Icma.az
close
up
RU
Türkçülüyün nəzəri yaradıcısı

Türkçülüyün nəzəri yaradıcısı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“Ziya Göyalp olmasa idi, Atatürk də olmazdı”

O, ötən əsrin əvvəllərində Türkiyədə gəncliyin məfkurə axtarışında olduğu bir dönəmdə özündən əvvəlki böyük türkoloqların ideyalarını sistemləşdirib türkçülüyün milli ideologiyasının elmi əsaslarını yaradıb. O, bu tarixi missiyanı o qədər heyrətamiz bir şövq və vəcdlə görüb ki, Turanın dünəni, bugünü və sabahı ilə bağlı parlaq fikir və düşüncələri milyonların qəlbinə yol tapıb. Bu böyük şəxsiyyətin adı və soyadı Ziya Göyalpdır!

Onun uca və sevimli milləti qarşısında xidmətləri o qədər böyükdür ki, fikrimcə, bu barədə yazmaq üçün hansısa bir səbəb axtarmağa, yaxud təqvimin uyğun günlərini gözləməyə ehtiyac yoxdur. Bu dahi fikir və düşüncə adamını tez-tez xatırlayıb yada salmaq bir vəfa borcumuzdur. Z.Göyalpın və məsləkdaşlarının türkün, bütövlükdə, Turanın tərəqqi və inkişafı naminə başladıqları missiyanın daşıyıcıları və davamçıları olmaqdan şərəfli nə ola bilər?!

Ziya 1876-cı il martın 23-də Diyarbəkirdə anadan olub. Atası Mehmet Tofik dövrünün istedadlı qəzetçilərindən idi. Övladlarını doğma yurda, torpağa sonsuz sevgi, sədaqət ruhunda tərbiyə edərək böyüdüb. Misal üçün deyək ki, bu evdə ünlü şair, mütəfəkkir Namiq Kamalın Vətəni vəsf edən gözəl şeirləri xüsusilə çox sevilib.

1895-ci ildə qardaşı Nihat bəy 19 yaşlı Ziyanı özü ilə İstanbula aparıb. Gənc, çılğın Ziya Baytarlıq məktəbinə daxil olsa da, o dövrdə rejim əleyhinə çalışanlarla əlaqə yaradıb. O, çap etdirdiyi “Bahar” məcmüəsini gizli şəkildə yaydığına görə, 1898-ci ildə həbs edilərək 10 ay Taşkışla, sonrakı 3 ay müddətində isə Zəptiyyə həbsxanalarında saxlanılıb. Həbsdən sonra onun doğma Diyarbəkirə yalnız göz dustağı olaraq qayıtmasına icazə verilib.

Ziya rəhmətə getmiş əmisinin qızı Vəcihə xanımla evlənib və şəhərdəki ticarət idarəsində məmur kimi çalışmağa başlayıb. Amma yenə də “dinc” oturmayıb, siyasi mövzularda iti qələmini işə salıb. “Diyarbəkir” qəzetində cəmiyyəti narahat edən mövzularda aktual yazılar çap etdirib. 1908-ci ildə II Məşrutiyyət elan ediləndə, “İttihad və tərəqqi” cəmiyyətinin Diyarbəkir şöbəsini yaradıb, “Diyarbəkir” qəzetilə əməkdaşlıq ilə yanaşı, özünün nəşr etdirdiyi “Peyman” qəzetində vətənpərvər fikirlərini yayıb.

Diqqət yetirsək görərik ki, bu dövrdə Ziya Göyalp hələ türkçü deyil, osmançı və islamçı idi. 1909-cu ildə “İttihad və Tərəqqi” cəmiyyətinin Salonikidə keçirilən qurultayına Diyarbəkirdən təmsilçi olaraq qatılan Z.Göyalp burada dövrün ən böyük sosioloqlarından sayılan Emil Dürkheymin əsərlərinin təsiri ilə Türkiyənin sosial və siyasi məsələlərini dərindən öyrənib. Və məhz həyatının bu dönəmində türkün əbədi səadəti naminə aradığı idealları özündən əvvəlki türkçülərin irəli sürdüyü turançılıqda tapıb və bu amal uğrunda mübarizəni həyatının mənasına çevirib.

Populyar “Gənc qələmlər” dərgisində yazılar çap etdirən Z.Göyalp xüsusilə “Turan” şeiri ilə bu jurnala turançılıq ideyası ilə yep-yeni bir ruh gətirib. Bu dövrdə türk gəncliyi millətin xilas yolunu göstərən bir məfkurə arayırdı ki, Z.Göyalpın “Turan” şeiri, onun şərh və təsviri ilk qığılcım rolunu oynadı. Bəli, “Turan” şeiri Z.Göyalpın fikri inkişafında bir dönüş nöqtəsi idi:

Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən böyük və əbədi bir ölkədir –Turan!

1912-ci ildə Erqani bölgəsindən millət vəkili seçilən Z.Goyalp İstanbula gələrək, burada həm “İttihad və Tərəqqi” partiyasında siyasi fəaliyyətini davam etdirmiş və həm də sosiologiyanı çox gözəl tədqiq etdiyi üçün darülfünunda bu bölməni yaratmış, orada bu fəndən dərs demişdir. O, bu partiya tərəfindən o dövrdə həyata keçirilən bir çox sosial islahatların müəllifi və icracısı olmuşdur.

Onun parlaq publisistikası kütlələrin fikir və düşüncələrinə hakim kəsilirdi. Ziyalılar, gənc zabitlər onun milli ruh və qələbə əzmi aşılayan əsərlərini oxuyaraq ruhlanırdılar. Osmanlı imperiyasının bətnindən yeni Türkiyə doğulurdu! O dönəmdə Z.Göyalpın ən həyəcanlı oxucularından biri türk xalqına istiqlal yaşadan Mustafa Kamal Atatürk olmuşdur. Mustafa Kamal sonralar demişdi ki, Ziya Göyalp olmasaydı, Atatürk də olmazdı.

Z.Göyalp sanki həyatın ona zaman limitini xəsisliklə ayırdığından xəbərdar idi, Türkiyə dövləti və milləti ayağa durması naminə sonsuz bir enerji ilə qurub-yaratmağa tələsirdi. 1918–1922-ci illərdə Türk tarix və mədəniyyətini yeni bir görüşlə araşdıraraq elmi milliyyətçiliyin əsaslarını işləyib hazırlamışdır. O, bu elmi ilə yanaşı, dünyagörüşünü və ideyasını anladan şeirlər də yazmışdır. Göyalp yeni fikirləri ilə bu illərdə vücuda gələn Türk milli ədəbiyyat cərəyanının təşəkkülündə mühüm rol oynamış, milli ədəbiyyata xalq dilinin, türk tarix, əfsanə və xalq ədəbiyyatının qapılarını açmış, onları küll halında məfkurəvi mübarizələrin bir sözcüsü halına gətirmişdi.

Onun həyatı canından çox sevdiyi Vətəni kimi, fırtına və təlatümlərlə dolu idi. 1919-cu ildə İstanbulu işğal edən ingilislər “İttifad və Tərəqqi” partiyasının üzdə olan nümayəndələrini, o cümlədən Z.Göyalpı həbs edərək Əhməd bəy Ağaoğlu və digərləri ilə bərabər Malta adasına sürgün etmişdilər. Z.Göyalp 1921-ci ildə sürgündən qayıtdıqdan sonra Diyarbəkirə gələrək “Kiçik məcmuə” adlı dərgi nəşr etdirməyə başlamışdı.

Bu dövrdə artıq türkçülük bir məfkurə halına gəlmiş və Türk dövlətini idarə edənlərdə məmləkətdən kənarda olan türk-müsəlman qardaşlarına qarşı yaxınlıq hissləri artmış, Z.Göyalpın dərin bir inam hissilə anlatmağa çalışdığı “Turan” ölkəsi anlayışı zehinlərdə yer tutmağa başlamışdı. Onun ideyalarını və yaradıcılıq yolunu təqib və təqlid edən bir sıra yazıçı və şairlər də türkçülük və turançılıq ruhunda əsərlər yazmağa başlamışdılar.

Z.Göyalpın təsiri ilə türkçülük Türkiyə hökumətinin rəsmi ideologiyasına çevrilmişdi. Hətta dövlətin hərbi naziri Ənvər Paşa və xarici işlər naziri Tələt Paşa turançılığı dövlətin xarici siyasətinin əsas amili kimi qəbul etmiş və bu yöndə konkret addımlar da atmışdılar. Bu mərama sadiq qalaraq onlar Qafqaz Türk İslam Ordusunu yaratmış, Azərbaycana və Şimali Qafqaza göndərmişlər. Bu ordunun sayəsində erməni daşnaklarının burada türk-islam əhalisinə qarşı törətdiyi soyqırımlara son verilmişdir. Beləliklə, Quzey Azərbaycan və Şimali Qafqaz öz müstəqilliyini əldə etmişdir.

Nuru paşa at belində
Türkiyədən – Qarsdan gəlir.
“Azərbaycan” deyə-deyə,
Yaralanmış aslan gəlir...

Bu misralar Xalq şairi Nəriman Həsənzadənin “Nuru paşa” poemasındandır. XX əsrin əvvəllərində bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru paşanı göydən enmiş xilaskar mələk kimi qarşılamışdı. Qısa müddət sonra isə türk qardaşlarımızı Bakını erməni-daşnaklarından xilas edəcəkdilər. Qədirbilən Azərbaycan xalqı bu yaxşılığı heç vaxt unutmayacaq!

Z.Göyalp Bakının azad edilməsi xəbərini eşidəndə dünyalar qədər sevinmişdi. Türk əsgərinin bu tarixi zəfəri onun Turanın gələcəyinə olan dərin inamını daha da gücləndirmişdi. O, öz fikir və mülahizələrini proqram şəklinə salaraq sonradan onu “Türkçülüyün əsasları” adı ilə nəşr etdirmişdir. Bu əsər Ziya Göyalpın qələmindən çıxan ən dəyərli əsərlərdəndir. Müəllif belə yazmışdır: “Millət nə irqi, nə qövmi, nə coğrafi, nə siyasi və nə də iradi bir zümrə deyildir. Millət, dilcə, dincə, əxlaqca və gözəllik duyğusu baxımından müştərək olan, yəni eyni tərbiyəni almış fərdlərdən ibarət olan bir toplumdur”.

Osmanlı imperiyası Birinci Dünya müharəsində uduzub süqut etsə də, qəhrəman türk xalqını heç bir xarici qüvvə yenə bilməzdi. Qazi Mustafa Kamalın öndərliyi ilə Anadoluda başlayan istiqlal mücadiləsi qələbə ilə nəticələndi. Böyük Atatürk bir “Təlif və tərcümə heyəti” yaradaraq fikirlərinə dərin hörmət bəslədiyi Z.Göyalpı da bu heyətə daxil etdi. 1923-cü ildə Diyarbəkirdən Türkiyə Millət Məclisinə vəkil seçilən Z.Göyalp arzusunda olduğu milli dövlətin – Türkiyə Cümhuriyyətinin ideologiyasının təməl prinsiplərini təkmilləşdirməyə başladı, fəqət, 1924-cü ildə xəstələnərək 48 yaşında ikən 25 oktyabrda gözlərini bu dünyaya əbədi olaraq yumdu.

Z.Göyalpın ölümü bütün türk dünyasında böyük üzüntü yaratmış, o dövr Türkiyə qəzet və dərgilərində onun dəyərini anladan xeyli yazı dərc edilmişdi. Yaxın dostu və məsləkdaşı Əhməd bəy Ağaoğlu yazmışdı: “Heç bir zaman, heç bir vəziyyətdə sayın Göyalpın ruhuna çarəsizlik kimi zəifliklər girməmişdir. Ən müşkül və ən qaranlıq zamanlarda o, daim ətrafına iman və ümid saçmışdır”.

Z.Göyalp bir vaxtlar yazmışdı: “Türklərin mədəniyyət əsrinə girmələri üçün yalnız keçmişlərinə dönüb baxmaları kifayərdir”. Bu gün bu dahi şəxsiyyətin Turanla bağlı arzuları həyata keçməkdədir. Böyük bir coğrafi məkanda müstəqil türk dövlətləri yaranaraq sürətli iqtisadi, mədəni inkişaf yolu keçir. Bəli, “Düşmənin ölkəsi viran olacaq, Türkiyə böyüyüb Turan olacaq!” – deyən Z.Göyalpın ruhu şaddır!

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see339

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see256

Dondurma dadında banan

13 İyul 2026 18:44see229

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see227

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see221

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see220

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see217

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see195

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see187

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see175

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see173

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see169

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see168

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see165

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see160

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see160

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see159

D 8 təşkilatının Baş katibi: Üzv dövlətlərlə praktiki əməkdaşlıq güclənəcək

13 İyul 2026 18:51see154

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see154

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri