Turizm şirkətinin rəhbəri: Çinli turistlər üçün Azərbaycan Qafqaza açılan qapıdır
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
"Çinli turistlər üçün Azərbaycan Qafqaza açılan qapıdır".
Bunu "APA-Economics"ə açıqlamasında Çinin “Suzhou Chine” turizm şirkətinin rəhbəri Fei Xin deyib.
O bildirib ki, Çin turistləri yeni ölkələri kəşf etməyə həvəslidir və Azərbaycan tarixi, mədəniyyəti və dənizkənarı mənzərələri ilə onlar üçün cəlbedici istiqamətdir. Fei Xinin sözlərinə görə, çinlilər Azərbaycanı çox vaxt Qafqaz regionuna – Gürcüstan və Ermənistana keçid üçün başlanğıc nöqtəsi kimi də görürlər.
Şirkət rəhbəri qeyd edib ki, Azərbaycanın Çində daha çox təqdimat və yolşoular (şəhər-şəhər keçirilən təqdimatlar) vasitəsilə tanıdılması turizm axınının sürətlə artmasına səbəb ola bilər. Onun fikrincə, gələn il çinli turistlərin sayının iki dəfə, növbəti illərdə isə daha yüksək templə artması real görünür.
Fei Xin vurğulayıb ki, “China Visitors Summit” Çin və Azərbaycan turizm şirkətləri arasında əməkdaşlıq üçün mühüm körpü rolunu oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Noyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















