Icma.az
close
up
RU
“Turan Tovuz”un hücumçusu: “Gördüm vəziyyət gərgindir, oradan uzaqlaşdım” MÜSAHİBƏ

“Turan Tovuz”un hücumçusu: “Gördüm vəziyyət gərgindir, oradan uzaqlaşdım” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turan Tovuz”un futbolçusu Orxan Əliyevin Teleqraf-a müsahibəsi

- ⁠Avrokuboklara namizəd komandanın sonuncu yerdə olan “Səbail”i məğlub edə bilməməsinin səbəbi nədir?

- ⁠Matç barədə çox fikir bildirmək istəmirəm. Bakıya 3 xal dalınca gəlmişdik, amma alınmadı.

- ⁠“Turan Tovuz”un qələbəsiz oyunlar seriyası 5-ə çatdı…

- ⁠Növbəti oyunlarda uğursuz seriyanı qırmağa çalışacağıq. Yenə xal itirmək şansımız yoxdur.

- ⁠5 oyuna 2 xal necə nəticədir?

- ⁠Təbii ki, pis nəticədir. Komanda şəklində toparlansaq, hər şey başqa cür ola bilər.

- ⁠Bu oyunda harada səhv etdiniz?

- ⁠Səhvimiz olsaydı qol buraxardıq. Təhlükəli epizod yarada bilmirdik. Cəmi bir epizodda qola yaxın olduq. “Səbail” də pis oynamırdı. Amma qol vursaydıq, hər şey başqa cür ola bilərdi.

- ⁠Sonda azarkeşlərlə aranızda nə baş verdi? Veysəl Rzayevi niyə özündən çıxartdılar?

- ⁠Düzü, həmin məqamı görmədim. Bir az baxdım, sonra geyinib-soyunma otağına qayıtdığım üçün nə baş verdiyini tam görmədim. Mənə heç nə demədilər. Gördüm vəziyyət gərgindir, oradan uzaqlaşdım.

- ⁠Az oyun şansı qazanmağın psixoloji olaraq pis təsir göstərirmi?

- ⁠Çalışacağam daha çox şans qazanıb, özümü yaxşı tərəfdən göstərim. Bir müddət zədədən əziyyət çəkdim. Bərpa prosesi də bir az vaxt aldı.

- Ötən yay xaricə getmək planın vardı, amma alınmadı. Yenə fikrində bu variant var yoxsa “Turan Tovuz”da qalmağı düşünürsən?

- ⁠Bunu zaman göstərəcək. Hələ ki, “Turan Tovuz”la müqaviləm var. Gələcəkdə hər şey ola bilər.

- ⁠Avrokuboklar üçün mübarizə aparan “Turan Tovuz” hazırda 4-cü pillədə yer alır. Düşünürsünüzmü, kuboku “Sabah” və ya “Neftçi” qazansa buna nail ola bilməyəcəksiniz?

- ⁠Bəli, hər şeyin fərqindəyik. Növbəti turlarda qələbə qazanmalıyıq. Daha çox xal qazanmalıyıq ki, 4 yox 3-cü yer uğrunda mübarizə aparaq.

- ⁠Növbəti turda “Sabah”la qarşılaşacaqsız ki, xal fərqiniz azdır. Bu oyun sizin üçün nə qədər prinsipallıq daşıyır?

- ⁠Ancaq qələbə qazanmalıyıq. Başqa variant yoxdur. Əgər xal itirsək, bizə yaxınlaşacaqlar. Onda işimiz daha çətin olacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Aprel 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see263

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see229

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see217

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see193

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see181

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see169

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see156

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see155

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see149

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri