Icma.az
close
up
RU
TURİZM DAŞDAN YOX, HEKAYƏDƏN BAŞLAYIR

TURİZM DAŞDAN YOX, HEKAYƏDƏN BAŞLAYIR

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Şəmil SADİQ

Hər dəfə xarici ölkələrə səfər edəndə, bir şəhərin turistlərlə necə “danışdığını” görəndə istər-istəməz eyni sual beynimdə dolaşır: niyə bizdə turizm bu qədər zəifdir?

Bu sual təkcə xarici turistlərlə bağlı deyil, elə yerli turistlər üçün də keçərlidir. Bizim üçün “gəzmək” çox vaxt Şamaxıya gedib bir quzunu aşırmaqdan, bir şəkil çəkdirib qayıtmaqdan ibarət olur. Şəhərlərimizdən xatirə yox, sadəcə yol yorğunluğu ilə dönürük. Bir az dərindən düşünəndə anlayıram ki, problem nə təbiətdədir, nə də tarixdə. Biz hekayə yaratmağı və onu təqdim etməyi öyrənməmişik. Hekayə olmayan yerdə isə turizm olmur.

Xaricə gedənlər yaxşı bilir: bəzən elə dəyərsiz görünən bir daş, adi bir ağac, ya da kiçik bir küçə elə mifikləşdirilir ki, sanki bir azdan möcüzə baş verəcək. Sonra yaxından baxırsan və anlayırsan ki, ortada möcüzə yox, “yaxşı danışılmış hekayə” var. İnsanları cəlb edən məhz budur.

Məsələn, Londonda “Baker Street 221B”. Şerlok Holms tarixi şəxsiyyət deyil. Heç vaxt yaşamayıb. Amma onun “evi” hər gün turistlə doludur. İnsanlar bilet alır, şəkil çəkdirir, xəyali bir detektivin kreslosuna oturub xoşbəxt olurlar.

Veronada “Cülyettanın eyvanı”. Şekspirin uydurduğu bir obraz. Amma minlərlə insan o eyvanın altında sevgi məktubu yazır, divara ürək şəkli yapışdırır. Parisdə Sena sahilində “Aşiqlərin körpüsü”, Brüsseldə balaca bir uşaq heykəli - “Manneken Pis” - bir şəhərin simvoluna çevrilib. Bunların heç biri “möhtəşəm tarix” deyil, amma “yaxşı qurulmuş mifologiyadır”.

Bizdə isə hekayələr hazırdır, hekayə uydurmalı deyilik.

Məsələn, Bakıda “Qoşa Qala qapısının” qarşısında Hüseynqulu xanın Sisianovla qarşılaşmasını xatırladan kiçik, amma simvolik bir abstrakt heykəl təsəvvür edin. Yanında qısa bir mətn: “Bu qapıdan işğalçı girmədi.” Eyni konsepti Gəncədə də tətbiq etmək olar.

“Səadət Sarayı”, “İsmailiyyə binası”, “Hüsü Hacıyev küçəsi” - bunların hər biri daşdan çox taledir. Dəniz kənarında, səssiz bir yerdə sadəcə “bir cüt ayaqqabı heykəli” qoyub, repressiya qurbanlarının, Mikayıl Müşfiqin yarımçıq qalmış həyatını danışmaq olar. Sözsüz, amma təsirli.

“Neft Daşları” - dünyanın ortasında qurulmuş şəhər. Onun kiçik bir hissəsini turizmə açmaq, qonaqlara neftin necə çıxarıldığını göstərmək, toxunmaq imkanı yaratmaq olar. Bəli, bu bahalı ola bilər. Amma məhz buna görə dəyərlidir.

“Nobel burada kofe içib…”

Bakı bir vaxtlar dünya ədəbiyyatının və siyasətinin səssiz şahidi olub. Bunu niyə göstərməyək?

“Nobel burada kofe içib” deyilən bir kafe,

Yeseninin yemək yediyi masa,

Knut Hamsunun oturduğu skamyə,

İvo Andriçin pivə içdiyi məkan,

Stalinin yaşadığı ev…

Hətta istəsək, zarafatla “Dronqonun evi” kimi tam mifik bir muzey-kafe də yarada bilərik. Turist üçün əsas olan tarixi dəqiqlikdən çox emosional bağdır.

Unutmayaq ki, turizm bizneslə mədəniyyətin qovuşduğu yerdir.

Mən Bakılı deyiləm, amma kənardan baxanda görürəm ki, bu şəhər hekayə baxımından tükənməzdir. Sadəcə konseptual düşünmək, planlı şəkildə işləmək və cəsarət lazımdır. Sadaladıqca bitməz. Bəlkə bir gün bu hekayələrin ayrıca bir toplusunu da hazırladım. Hətta indi elə bu yazı ilə başlayaq. Siz də əlavə edin. Kim bilir, bəlkə də bu yazı bizdə turizmin daşdan yox, hekayədən başladığı bir dövrün kiçik başlanğıcı oldu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Dekabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri