Turistlərin Azərbaycanda xərclədikləri vəsait açıqlandı
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin çəkdiyi ümumi xərclər 2 milyard 516 milyon 213 min manat təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, xərclər səfərin məqsədinə görə fərqlənib: işgüzar səfərlər, istirahət və əyləncə, qohum və dostlara baş çəkmək, müalicə, dini ziyarət, mağazalara baş çəkmək, tranzit və digər turizm məqsədləri üzrə paylanıb.
Ən çox xərcləyən ölkələr arasında Rusiya birincidir. Rusiya vətəndaşları ölkədə ümumilikdə 684 milyon 900.9 min manat xərcləyiblər. İkinci yerdə Hindistanlı turistlər qərarlaşıblar - 266 milyon 205.9 min manat xərcləyiblər. Üçüncü yerdə isə 259 milyon 692.4 min manat xərcləməklə Türkiyə vətəndaşları gəlirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















