nüfuzunu gücləndirir və bu, Azərbaycan üçün yeni imkanlar formalaşdırır.

Üçüncüsü, vətəndaş müharibəsi ölkə iqtisadiyyatını ciddi şəkildə məhv edib. İnfrastrukturun bərpası, qaçqınların və məcburi köçkünlərin geri qayıtması, iş yerlərinin yaradılması üçün böyük investisiyalara ehtiyac olacaq. Beynəlxalq donorlar və təşkilatlar bu prosesdə mühüm rol oynaya bilər, lakin bunun üçün Suriyanın ilk növbədə siyasi sabitliyə ehtiyacı var.

Dördüncüsü, Suriyanın gələcəyi etnik və dini qrupların sülh içində birgə yaşamasını təmin etməkdən asılıdır. Ərəb, kürd, türk, ələvi, sünni, xristian və digər qruplar arasında münasibətlərin normallaşdırılması uzunmüddətli barışıq üçün vacibdir. Bu, yalnız siyasi deyil, həm də sosial və mədəni tədbirləri əhatə etməlidir.

Beşincisi, vətəndaş müharibəsi dövründə parçalanmış Suriyada cəmiyyətinin bərpası üçün təhsil, səhiyyə və sosial xidmətlərin yenidən qurulması zəruridir. Gənc nəslin radikallaşmasının qarşısını almaq və yeni cəmiyyət quruculuğunda iştirakını təmin etmək əsas prioritet olmalıdır.

Altıncısı, silahlı qruplar və terror təşkilatları Suriyanın gələcəyi üçün ən ciddi təhlükələrdən biridir. Bu problem aradan qaldırılmasa, Suriyada dinc və sabit bir cəmiyyətdən danışmaq mümkün deyil.

Bütün bunlar, dediyimiz kimi, Suriyanın gələcəyinə hələ ümid dolu baxışlardır. Lakin reallıqda Suriyanın post-Əsəd dövründə üzləşəcəyi çətinliklər daha mürəkkəb və dərin olacaq. Gəlin, daha realist və pessimist bir yanaşma ilə bu vəziyyəti də təhlil edək.

Əsəd rejiminin devrilməsi ilə Suriyada hakimiyyət boşluğu yaranıb. Bu boşluq fərqli qrupların, xüsusilə də radikal təşkilatların və silahlı çətələrin hakimiyyət uğrunda şiddətli mübarizəsinə səbəb olacaq. Odur ki, Əsəd rejiminin süqutu ilə Suriyada vətəndaş müharibəsinin dayandığını söyləmək çətindir. Nəzər almaq lazımdır ki, Suriya müxalifəti dağınıq və zidd qüvvələrdən ibarətdir. Xarici güclər (Rusiya, İran, Türkiyə, ABŞ, İsrail və s.) bu boşluğu öz maraqlarına uyğun doldurmağa çalışacaqlar. Bu isə Suriyanı yenidən geosiyasi münaqişə meydanına çevirəcək.

Digər tərəfdən, Suriya müharibə nəticəsində tamamilə dağılmış bir iqtisadiyyata malikdir. Bu vəziyyətin bərpası üçün beynəlxalq yardım tələb olunur, lakin beynəlxalq cəmiyyətin Suriyanın bərpasına marağı o qədər də böyük deyil. Çünki bu kimi layihələr yüksək maliyyə vəsaiti və uzunmüddətli öhdəliklər tələb edir. Suriya isə belə perspektiv vəd etmir. Suriyanın strateji resursları (neft və qaz) müharibə dövründə çoxlu xarici güc tərəfindən istismar edilib, bu da ölkənin bərpası üçün iqtisadi bazanı zəiflədib. Zəngin Qərb ölkələri və ərəb dünyası Suriyada sabitlik yaratmaqdan daha çox, orada öz maraqlarını güdməyə üstünlük verəcəklər. Türkiyə öz təsir dairələrini qorumağa çalışacaq, ilk növbədə PKK-nın dayaqlarını sarsıtmaq üçün hərəkətə keçəcək. PKK-nın Suriya qanadının ABŞ tərəfindən dəstəkləndiyini xatırlasaq, bu, heç də asan proses deyil.

Türkiyənin post-Əsəd dövründə umacağı çoxsaylı qaçqınlardan qurtulmaq, suriyalıları evlərinə göndərməkdir. Lakin iqtisadiyyatı dağılmış, siyasi böhrana və xaosa sürüklənmiş vətənlərinə qayıtmaq milyonlarla qaçqın üçün məqbul olmaya bilər. Onların bir çoxuna Suriyanın bərpası maraqsız olduğu kimi, bir qisminin də qayıdışı yeni etnik-dini münaqişələrə səbəb ola bilər.

Suriyanın sosial tərkibi müharibə dövründə daha da dərinləşmiş etnik və dini ziddiyyətlərə görə dağılmış vəziyyətdədir. Odur ki, post-Əsəd dövründə:

Əlavilərlə sünnilər arasındakı qarşıdurma və etimadsızlıq davam edəcək. Kürdlərin siyasi tələbləri və Türkiyə ilə münaqişələri ölkəni daxili parçalanmaya sürükləyəcək. Xarici güclər bu parçalanmalardan öz maraqları üçün istifadə etməyə davam edəcəklər.

Beləliklə, Suriyanın post-Əsəd dövrü xaos, parçalanma və xarici müdaxilələrlə xarakterizə oluna bilər. Ölkənin tamamilə bərpa olunması isə uzun onilliklər tələb edəcək. Bu müddətdə Suriya "iflas etmiş dövlət" statusunda qalacaq. Suriyanın ayağa qalxması üçün beynəlxalq səviyyədə koordinasiyalı yanaşma və daxili siyasi iradə tələb olunur. Amma bu, mövcud reallıqlar fonunda çox çətin görünür. Odur ki, devrilən Bəşər Əsədin sarayından oğurlanan çilçırağı həm də Suriyanın çırağı hesab etmək olar.

Taleh ŞAHSUVARLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 08 Dekabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri