Icma.az
close
up
RU
Turan Tovuz zarafat edənə oxşamır Liderin real portreti

Turan Tovuz zarafat edənə oxşamır Liderin real portreti

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu həftənin əsas hadisəsi "Qarabağ"ın Çempionlar Liqasında İngiltərə nəhəngi "Çelsi"ni Bakıda büdrətməsi oldu. Qitənin ən nüfuzlu klub turnirində bu mövsümkü nəticələri ilə adından söz etdirən çempionun London klubu ilə başabaş oynayıb bərabərə (2:2) qalmasından sonra sözsüz ki, Azərbaycana, Azərbaycan Premyer Liqasına diqqət artıb. Təsəvvür edək: maraqlananlar açıb turnir cədvəlinə baxanda görürlər ki, lider "Qarabağ" deyil, başqası - "Turan Tovuz"dur. "Azərbaycanın hazırda ikincisi olan komanda "Çelsi"yə, "Benfika"ya, "Kopenhagen"ə qan uddurursa, gör, bunların birincisi necə güclüdür" sualının məntiqi bizi bu yazını yazmağa vadar etdi. Gerçəkdən, "Turan Tovuz" liderliyi necə bacardı?

İnam uğurun yarısıdır

"Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev hələ mövsümün əvvəlində hədəflərini açıqlayaraq çempionluğa oynayacaqlarını deyəndə, bəziləri bunu ilk olaraq təbəssümlə qarşılamışdılar. Əlbəttə, "Qarabağ" kimi son illərin dəyişməz çempionu qala-qala, bu hədəfə çatmaq inandırıcı görünməmişdi. Ancaq turlar ötdükcə klub rəhbərinin boşuna iddia səsləndirmədiyi aydın olur. Nəticə göz qabağındadır: "Turan Tovuz" dörd pərdəli tamaşanın ilk bölümünü baş rolda tamamlamaq üzrədir. 10 tur ərzində 3 həftəni zirvədə tamamlamaq çox şeydən xəbər verir. Belə desək, "Turan Tovuz" zarafat edənə oxşamır.

Qürbətdə xan olunca...

Nəzərə almaq lazımdır ki, qərb təmsilçisi ilk dövrənin böyük hissəsini çətin şərtlər altında keçirib. Söhbət komandanın təmsil etdiyi Tovuzdan uzaq düşməsindən gedir. Stadionun ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar Kurban Berdiyevin komandası ev oyunlarını paytaxtda, konkret, "Qarabağ"a məxsus "Azərsun Arena"da keçirməli oldu. Bəlli həqiqətdir ki, Tovuzun ab-havası başqadır və istənilən komanda burada oynayanda böyük təzyiqlə üzləşir. Düzdür, tovuzlu azarkeşlər sevimli komandalarını paytaxtda da dəstəksiz qoymurdu. Ancaq təkcə bir faktı vurğulamaq yetir: Öttüyün yenilənməsindən sonra təmsil etdiyi məkana dönən "Turan Tovuz"un "Şamaxı" ilə son tura təsadüf edən görüşünü 5800 tərəfdar izlədi ki, bu da mövsümün rekord tamaşaçı məhsuldarlığıdır. Sözə qüvvət: 10 turda 7 qələbə qazanıb 3 məğlubyətlə üzləşən "qurdlar"ın uduzduğu görüşlərin 2-si məhz "Azərsun Arena"da reallaşıb.  

Hamıdan çox qələbə qazanan, sülh tanımayan "boz qurdlar"

Qeyd etdiyimiz kimi, "Turan Tovuz" 10 turdan yeddisində meydanı 3 xalla tərk edib, qalan üçündə isə ümumiyyətlə əliboş qalıb. Başqa sözlə, Berdiyevin komandası sülhsevər deyil. Halbuki, ötən mövsüm bu göstərici kifayət qədər yüksək idi. 36 turda 14 qələbə qazanan tovuzlular 13 heç-heçə ilə kifayətlənmiş, 9 görüşdə məğlub olmuşdular. Komanda heç-heçələrin sayına görə yalnız "Sabah"dan (18) geri qalmışdı. Göründüyü kimi, "boz qurdlar" ötən mövsüm xal bölgüsünə üstünlük verdikləri duelləri bu mövsüm qələbəyə dəyişməklə diqqət çəkir. 

İlk 10 turun nəticələri:

2025-08-16    İmişli - Turan Tovuz    0:1 
2025-08-24    Turan Tovuz - Araz‑Naxçıvan 1:2
2025-08-29    Neftçi - Turan Tovuz 0:1
2025-09-13    Turan Tovuz - Qəbələ 1:0
2025-09-20    Sabah - Turan Tovuz 2:0 
2025-09-28    Turan Tovuz - Kəpəz 3:0
2025-10-04    Sumqayıt - Turan Tovuz 0:3 
2025-10-17    Turan Tovuz - Qarabağ 1:2
2025-10-24    Karvan Yevlax - Turan Tovuz 1:2
2025-11-02    Turan Tovuz - Şamaxı 2:1 


Praqmatiklik tərzdədir, nəticədə deyil

"Turan Tovuz"un sərgilədiyi oyun darıxdırıcı görünə bilər. Hər halda, Kurban Berdiyevin komandası bəzi oyunlarda ultramüdafiə futbol nümayiş etdirir. Amma "qaliblər mühakimə olunmur". O başqa məsələ ki, komandadakı praqmatiklik tərzdədir, nəticədə deyil. Əksinə, "ya uduram, ya uduzuram" yanaşması fərqli mətləbdən xəbər verir. Praqmatiklərin "bir qol olsun, mənim olsun" devizi də "Turan Tovuz"a yaddır. Qərb təmsilçisi vurulan qolların sayında yalnız "Zirə" (18 qol), "Araz-Naxçıvan" və "Sumqayıt"dan (hər ikisi 16) geri qalır. Əvəzində 8 qol buraxıblar. Bu da qapanan komandalar üçün spesifik deyil. Müşahidələrimizi ümumiləşdirsək, qol vurana və ya buraxana qədər həddindən artıq ehtiyatlı oynayan Berdiyevin yetirmələri gedişatdan asılı olaraq taktikanı dəyişir, aqressivləşir. Bu mənada son iki turda "Karvan-Yevlax" və "Şamaxı" ilə matçlar dediklərimizin sübutudur. "Turan Tovuz" rəqib qapısına yol tapmaq üçün çox vaxt standart vəziyyətlərə bel bağlayır.   

Dörd bombardiri olan komandanın "açar oyunçuları"

Müdafiə Kurban Berdiyev üçün vacib elementdir. Təcrübəli mütəxəssis həddindən artıq nəticəyönümlü olsa da, müdafiə qələbəyə gedən bir vasitədir. Taktiki üsluba gəlincə, "Turan Tovuz" əsasən beşli müdafiə ilə oynayır. Komanda cinahlardan hücum etməyə və əks-hücumlara üstünlük verir. 
"Açar oyunçular"a gəlincə, cinah müdafiəçisi Xorxe Silva komandanın önəmli fiqurlarındandır. Portuqaliyalı "7 nömrə" cinah həmlələrində fəal iştirak etməklə yanaşı, standart vəziyyətlərdə də təhlükəlidir. Onun aut atışları sanki cərimə zərbəsidir.


Ortada isə Roberto Olabe liderdir. İspaniyalı mərkəzdə həmyerlisi Aleksandro Serrano ilə əla tandem təşkil edir. Mövqeyində "arı kimi işləyən" Olabe cinahları da bağlamaqla yanaşı, məhsuldarlığı ilə diqqət çəkir. Hesabında 3 qol olan 29 yaşlı yarımmüdafiəçi Serrano, Jo və Souza ilə birgə komandanın bombardirləridir. Olabenin qol vurduğu görüşlərdə "Turan Tovuz" birmənalı olaraq minimal hesablı qələbə qazanaraq 3 xal götürüb.
Oleq Baklov isə "çərçivə" ilə bağlı əminlik yaratmaq funksiyasını uğurla icra edir. Düzdür, 10 oyunun hamısında qapıda dayanan tacikistanlı qolkiper 8 qol buraxıb. Ancaq o, bu görüşlərin 5-də qapısını toxunulmaz saxlayıb.   

Yazda Bakıda baza, payızda Tovuzda yeni qazon

Aramla hədəfə doğru irəliləyən "Turan Tovuz" nəticələrdə sabitlik əldə etməklə yanaşı, infrastruktura yatırımlar da edir. Hələ yazın orta ayında Kürdəxanı qəsəbəsində təlim-məşq bazasını istismara verən klub yayda stadionunun ot örtüyünü yeniləməyi qərara aldı. Həm də axına qarşı gedərək, süni örtüyü təbii ilə əvəzlədi. Bu səbəbdən mövsümün əvvəlinə təsadüf edən ev oyunlarını Bakıda keçirən "Turan Tovuz" artıq təmsil etdiyi məkana dönüb. "Qurdlar" bir neçə aylıq həsrətə "Şamaxı" ilə oyunda son qoydu və azarkeşlərini əzmkar qələbə (2:1) ilə salamladı...


Stadiondan söz düşmüşkən, qazonun ilk qarşılaşmada arzulanan səviyyədə olmaması da vurğulanmalıdır. Futbolçuların butslarının altında qopan qazon parçaları nəinki bu klubun rəsmilərini və fanatlarını Azərbaycan futbolunu sevən, inkişafını arzulayan hər kəsi təəssüfləndirdi. Görünür, rəhbərlik örtük bərkiməmiş dönməyə qərar verməklə tələsib. Əlbəttə, bu da "Turan Tovuz" üçün yeni bir təcrübədir. Yadınızdadırsa, "Sumqayıt" da eyni aqibətlə üzləşmişdi. Xoşbəxtlikdən bərpa uzun sürməyəcək. Qərb təmsilçisi milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra Tovuzda matça çıxmalıdır ki, həmin görüş də 28-30 noyabr aralığında "Neftçi"yə qarşı olacaq. "Turan Tovuz" buna qədər 2 oyun keçirəcək ki, hər iki qarşılaşma səfərdə baş tutacaq. Berdiyevin komandası 11-ci tur çərçivəsində sabah "Zirə"nin qonağı olacaq. Fasilədən sonra start götürəcək ikinci dövrənin ilk turunda isə rəqib "Araz-Naxçıvan" olacaq ki, tərəflər noyabrın 22-də Sumqayıtda görüşəcəklər. Beləliklə, aradakı təxminən bir aylıq (26-28 gün) fasilə qazonun ideal vəziyyətə gəlməsinə imkan verəcək. 
Bundan başqa, klub bu il martın sonunda yeni Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binası istifadəyə verildi. Binanın ümumi ərazisi 3 min kvadrat metrdən çoxdur. 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Yeni binanın istifadəyə verilməsi ilə birlikdə 24 otaqdan ibarət olan 2 korpuslu akademiya binası isə bütövlükdə “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına verilib...
..."Turan Tovuz" liderliyini davam etdirsə də, hələ də çempion olacağına inam minimumdur. Görünür, hələ daha bir neçə tur zirvədən enməməlidir ki, o inam formalaşsın. Amma istənilən halda, komanda avrokuboklara hazır görünür. Bacaracaqlarmı? Yaşayarıq, görərik...

Mirağa

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Liderin quruculuq kursu
22 Noyabr 2024 00:53
seeBaxış sayı:263
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 Noyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri