Turan Tovuz azarkeşləri bəyanat yaydı: Oyunlara gəlməməyi belə nəzərdən keçirəcəyik
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Turan Tovuz"un azarkeş qrupu "Ultras Turan" bəyanat yayıb.
Sportal.az xəbər verir ki, fanatlar hakim idarəçiliyindən narazılıqlarını bildiriblər:
"Futbol ictimaiyyətinin diqqətinə
Tribunamız hər zaman nümunəvi davranışı, möhtəşəm dəstəyi, komandasına sadiqliyi ilə seçilib. Premyer Liqaya yüksəldiyimiz ildən bütün dövrələrdə rekordlar qıran, səfər oyunlarında da komandasına Tovuz ab havası yaradan məhz "Turan Tovuz" azarkeşləri, "Turan Ultras" azad azarkeş qrupudur. Klubumuzun qarşısına qoyduğu vacib missiyanı hər zaman dəstəkləmiş, icrasında da əlimizdən gələni əsirgəməyəcəyimizi hər zaman bəyan etmişik. Ötən mövsüm olduğu kimi, hazırkı mövsümdə də bərbad hakim idarəçiliyi, qərəzli "səhvlər"lə haqqımız tapdalanıb, vacib xallarımız qəsb olunub. Son turda "Sabah"la keçirilən oyunda bütün futbol ictimaiyyəti qələbəmizin əlimizdən alındığının şahidi oldu.
"Ultras Turan" olaraq 23-cü turda keçiriləcək "Turan Tovuz" - "Araz Naxçıvan" oyununun ilk dəqiqəsində bərbad hakim idarəçiliyinə etiraz olaraq kürəyimizi meydana tərəf çevirməyi, bununla da etiraz səsimizi futbol ictimaiyətinə çatdırmağı nəzərdə tuturuq. Bu protestə oyuna gələn bütün azarkeşlərimizin qoşulmasını xahiş edirik. Bildiririk ki, eyni hallar təkrarlanacağı təqdirdə ümumiyətlə oyunlara gəlməməyi belə nəzərdən keçirəcəyik. Klubumuzun da açıqladığı kimi, ədalətli hakimlik istəyirik".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 13 Fevral 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















