Turizm Agentliyində qəribə addım: Bizi boykot edən Hindistandan blogger çağrılır
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
Məlum olduğu kimi, Hindistan və Pakistan arasında baş vermiş son hərbi toqquşmalar zamanı Azərbaycanın İslamabadı dəstəkləməsindən sonra Yeni Dehli Bakıya turistlərin gəlməsini boykot edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “İndian Nyuz” qəzeti xəbər paylaşıb.
Həmin yazıda qeyd edilir ki, Azərbaycanın Pakistanı dəstəkləməsindən sonra yerli travel şirkətləri hindliləri Bakıya səfər etməkdən çəkindirməklə yanaşı, həm də tur paketlər satışını dayandırıb.
Bu hadisələr fonunda Azərbaycan Turizm Agentliyi isə başqa bir addım atıb. Belə ki, ötən gün Agentlik daha bir tenderə yekun vurub. Çin və Hindistandan jurnalistlər, bloggerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alıb. Bununla bağlı, bir həftə öncə Belarusiyadan travel şirkətlərini gətirmək üçün anlaşdığı “VEGA TRAVEL MANAGEMENT” MMC ilə daha bir müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 349 min 442 manat təşkil edir.
Maraqlıdır ki, bizi Pakistanı dəstəklədiyimiz üçün boykot etmiş Hindistandan blogger çağırmaq Agentliyin ağlına haradan gəlib? Və bu layihə nə qədər uğurlu olacaq? Turizm Agentliyi bunun səmərəsiz olduğunu bildiyi halda niyə boşuna pul xərcləyir?
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















