Turan Tovuz un legioneri: Çempionluq şanslarımızın olduğunu düşünürəm
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Turan Tovuz"un müdafiəçisi Hayderson Hurtado Sportal.az saytına açıqlama verib.
Tovuz təmsilçisi Misli Premyer Liqasının 12-ci turunda qarşılaşdıqları "Araz-Naxçıvan"la görüş haqda danışıb: "Araz-Naxçıvan"a qarşı görüş bizim üçün çox çətin oldu. Amma biz ortaya xarakter qoyduq. Bir az daha həvəsli olmalıydıq ki, qalib gələk. İkinci hissədəki kimi oynasaydıq, matçı qalib başa vuracaqdıq. Buna əminəm. Əslində, heç-heçə də yaxşıdır. Amma 3 xal bundan qat-qat yaxşı olardı".
Bölgə klubunun legioneri komandasının turnir cədvəlindəki mövqeyinə münasibət bildirib, həmçinin çempionluq mübarizəsindən bəhs edib:
"Bəli, turnir cədvəlində “Qarabağ"dan 3 xal geri düşmüşük. Lakin zamanımız var. Qarşıda da oyunlar çoxdur. Çempionluq şanslarımızın olduğunu düşünürəm. Lakin indi qarşıdakı oyuna fokuslanmışıq. Növbəti görüş "Neftçi"yə qarşıdır. Öz evimizdə oynayacağıq. Meydana qələbə üçün çıxacağıq. Tovuzda azarkeşlərimizin dəstəyi bizim üçün çox vacibdir. Minimum avrokuboklarda iştirak etmək istəyirik".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Noyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















