Icma.az
close
up
RU
“Turan Tovuz” eyforiyadadı?

“Turan Tovuz” eyforiyadadı?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli premyer-liqasında yeni mövsümün başlanmasına cəmi üç gün qaldı.

Bilindiyi kimi, 2026/27 “futbol ili”ndə iddialı olacağı gözlənilən komandalardan biri də “Turan Tovuz”du. Əslində daha əvvəl komandanın avrokuboklara vəsiqə qazanmaq uğrunda əsasən "Sabah", "Qarabağ", "Neftçi" və "Zirə" ilə gərgin mübarizə şəraitində olacağını düşünürdük. Lakin "bozqurd"un İdarə Heyətinin sədri Ehtiram Quliyev "PeakEye Group" ilə əməkdaşlıq müqaviləsi imzaladıqdan sonra media nümayəndələrinin önünə çıxdı və çempionluq uğrunda tər tökəcəklərini elan etdi.
Xatırlayırsızsa, funksioner ötən il də belə addım atmış, yəni çempionluq iddiasını irəli sürmüş, sonda komandası 3-cü yeri tutmuşdu. Əlbəttə, hadisələrin budəfəki axarının nə ilə nəticələnəyi maraq doğurur.
Hazırda o bəllidi ki, bölgə təmsilçisinin məqsədi mövsümü konkret birinci pillədə tamamlamaqdı. Belədə xüsusən "Neftçi", "Qarabağ" və "Sabah"ı qabaqlamaq lazım gələcək ki, yetərincə çətin vəzifədən söhbət gedir.
İş ondadı ki, bu iddianın reallıqlarla uzlaşmadığını görmək üçün kollektivin mövsümlərarası fasiləni necə dəyərləndirdiyinə baxmaq kifayətdi. Düzdü, ötən mövsümün sonunda avrokuboklara vəsiqə qazanan "bozqurd" təlim-məşq toplanışına ən erkən başlayanlardan idi. Lakin UEFA-nın məlum səbəblər üzündən kollektivi Konfrans Liqasından uzaqlaşdırması bu hazırlıq mərhələsinin vaxtından əvvəl yekunlaşmasına və heyətin ölkəyə qayıtması ilə nəticələndi. Növbəti dəfə iyulun 4-də Ankaranın Qızılcahamam bölgəsində toplanışa start verən "bozqurd" birinci mərhələni burda, ikincini isə Boluda keçirdi. Türkiyə toplanışı çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayan tovuzlular cəmi iki qələbə qazandı. Dəqiqi, İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə oyunlar 1:1 hesablı "sülh"lə başa çatdı. Həmçinin "Turan Tovuz" "Iğdır"ı 1:0, "Gənclərbirliyi"ni isə 4:0 hesabıyla məğlub etdi. Qardaş ölkə komandalarından yalnız "Gənclərbirliyi" superliqada çıxış edir ki, ötən mövsümü 14-cü sırada başa vurublar.
Yenə də "bozqurd"un təlim-məşq toplanışının heyət üçün həqiqətən də faydalı olduğunu demək doğru olmaz. Azı ona görə ki, rəqiblər yetərincə iddialı deyil. Üstəlik "Sabah" və "Qarabağ" kimi komandalarla amansız mübarizədən sağ çıxmaq üçün daha güclü rəqiblərlə oyunlarda qüvvə sınamaq lazım idi. Ancaq bu problemi həddən artıq böyütməyə dəyməz. Çünki ilk turlar bir çox komanda üçün istənilən halda çətin olacaq.
"Turan Tovuz"da əsas çatışmazlıq heyətin keyfiyyəti və kəmiyyəti ilə bağlıdı. Bəli, həmin heyət ötən mövsümü üçüncü sırada tamamlamağa qadir oldu. Lakin rəqiblərin mövsümlərarası fasilədə daha da gücləndiyini unutmamalıyıq. Bu yöndə ən fəallardan biri də "Sabah"dı ki, artıq "bayquşlar"ın ardıcıl ikinci dəfə çempion olacağını düşünənlərin sayı artıb. Heyətini böyük ölçüdə yeniləyən "Qarabağ"dan da gözləntilər çoxdu. Azarkeşləri düşünür ki, ötən mövsüm titulsuz qalan "köhlən atlar" növbəti "futbol ili"ndə mütləq qisas alacaq. Üstəlik 90 illik yubileyini qeyd etməyə hazırlaşan "Neftçi" də çempion olmaq niyyətindədi. Konfrans Liqasında liqa mərhələsinə qədər irəliləmək istəsə də, bir mərhələ belə keçə bilməyən "ağ-qaralar", heç olmasa, premyer-liqada ümidləri doğrultmağa çalışacaq. Düzdü, paytaxt təmsilçisinin çempion olmaq ehtimalı yüksək qiymətləndirilmir. Ancaq Yuri Vernidubun rəhbərliyi altında mübarizə aparacaq komanda rəqiblər üçün başağrısı ola biləcək.
Deməli, bu şəraitdə yay "transfer pəncərəsi"ndə 4 futbolçuyla yolları ayırmaq, cəmi 5 yeni oyunçu transfer etmək sağlam strategiya deyil. Üstəlik bunlardan biri Polşanın LKS və "Radomyak" klublarında uğursuz legioner həyatı yaşayan, ardından mövsümlük hədəfə çata bilməyən "Araz-Naxçıvan"ın formasını geyən Rahil Məmmədovdu. Halbuki Ehtiram Quliyevin yuxarıda bəhs etdiyimiz tədbirdə verdiyi açıqlamadan sonra daha sanballı keçidlər gözlənilirdi.
Əvvəl alınan oyunçulara gəlincə, Aleksey Kenyaykin Sergey Samokun, 34 yaşlı (!) Stiv Beusnard isə Filip Ozobiçin yerini doldurmaq üçün alınıb. Yalnız serbiyalı müdafiəçi Filip Damyanoviçinin keçidini yüksək qiymətləndirmək olar ki, o da zəngin karyera sahibi deyil.
Belədə "Turan Tovuz"un həm təlim-məşq toplanışından, həm də heyətin komplektləşdirilməsi prosesindən səmərəli istifadə etmədiyi gün üzünə çıxır. Belə strategiyanın məhsuldar olacağını düşünmək isə klubun yalnız eyforiyaya qapılmasının nişanəsidi! 
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Avqust 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri