Turan Tovuz klubunun rəsmisi: AFFA nın qərarı ilə bağlı mövzuya rəy bildirməyəcəyik
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi bölgə təmsilçisinin bəyanat yayaraq AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verdiyi üçün 20 000 manat cərimələyib.
"Turan Tovuz" klubunun mətbuat katibi Süleyman Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələyə rəy bildirilməyəcək:
"Klubun daxili iclasında qərar qəbul edildi ki, bu məsələ ilə bağlı heç bir rəy bildirilməsin".
Anar Həsənov
10:12
AFFA İntizam Komitəsi "Turan Tovuz"u 20 000 manat cərimələyib.
Oxu.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Bölgə təmsilçisinin bəyanat yayaraq AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verdiyi bildirilib:
"AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda, bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Fevral 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















