Icma.az
close
up
RU
“Turanbank” rəhbərliyi əmanətçinin 100 min dollarını mənimsəyib? Hüquqşünas baş bankirə məlumat verdi

“Turanbank” rəhbərliyi əmanətçinin 100 min dollarını mənimsəyib? Hüquqşünas baş bankirə məlumat verdi

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tanınmış iqtisadçı, bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov Mərkəzi Bankın sədri Taleh Kazımovla görüşdə “Turanbank”da əmanətçiyə qarşı baş vermiş qanun pozuntusu barədə onu məlumatlandırıb.

Xatırladaq ki, baş bankir indiyədək bir neçə dəfə müstəqil ekspertlərlə görüşərək bank və maliyyə sektorundakı mövcud durumu müzakirə edib, onların suallarını cavablandırıb, təkliflərini dinləyib. Onun bu addımı mütəxəssislər tərəfindən rəğbətlə qarşılanır.

Əkrəm Həsənov bildirib ki, Taleh Kazımova ünvanladığı sual əmanətlər haqda olub: “Məlumdur ki, banklar uzunmüddətli əmanətlərdə maraqlıdır. Lakin hazırda bir bank — “Turanbank” — uzunmüddətli əmanətlər üçün təhlükə yaradıb. Deməli, müştəri bu banka 2009-cu ildə 100 min dollar əmanət yerləşdirib, 3 il sonra isə vəfat edib. Övladı yalnız indi sənədlərin içində əmanət müqaviləsini və kassa çekini (həmçinin bir torpaq sahəsinə mülkiyyət sənədini) tapıb və notariusa müraciət edib. Lakin “Turanbank” bildirir ki, guya əmanətçi hələ 2010-cu ildə əmanətini çıxarıb. Bank bunu nə ilə sübut edir? Heç nə ilə! Deyir ki, 2016-cı ildə isə bununla bağlı bütün sənədləri məhv edib, çünki Mərkəzi Bankın qaydalarına əsasən sənədləri azı 5 il saxlamalıdır, 5 il bitib, o da sənədləri məhv edib.

Başqa sözlə, “Turanbank” demək istəyir ki, banklarımızda 5 ildən çox əmanət saxlamaq çox təhlükəlidir. Çünki 5 ildən sonra gəlib əmanəti istəsəniz, bank deyə bilər ki, elə sabahısı gün gəlib çıxarmısınız, 5 il ötüb, o da sənədləri məhv edib. Bank sistemi üçün bundan böyük təhlükə ola bilməz, əlbəttə: əmanətçilər üçün qeyri-müəyyənlik yaratmaq! Niyəsə İsveçrə banklarına bir əsr sonra da müraciət edib pulunuzu istəyə bilərsiniz, amma bizim bir bankımız bütün bank sisteminin nüfuzuna xələl vuraraq belə absurd mövqe nümayiş etdirir”.

Hüquqşünas vurğulayıb ki, problem ondadır ki, bu mövqeyi sıravi bank işçisi deyil, bankın İdarə Heyətinin sədri yazılı şəkildə bildirib. Əkrəm Həsənov davam edib: “Dəhşətdir! İndiyədək bu bank bilmir ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə şamil olunmur. Mərkəzi Bank deyəndə ki, sənədi azı 5 il saxla, bu o deməkdir ki, yoxlamaya gələndə 5 illik sənədləri istəyə bilər. Amma təbii ki, bankın müştəri qarşısında öhdəliyinin icrasını təsdiq edən sənədlərin saxlanılması ilk növbədə bankın özünə lazımdır. Çünki əmanəti qaytarmasına dair sübutetmə yükü onun üzərindədir”.

İqtisadçı deyib ki, baş bankir məsələnin araşdırılacağını bildirərək təsdiqləyib ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə aid deyil.

“Ümid edirəm ki, digər banklarda belə hallar yoxdur və yalnız “Turanbank”da 5 ildən çox pul saxlamaq təhlükəlidir. Lakin buna necə əmin olaq? Bir bank bütün bank sisteminin üzünü qara edə bilər...”, - Ə.Həsənov qeyd edib.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri