Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Turizm üzrə yeni Dövlət Proqramının analitik TƏHLİLİ

Turizm üzrə yeni Dövlət Proqramının analitik TƏHLİLİ

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Sənəd ümumilikdə kifayət qədər sistemli diaqnostika üzərində qurulub. Turizmin əlçatanlığı, bazarların məhdudluğu, mövsümilik, investisiya, xidmət keyfiyyəti, kadr çatışmazlığı və rəqəmsallaşma əsas problemlər kimi müəyyən edilib.

Digər müsbət məqam strateji hədəflərin bir hissəsinin konkret rəqəmlərlə müəyyən edilməsidir. 2030-cu ilədək turizm üçün xarakterik sahələrdə əlavə dəyərin real ifadədə təxminən 40 faiz artırılması, xarici turist xərclərinin 3,3 mlrd. manatdan 6,3 mlrd. manata, ölkəyə gələn əcnəbilərin sayının 2,57 mln.dan 3,8 mln. nəfərə çatdırılması nəzərdə tutulur.

Proqramın tədbirlər hissəsində də kifayət qədər konkret addımlar var. Viza rejiminin liberallaşdırılması, yeni uçuşların açılması, aviabilet qiymətlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, aşağı büdcəli aviaşirkətlərin cəlbi, investisiya və subsidiya mexaizmləri, regionlarda yeni turizm mərkəzlərinin yaradılması diqqət çəkir. Bəzi tədbirlər üzrə konkret nəticə indikatorları da müəyyən edilib. Məsələn,34 hədəf ölkə üzrə vizasız rejim, azı 4 yeni uçuş istiqaməti və mövcud istiqamətlər üzrə uçuş tezliyinin 20 faiz artırılması nəzərdə tutulur.

Ədalət naminə qeyd edim ki, proqramın müsbət tərəfləri sadalananlarla məhdudlaşmır. Lakin bu, sosial media paylaşımı olduğundan onların hamısına ayrıca toxunmaq mümkün deyil.

Yuxarıda qeyd etdiklərimlə yanaşı, proqramın nəticəəsaslı idarəetmə baxımından təkmilləşdirilə biləcək tərəfləri də var.

Belə ki, əsas məsələlərdən biri indikatorların keyfiyyətidir. Bəzi indikatorlar konkret və ölçülə biləndir. Lakin “siyasətin uzlaşdırılması”, “əlverişli biznes mühitinin təmin edilməsi”, “xarici turist səfərlərinin artması”, “xidmət keyfiyyətinin yüksəldilməsi” kimi indikatorlarda baza göstəricisi və konkret hədəf səviyyəsi müəyyən edilməyib. Belə indikatorlar üzrə sonradan nəticənin hansı səviyyədə əldə olunduğunu obyektiv qiymətləndirmək çətinləşir.

İkinci məsələ resurslarla nəticələr arasındakı əlaqədir. Bir çox ölkələrdə (eləcə də Azərbaycanda) uzunmüddətli dövlət proqramlarında bütün dövr üzrə dəqiq maliyyə məbləği əvvəlcədən göstərilmir. Amma beynəlxalq təcrübədə proqramın indikativ maliyyə çərçivəsinin müəyyən edildiyi kifayət qədər nümunələr var.

Məsələn, Sloveniyanın 2022-2028-ci illər üzrə Turizm Strategiyasında nəzərdə tutulan 94 tədbirin həyata keçirilməsi üçün bütün dövr üzrə təxminən 1,54 mlrd. avro investisiya ehtiyacı hesablanıb və bu vəsait əsas siyasət istiqamətləri və maliyyə mənbələri üzrə bölünüb. Bunun dəqiq büdcə öhdəliyi deyil, indikativ maliyyə qiymətləndirilməsi olduğu ayrıca göstərilib. Strategiyanın icrası üçün hər iki ildən bir hazırlanan fəaliyyət planlarında isə konkret tədbirlərin maliyyə dəyərinin daha dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulub.

Bizim bu Dövlət Proqramında isə maliyyələşmə mənbələri müəyyən edilsə də, proqramın və əsas istiqamətlərin indikativ maliyyə yükü göstərilmir. Belə bir maliyyə çərçivəsinin olması proqramın sonrakı qiymətləndirilməsini daha dolğun edə bilərdi. Çünki nəticə yalnız “nə etdik və nə əldə etdik?” sualı ilə deyil, həm də “buna nə qədər resurs sərf etdik və həmin resurs müqabilində hansı nəticəni əldə etdik?” sualı ilə ölçülür. Bu isə proqramın təkcə nəticəliliyini deyil, həm də sərf olunan vəsaitin səmərəliliyini qiymətləndirməyə imkan verərdi.

Ümumilikdə yeni Dövlət Proqramı problemlərin diaqnostikası, tədbirlərin əhatəsi və bir sıra konkret hədəflərin müəyyənləşdirilməsi baxımından ciddi sənəddir.

Növbəti mərhələdə əsas məsələ tədbirlərin icra faizindən daha çox onların yaratdığı real iqtisadi, sosial və institusional nəticələrin ölçülməsi olacaq. Müasir dövlət proqramının uğuru görülən işlərin sayı ilə deyil, həmin işlərin yaratdığı dəyişikliklə ölçülür.

İqtisadçı Eldəniz Əmirov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Avqust 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri