“Turan Tovuz”dan legioner qapıçı ilə bağlı qərar
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Turan Tovuz"un qapıçısı Sergey Samokla bağlı qərarı bəlli olub. Sport24.az-ın bölgə təmsilçisinə yaxın mənbədən əldə etdiyi məlumata görə, baş məşqçi Kurban Berdıyev növbəti mövsümdə də 25 yaşlı çərçivə qoruyucusunu sərəncamında görmək istəyir.
Samok cari mövsümün ikinci yarısında sərgilədiyi stabil oyunla məşqçilər korpusunun etimadını qazanıb. Bu səbəbdən klub onunla yola davam etməyə üstünlük verir.
Hazırda tərəflər arasında danışıqlar gedir. Bildirilir ki, rusiyalı qapıçıya ölkəsindən də müəyyən təkliflər var və bu amil danışıqlar prosesini bir qədər uzadır.
Qeyd edək ki, Sergey Samok 2024-cü ildən "Turan Tovuz"un formasını geyinir.
Baxış sayı:128
Bu xəbər 16 Aprel 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















