“Turan Tovuz”a “nəfəs verən” adam: “Avrokuboklara getməyə imkan qazanacağıq”
Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bu oyunu bir sözlə şərh edə bilərəm – əzmkarlıq. Biz yüksək konsentrasiya ilə oynadıq. Bizim üçün bu heç-heçə qələbə dadı ilə oldu. Kollektivimizə və azarkeşlərimizə öz minnətdarlığımı bildirirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un futbolçusu Hayderson Hurtado Misli Premyer Liqasının 26-cı turunda “Neftçi” ilə 1:1-lik bərabərliyə qaldıqları oyundan sonra deyib.
Tovuz klubunun əcnəbi futbolçusu avrokuboklara gedəcəklərinə inandığını bildirib:
“Əminəm ki, avrokuboklara getməyə imkan qazanacağıq. Bunun üçün hər gün işləyirik. Başqa komandaların necə çıxış etməsindən asılı olmayaraq öz işimizi görməliyik”.
Qeyd edək ki, Hayderson Hurtado “Neftçi” ilə matçda komandasının son saniyələrdə bərabərlik qolunu vuub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 12 Mart 2025 00:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















