Icma.az
close
up
RU
İdmançılar üçün etik və psixoloji inkişaf layihəsi uğurla başa çatdı FOTO

İdmançılar üçün etik və psixoloji inkişaf layihəsi uğurla başa çatdı FOTO

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.

Bildirilib ki, tədbirdə komitənin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, idman idarəsinin müdiri Həsənağa Rzayev, Atletlər Komissiyasının sədri Fəridə Əzizova, Etika Akademiyasının rəhbəri Günel İbrahim, komissiya üzvləri, Olimpiya çempionları və mükafatçıları, eləcə də layihə iştirakçıları iştirak ediblər.

Fəridə Əzizova Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramının uğurla yekunlaşdığını bildirib. O qeyd edib ki, layihə çərçivəsində idmançılar üçün etik davranış qaydaları, psixoloji dayanıqlılığın gücləndirilməsi, nitq qabiliyyətlərinin inkişafı və yarışlardan əvvəl stressə davamlılığın artırılmasına yönəlmiş həm nəzəri, həm də praktiki dərslər keçirilib.

Daha sonra Atletlər Komissiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Günel İbrahim çıxışında layihənin əsas məqsədinin idmançılarda dəyərlərə sadiqlik, nitq mədəniyyəti, salamlaşma və protokol qaydalarının formalaşdırılması olduğunu vurğulayıb. O, bu bacarıqların gənc idmançıların həm idman, həm də ictimai fəaliyyətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Atletlər Komissiyasının üzvü Rafiq Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Olimpiya Komitəsinə və Etika Akademiyasına minnətdarlığını bildirib. O, layihənin təşəbbüsünü müsbət qiymətləndirərək, komissiya olaraq gələcəkdə də bu kimi faydalı layihələrin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Çingiz Hüseynzadə layihənin uğurlu nəticələr verdiyini vurğulayıb. O, layihə iştirakçılarının çıxışlarında nitq mədəniyyətinin inkişafının aydın şəkildə hiss olunduğunu bildirib. MOK rəsmisi gələcəkdə də Etika Akademiyası ilə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

Tədbirdə layihə iştirakçıları da çıxış edərək onlara yaradılan imkanlara görə minnətdarlıqlarını bildiriblər.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Günel İbrahimə MOK tərəfindən təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, layihə Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının təşəbbüsü və Etika Akademiyasının dəstəyi ilə həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri