Icma.az
close
up
RU
“Turan Balabilgə Akademiyası” fəaliyyətə başlayıb FOTO

“Turan Balabilgə Akademiyası” fəaliyyətə başlayıb FOTO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 17-də Hədəf STARS kampusunda “Turan Balabilgə Akademiyası”nın fəaliyyətə başlaması münasibətilə təqdimat mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Akademiyanın elmi katibi, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev bildirib ki, “Turan Balabilgə Akademiyası” Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində-2025-ci il dekabrın 5-də Hədəf Liseyində təsis edilib. 
Türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və elmi irsinin qorunması və təbliği, eləcə də məktəblilər arasında akademik və mədəni əlaqələrin gücləndirilməsi məqsədilə yaradılan akademiyanın təsis konfransında Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən olan elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elvin Əliyev mərasim iştirakçılarına “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvləri barədə də ətraflı məlumat verib.
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, “Turan Balabilgə Akademiyası”nın prezidenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq tədbirdə iştirak edən elm və ictimaiyyət nümayəndələrini, valideynləri, akademiyanın ilk balabilgələrini səmimi salamlayaraq onlara təbriklərini çatdırıb.
 

O bildirib ki, milli kimliyinə bağlı, müasir düşüncəli, texnoloji biliklərə və mənəvi dəyərlərə malik türk gənci modelinin formalaşdırılması “Turan Balabilgə Akademiyası”nın əsas prioritetləri sırasındadır. Qeyd edilib ki, akademiya fəaliyyətini könüllülük, bərabərlik və akademik azadlıq prinsipləri əsasında həyata keçirir.


“Prezident İlham Əliyevin ‘Bizim ailəmiz Türk dünyasıdır’ tezisi əsas götürülərək tarixini bilən, gələcəyi quran, bəşəri elmə inteqrasiya olmağı bacaran nəsil yetişdirmək bizim həm ziyalı, həm də vətəndaşlıq borcumuzdur”, — deyən Şəmil Sadiq layihənin koordinatorları Gövhər Məhərrəmovaya və Səma Məstəliyevaya səmərəli fəaliyyətlərinə görə təşəkkür edib.
Türkiyə İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin (TESAM) xarici əlaqələr üzrə sədr müavini Talha Zeytinci çıxış edərək Hədəf Şirkətlər Qrupunun elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətlərdən danışıb, Türk dünyasının birliyi, bilik və təhsildə güclənməsi istiqamətindəki təşəbbüslərə görə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqə minnətdarlığını bildirib.
Daha sonra “Turan Balabilgə Akademiyası”na balabilgələrin seçim prosedurları ilə bağlı slayd-təqdimat nümayiş etdirilib.
Akademiyanın elmi rəhbərləri, bölmə rəhbərləri olan balabilgələr və iştirakçı üzvlər tədbir iştirakçılarına təqdim olunub. Bildirilib ki, akademiya 6 bölmə üzrə fəaliyyət göstərəcək. Üç aylıq kurs və təlimlərdən sonra məzunlara diplom və sertifikatlar təqdim ediləcək, onlar “Uşaq simpoziumu”nda iştirak hüququ qazanacaqlar.
Akademiyanın fəaliyyətinin digər Türk dünyası ölkələrindən olan üzv və rəhbərlərin cəlbi ilə daha da genişləndirilməsi nəzərdə tutulur. Vurğulanıb ki, bölmələrin elmi rəhbərləri öz sahələri üzrə peşəkar elm və ictimai xadimlərdir.
 

Belə ki, “Fizika və Riyaziyyat” bölməsinin elmi rəhbəri Qalib Şərifov, “Kimya, Biologiya və Həyat Elmləri” bölməsinin elmi rəhbəri Fətəli Hüseynov, “Süni Zəka və Data Elmi” bölməsinin elmi rəhbəri Məmməd Məmmədov, “Maliyyə və biznes savadlılığı” bölməsinin rəhbərləri İlqar İbrahimov və Vasif Əliyev, “Tarix və Mədəniyyət” bölməsinin elmi rəhbəri Dilqəm Əhməd, “Yaradıcı yazarlıq” bölməsinin elmi rəhbəri isə Ramil Əhməddir.


Balabilgələrdən Bətulə Abdulzadə “Kimya, Biologiya və Həyat Elmləri” bölməsinə, İbrahim Əzizli və Şəhla Xankişiyeva “Fizika və Riyaziyyat” bölməsinə, Araz Vəlizadə və Abbas Abdulzadə “Tarix və Mədəniyyət” bölməsinə, Əli Mirzəliyev “Süni Zəka və Data Elmi” bölməsinə, Murad Həsənli “Maliyyə və biznes savadlılığı” bölməsinə, İnci Sadiqova isə “Yaradıcı yazarlıq” bölməsinə rəhbərlik edəcəklər.
Mərasimdə çıxış edən elmi rəhbərlər təlim proqramları və planlaşdırma prosesi barədə məlumat verərək bu təşəbbüsün bilikli, vətənpərvər və məsuliyyətli gənclərin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda xatirə fotosu çəkdirilib, elmi rəhbərlərlə əməkdaşlıq müqavilələri imzalanıb.
Hədəf STARS kampusunun auditoriyalarında “Turan Balabilgə Akademiyası”nın təlimlərinə start verilib, ilk araşdırmalara başlanılıb.







Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Yanvar 2026 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri