Türk Akademiyası ilə Türkiyə Palatalar və Birjalar Birliyi arasında əməkdaşlıq inkişaf etdirilir AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 yanvar, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayev Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rıfat Hisarcıklıoğlu ilə görüşüb.
BTA-dan AZƏRTAC-a bildirilib ki, Ankarada baş tutan görüş iki qurum arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı məqsədilə təşkil edilib.
Görüşdə TOBB və Türk Akademiyasının türk ölkələrinin iqtisadiyyatlarını araşdırmaq səylərində iştirakı da daxil olmaqla, birgə layihələrin həyata keçirilməsi üçün potensial imkanlar müzakirə edilib. Türk dünyasında iqtisadi inteqrasiya və ticarətin inkişafı ilə bağlı illik birgə hesabatların hazırlanmasına xüsusi önəm verilib.
Bir müddət əvvəl Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin (TTSO) sədri vəzifəsini icra edən Rifat Hisarcıklıoğlu türk dövlətləri arasında elmi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Aşat Kesikbayev və TTSO-nun baş katibi Adem Kula da iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 23 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















