Icma.az
close
up
RU
Menu

17 ci körpəsini dünyaya gətirdi

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

U 17 millisi Gəncədə

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Turan sevdalısı türkçülüyün bayraqdarı

Turan sevdalısı türkçülüyün bayraqdarı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əli bəy Hüseynzadənin öz amalı isə üçrəngli bayrağımızın məfkurə qaynağıdır

Böyük Turançı mütəfəkkir Əli bəy Hüseynzadənin həyatı və yaradıcılığı, həyata baxışları, siyasi taleyi ilə yaxından tanış olanda insanı heyrət və qürur hissləri bürüyür. Düşünürsən ki, nə yaxşı ki, XX əsrin əvvəllərində, dünyanın o çox qarışıq, taleyüklü dönəmində bütün türk xalqlarına tərəqqi və intibahın yolunu göstərən belə işıqlı, fədakar ziyalılar olub.

Əli bəy Hüseynzadə XX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixinin görkəmli nümayəndəsidir. Ötən yüzilliyin əvvəllərində türkçülük məfkurəsinin intişar etməsində Əli bəy Hüseynzadənin danılmaz xidmətləri olmuşdur. O, Turan ideologiyasının həm də böyük carçısı idi. Əli bəy, eyni zamanda istedadlı bir ədib, alovlu publisist, fədakar maarifçi, gözəl rəssam və qayğıkeş təbib kimi də öz bilik və bacarığını xalqından əsirgəməmişdir.

Əli bəy hesab edirdi ki, azərbaycanlıların millət məfkurəsi türkləşmək, dini inancı islamlaşmaqdırsa, iqtisadi, mədəni, sosial-siyasi niyyəti avropalaşmaq (müasirləşmək) olmalıdır. Onun bu düsturu əqidə yoldaşları tərəfindən bəyənilmiş və təqdir edilmişdir. O yazırdı: “Türk xalqları birinci dövrdə qılıncla (Hun imperatorluğu dövrü nəzərdə tutulur - red), ikinci dövrdə dinlə (Osmanlı imperatorluğu dövrü) parlamışdılarsa, indi isə, yəni üçüncü dövrdə (XX əsrdə) elm və biliklə parlamalıdırlar...” Əli bəyin fikrincə, təhsilsiz millət kor kimidir. Türk xalqlarının əl-ələ verərək, birlik və həmrəy olaraq özlərinin azad, parlaq gələcəklərini qurmalıdırlar.

Acı təəssüf ki, sovet rejimi dönəmində bu böyük insan haqqında böhtan və iftiralara geniş meydan verilmişdi, adına cürbəcür “yarlıqlar” (“burjua millətçisi”, “pantürkist” və s.) yapışdırılmışdı, doğmaları “qırmızı terrora” məruz qalmışdılar, əsərlərinin nəşrinə qadağalar qoyulmuşdu... Lakin sovet rejiminin bütün basqı və qadağalarına rəğmən, Əli bəy Hüseynzadənin böyük adını və əməllərini xalqın yaddaşından silmək, tarixin səhifələrindən çıxarmaq mümkün olmamışdı.

Əli bəy Hüseyn bəy oğlu Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda ruhani müəllim ailəsində doğulub. İbtidai təhsilini atası Molla Hüseynin də müəllim işlədiyi Tiflis Müsəlman Məktəbində alıb. Çox erkən yaşlarında valideynlərini itirən Əli bəy ana babası - böyük maarifpərvər, müasirləri tərəfindən “Qafqazın birinci adamı” adlandırılan Qafqaz Şeyxülislamı Axund Əhməd Səlyaninin (1812-1884) himayəsində qalıb. Babasının Əli bəyin güclü və ləyaqətli şəxsiyyət kimi yetişməsində müstəsna rolu olub.

Altısinifli müsəlman məktəbini uğurla başa vuran Əli bəy babası Axund Əhmədin tövsiyəsi və Ziya Göyalpın “Rusiyada iki böyük türkçüdən biri” adlandırdığı Mirzə Fətəli Axundzadənin (1812-1978) köməyi ilə 1875-1885-ci illərdə Tiflis şəhər 1-ci kişi gimnaziyasında mükəmməl tam orta təhsil alıb. 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika –- riyaziyyat fakultəsinə daxil olmuş, oranı 1889-cu ildə fərqlənmə diplomu ilə bitirmişdi.

Əli bəy Sankt-Peterburqda yüksək universitet təhsili alsa da, bununla kifayətlənməmiş, Türkiyəyə gedərək İstanbul Universitetinin əsgəri-tibb fakültəsində (1890–1895) ali tibb təhsilinə də yiyələnmişdi. Əvvəllər bir müddət həkim – dermatoloq, sonralar isə İstanbul Universitetində professor köməkçisi işləyən Əli bəy siyasi fəaliyyətə qoşulur və “Gənc türklər”lə yaxınlaşır. Sultan II Əbdülhəmid bu səbəbdən onun həbsi barədə qərar verir. Əli bəy 1903-cü ildə köhnə tanışı olan bir hindli tacirin gəmisində gizli şəkildə Hindistana, oradan Çinə, nəhayət, Bakıya gəlib çıxır...

Bakı dövrü (1903-1910) Əli bəy Hüseynzadənin həyatında yeni mərhələnin başlanğıcı olur. Rusiyadan kənarda təhsil aldığı üçün Bakıda həkimlik işinə qəbul edilməyən Əli bəy publisistik fəaliyyətlə məşğul olmağa başlayır. Bu illərdə Bakıda yaşayıb – yaradan Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev kimi tanınmış ziyalılarla sıx təmaslar qurur. 1905-ci ildə çox böyük çətinliklə ana dilində “Həyat” qəzetinin nəşrinə razılıq verilir...

Bu mətbu nəşrin sahibi məşhur mesanat Hacı Zeynalabdin Tağıyev, naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev idilər. Azərbaycanın bu üç böyük fikir nəhəngi və söz adamlarının fəal iştirakı ilə nəşrə başlayan “Həyat” qəzeti ölkəmizdə o dövrdə milli ruhun yüksəlməsi və xalqın özünü dərk etməsi naminə zülmətləri yaran, beyinlərə ziya, işıq bəxş edən bir məşəl olmuşdur.

Əli bəy Hüseynzadə “Həyat” qəzetinin səhifələrində çap etdirdiyi “Türklər kimdir və kimlərdən ibarətdir?" adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq “Biz tatar deyilik, biz türkük”, - deyə hayqırmışdı, xalqa öz adı ilə “türk” demişdi və bunu başqalarına da dedirtmişdi, türklərin kimliyini onlara anlatmışdı. Bu mənada Azərbaycanda türkçülük hərəkatının həqiqi tarixi məhz Əli bəyin redaktoru olduğu “Həyat” qəzeti ilə başlayır.

Təsadüfi deyil ki, polyak mənşəli görkəmli Amerika tarixçisi Tadeuş Svyatoxovski doğru olaraq, “XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi. O da Əli bəy Hüseynzadə idi!”, - deyirdi. Qeyd edək ki, T.Svyatoxovski Azərbaycanın milli istiqlal tarixini ən dərindən, obyektiv və qərəzsiz tədqiq etmiş dünya şöhrətli tarixçi alimlərdəndir.

“Həyat” qəzeti bağlanandan sonra çox keçmədi ki, Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı və Əli bəy Hüseynzadənin redaktorluğu ilə “Füyuzat” dərgisi (1906-1907) işıq üzü görməyə başladı. Əli bəy “Həyat”da həyata keçirməyə çalışdığı türkçülük ideyalarını “Füyuzat”da da davam etdirərək, türkçülüyün siyasi proqramı olan “türkləşmək, islamlaşmaq, avropalaşmaq” formulunu bitkin bir sistem halına gətirdi. Azərbaycan ədəbiyyatında yeni bir istiqamət – “Füyuzat” ədəbi məktəbi (Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq və başqalarının təmsil olunduğu romantik ədəbiyyat) yarandı. Lakin “Həyat” kimi, “Füyuzat”ın da ömrü qısa oldu və qəfildən bağlandı...

...Türkiyədə Sultan II Əbdülhəmid taxtdan salınmışdı. Əli bəy 1910-cu ilin sonunda sabiq inqilabçı dostlarının dəvətini qəbul edərək yenidən Türkiyəyə köçmək qərarına gəlir. Çox maraqlıdır ki, bu dahi fikir adamının Bakıdan getməsi xəbəri o dövrün tanınmış ziyalıları tərəfindən milli faciə kimi qarşılanmışdı. Məsələn, istedadlı şair Əlabbas Müznib görkəmli fikir və söz adamı Əli bəyi “Qafqaz müsəlmanlarının atası” adlandırır, onu “dilsizlərin dili, karların qulağı, korların görən gözü” hesab edir, onun Bakıdan gedişi ilə “Qafqaz əhalisinin başsız, böyüksüz qalacağını” ürəkağrısı ilə dilə gətirirdi.

1918-ci il mayın 28-də Tiflisdə qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müvəqqəti olaraq Gəncədə fəaliyyət göstərdiyi dövrdə (16 iyun 1918 – 17 sentyabr 1918) Osmanlı dövlətindən hərbi yardım istəmiş və Nuru Paşanın rəhbərliyi altında türk ordusu Azərbaycana – Gəncəyə gəlmişdi. Bu dövrdə Əhməd bəy Ağayev (Ağaoğlu), Axund Yusif Talıbzadə ilə yanaşı, Əli bəy Hüseynzadə də Türkiyədən Azərbaycana göndərilmiş, dövlət quruculuğu məsələlərini Azərbaycanın siyasi və hökümət rəhbərləri ilə müzakirə etmiş və məsləhətlərini vermişdi.

Əli bəy Hüseynzadə Azərbaycanda xüsusi dəvət ilə bir də 1926-cı ildə Bakıda keçirilən I Beynəlxalq Türkoloji qurultayda iştirak etmək üçün Vətənə dönüb, qurultaya məruzə adı ilə gətirdiyi, əslində isə Xalq Cümhuriyyətinin süqutu və Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı məsələlərinə həsr olunmuş “Qərbin iki dastanında türk” əsərinin Bakıda nəşrinə nail olub. Türkoloji qurultay başa çatdıqdan sonra Əli bəy 1926-cı il martın 25-də Vətəndən sonuncu dəfə ayrılmalı olmuşdur.

Əli bəy Hüseynzadə İstanbul Universitetinin Tibb fakültəsində əvvəlcə dəri-zöhrəvi xəstəlikləri üzrə professor köməkçisi, sonralar professoru olmuş, 1933-cü ilə qədər bu vəzifədə çalışaraq daha çox pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bu böyük millət aşiqi 1940-cı il martın 17-də İstanbulda dünyasını dəyişib və şəhərin Qaracaəhməd məzarlığında torpağa tapşırılıb...

Əli bəy Hüseynzadə, həqiqətən, XIX əsrin sonu - XX əsrin əvvəllərində türk-islam dünyasının yetirdiyi nadir şəxsiyyət, dahi mütəfəkkir, bənzərsiz fikir adamı, böyük maarifçi və ictimai xadim idi. Onun haqq dünyasına qovuşmasından 85 il ötsə də, o, əsərlərində, əməllərində, parlaq ideyalarında bu gün də yaşayır. Doğulduğu Salyan şəhərində şərəfinə heykəli ucaldılıb, küçələrə, məktəblərə adı verilib. Əsərləri çap edilib, haqqında araşdırmalar aparılıb.

“Dilimin ucundadır həqiqətin böyüyü” deyən Əli bəy Hüseynzadəni xalqımız və bütün türk dünyası heç vaxt unutmayıb və unuda da bilməz. Nə qədər ki, müstəqil Azərbaycanın üçrəngli bayrağı var, həmin bayrağın rənglər rəmzlərinin müəllifi Əli bəy Hüseynzadə də var olacaqdır...

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see279

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see262

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see250

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see237

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see233

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see227

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see225

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see219

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see217

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see209

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see201

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see192

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see189

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see188

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see187

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see186

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see185

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see180

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

22 Sentyabr 2026 00:42see176

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri