“Turan Tovuz”un sabiq kapitanı çempionluq mübarizəsini dəyərləndirib
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Çempionatda asan rəqib yoxdur, hər bir komanda digərindən xal ala bilər. Düşünürəm ki, bu mövsüm mübarizə ağır keçəcək və hər xal qızıla bərabər olacaq”.
Bunu Azərbaycan millisinin və “Turan Tovuz”un sabiq futbolçusu Şəhriyar Əliyev deyib.
O bildirib ki, keçmiş komandasının oyunlarını mütəmadi izləyir.
“Turan Tovuz”un formalaşmasında ilk gündən əziyyətim olub. Odur ki, komandanın uğur qazanmağını arzulayıram”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Keçmiş kapitan qeyd edib ki, bəzi oyunlarda xal itkiləri çempionatın sonunda komandanın mövqeyinə təsir göstərə bilər:
“Hazırda çempionluq uğrunda həqiqətən gərgin mübarizə gedir. “Neftçi”, “Sabah” və “Qarabağ”ın çıxışını nəzərə alsaq, çempionluq uğrunda mübarizə çətin olacaq. Bəzən komanda bir oyunda çox yaxşı, digərində isə zəif çıxış edir. Bunun səbəbinin futbolçuların oyuna hazırlığı, yoxsa başqa amillərlə bağlı olduğunu deyə bilmərəm, çünki komandanın daxilində deyiləm”.
Müdafiəçi Azərbaycan çempionatında avrokuboklara vəsiqə uğrunda mübarizənin çətin keçəcəyini diqqətə çatdırıb:
“Hazırda komandalar arasında rəqabət güclənib və əvvəlcədən gözlənilməyən nəticələr qeydə alınır. Məsələn, “Şamaxı” kimi komandalar da rəqiblərindən xal almağı bacarırlar”.
Şəhriyar Əliyevin sözlərinə görə, ilk “üçlük”də yer almaq avrokuboklarda iştirak baxımından mühüm əhəmiyyət daşıyır:
“Düşünürəm ki, çətin olacaq. Hər bir komanda üçün mübarizə ağır keçəcək”.
33 yaşlı oyunçu bəzi komandaların güclü rəqiblərə qarşı yaxşı mübarizə aparmasına baxmayaraq, autsayderlərə uduzmasının mümkün səbəblərindən də danışıb. O qeyd edib ki, burada futbolçuların oyuna yanaşması və həftə ərzində məşqlərə münasibəti rol oynaya bilər:
“Bəlkə də futbolçularda müəyyən rahatlıq yaranır, düşünürlər ki, meydana çıxıb asanlıqla xal qazanacaqlar. Amma çempionatda asan rəqib yoxdur. Hər bir komanda digərindən xal ala bilər”
“Turan Tovuz”un hazırkı oyun üslubundakı çatışmazlıqlara münasibət bildirən Şəhriyar Əliyev vurğulayıb ki, hər baş məşqçinin öz oyun fəlsəfəsi və futbolçulardan tələbləri var. Onun fikrincə, futbolçular məşqçinin müəyyənləşdirdiyi oyun planına uyğun çıxış etməlidirlər. Bu yanaşma təkcə “Turan Tovuz”a deyil, çempionatda mübarizə aparan bütün komandalara aiddir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında səkkiz turdan sonra 14 xal toplayan “Turan Tovuz” dördüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 19 Oktyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















