Icma.az
close
up
RU
Doqquz ölkənin elm adamları BAKIDA “Turan Balabilgə Akademiyası” təsis olundu VİDEO

Doqquz ölkənin elm adamları BAKIDA “Turan Balabilgə Akademiyası” təsis olundu VİDEO

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub. 
Bizim.Media xəbər verir ki, Akademiyanın təsisi ilə bağlı keçirilən tədbirdə ölkəmizlə yanaşı, doqquz ölkədən elm adamları, ziyalılar və deputatlar iştirak ediblər. 
Tədbirdə “Turan Balabilgə Akademiyası”nın yaradılması ortaq Türk mədəniyyəti, tarixi, dili, elmi ənənələrinin araşdırılması və təbliği baxımından önəmli olduğu bildirilib.
Akademiyanın yaradılması məqsədindən danışan “Turan Balabilgə Akademiyası”nın prezidenti Şəmil Sadiq bildirib ki, akademiya türk dünyası məktəblilərinin tədqiqat bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Akademiyanın prezidentinin sözlərinə görə, təhsil müəssisəsindən hər ölkədən hər il 60 şagird, yəni balabilgə məzun ola biləcək. 
 

Türkoloq alim Firudin Cəlilov bu akademiyanın təsisi ilə illər öncə başlayan “Turan” hərəkatının davam etdiyini vurğulayıb.


Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, türkoloq alim deputat Cavanşir Feyziyev, şair Rüstəm Behrudi və digər qonaqlar çıxış edərək Akademiyanın Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcəyini bildiriblər.
Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib.
Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.
Qeyd edək ki, “Turan Balabilgə Akademiyası” 7 bölmə olaraq fəaliyyət göstərəcək və hər böməyə akademiyanın balabilgələri arasından seçilənlər rəhbərlik edəcəklər. 

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri