Icma.az
close
up
RU
““Türk axını” layihəsinin hədəf seçilməsi Rusiya ilə bərabər Türkiyənin də ziyanına olan məsələdir” Politoloq

““Türk axını” layihəsinin hədəf seçilməsi Rusiya ilə bərabər Türkiyənin də ziyanına olan məsələdir” Politoloq

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib ki, ABŞ “Türk axını”nı sıradan çıxarmaq istəyir. Rusiya XİN başçısı qeyd edib ki, ABŞ enerji infrastrukturuna qarşı terror hücumlarına yaşıl işıq yandırır, Şimal Axının arxasınca “Türk axını”nını sıradan çıxarmaq istəyir.
ABŞ-ın bunu etməkdə məqsədi nədir?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Demokrat.az- açıqlamasında bildirib ki, Co Baydenin dövründə ABŞ mümkün qədər çalışdı ki, Rusiyaya ağır iqtisadi zərərlər vursun:
“Eyni zamanda bunu, əsasən enerji sektoru üzərindən həyata keçirməyə çalışdı. Məsələn, bu yaxınlarda biz yenidən ABŞ-ın çox gücləndirilmiş şəkildə Rusiyaya sanksiyasının şahidi olduq və burada əsasən enerji sektoru hədəfi alınmışdı. “Türk axını” önəmli şəkildə Rus qazının dünya bazarına çıxarılması yolunda çox mühüm bir layihədir və Türkiyə vasitəsi ilə  həyata keçirilir. Eyni zamanda çox təəssüflər olsun ki, biz Bayden administrasiyası dövründə ABŞ-ın Türkiyəyə heç də müttəfiq  kimi xoş olmayan münasibətini şahidi olduq. Baxmayaraq ki, bu dövlətlər əslində müttəfiqdir, yəni ABŞ və Türkiyə, hər ikisi NATO-nun üzvüdür və digər mühim sahələrdə də Türkiyə regionda ABŞ-ın əsas tərəfdaşı müttəfiqi sayılır. Buna baxmayaraq ABŞ-nın müttəfiqliyini görmədik, Türkiyəyə ziyan vurmaq, Türkiyənin maraqlarına zidd siyasət həyata keçirilməsinin şahidi olduq”.
Politoloq onu da qeyd edib  ki, “Türk axını” layihəsinin hədəf seçilməsi Rusiya ilə bərabər Türkiyənin də ziyanına olan  bir məsələdir:
“Çünki Türkiyənin məhz bu layihədən qazancı çox böyükdür. 2014-cü ildən artıq bu layihənin təməli atılıb və fəaliyyətə başlayıb. Yəni, Türkiyənin layihədən qazancı çox böyükdür və ABŞ bu prosesi baltalamaqla eyni zamanda Rusiyaya ilə bərabər Türkiyəni də hədəfi almış oldu. İndi Baydenin dövründə başlanmış bu siyasətin Trampın dövründə necə davam edəcəyini izləməliyik. Çünki Trampın artıq Rusiya rəhbəliyi ilə danışıqlara getdiyi barəsində məlumatlar yayılır. Eyni zamanda nəzərə alaq ki, Donald Trampın da, Türkiyə və onun rəhbəri Rəcəb Tayyib Ərdoğana qarşı münasibəti müsbətdir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Yanvar 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri