Icma.az
close
up
RU
Avropalı turistlərin Azərbaycanda ən çox səfər etdiyi bölgələrdən biri

Avropalı turistlərin Azərbaycanda ən çox səfər etdiyi bölgələrdən biri

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Naxçıvana daha çox səfər edən avropalı turistlərdir ki, onları bura, tarixi və dini məkanlar, özünəməxsus təbiət və quş müşahidəçiliyi cəlb edir".

Bu sözləri BAKU.WS-in müxbirinə Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov mediatur çərçivəsində bildirib.

Agentlik rəsmisi əlavə edib ki, Naxçıvan bütövlükdə bir səyahət çərçivəsində bütün fərqli məkanları təqdim etdiyinə görə digər bölgələrdən fərqlənir:

"Avropalı tursitlər daha sonra Ordubad rayonu ərazisində olan yerlərə də getməkdə maraqlı olurlar. Amma ümumilikdə turistlər Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, Batabat yaylağı, buradakı haykinq marşrutları, Əshab-Kəf mağarası, həmçinin Naxçıvan şəhəri yaxınlığındakı "Duzdağ" Fizioterapiya Mərkəzi, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi", "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Qafqazın ən böyük məscidlərindən biri hesab olunan Heydər məscidnə baş çəkirlər. Bu tip məkanların sayının artırılması mümkündür və qarşıdakı illərdə hədəflərdən biridir.

Düşünürəm ki, Naxçıvan bütövlükdə bir səyahət çərçivəsində bütün fərqli məkanları təqdim etdiyinə görə digər bölgələrdən fərqlənir. Bir məsəəni də qeyd etmək lazımdır ki, Naxçıvana ölkə əhalisinin çox hissəsi hələ də gəlməyib. Bu baxımdan Naxçıvanın daxili turizmdə payı üçün potensialı kifayət qədər var. Naxçıvan bu perspektivə baxdıqda digər bölgələrdən daha cəlbedici ola bilər. Amma burada əsas məsələ əlbəttə ki, gəliş-gedişinin təmin olunması ilə bağlı məsələdir. Hava yolu ilə bağlı reyslərin kifayət qədər çox olması da bu məsələyə təsir edən məqamlardan biridir".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri