Icma.az
close
up
RU
Türk coğrafiyasının gələcək xəritəsi

Türk coğrafiyasının gələcək xəritəsi

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya siyasətində elə məqamlar olur ki, təkcə bir dövlətin mövqeyini deyil, bütöv bir coğrafiyanın gələcək istiqamətini müəyyənləşdirir. Cənab Prezident İlham Əliyevin Özbəkistanın rəsmi informasiya agentliyi olan UzA-ya verdiyi müsahibə də məhz belə strateji baxış dəyərlərindən biridir.

Bu müsahibə həm türkdilli dövlətlərin siyasi ritmini müəyyənləşdirən, həm də Azərbaycan diplomatiyasının regional güc mərkəzinə çevrildiyini nümayiş etdirən əhatəli bir vizyondur. Cənab Prezidentin cavabları təkcə siyasi mesaj deyil, həm də türk dünyasının inteqrasiya xəritəsinin konturlarını dəqiqləşdirən bir yol xəritəsidir. Müsahibədə ortaya qoyulan fikirlərin hər biri həm dövlətçilik fəlsəfəsi, həm regional təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq formatı baxımından sistemli yanaşmanı ifadə edir. Cənab Prezident İlham Əliyevin müsahibəsində TDT-nin mühüm rolu xüsusi vurğulanır. O bildirir ki, “Türk Dövlətləri Təşkilatı təkcə siyasi platforma deyil, ortaq tarixin, mədəniyyətin, köklərin müasir mərhələdə dövlətlərarası əməkdaşlıq modelinə çevrilməsidir.” Bu yanaşma, əslində, türk birlik modelinin sentimental deyil, real siyasi və iqtisadi prinsiplərə söykəndiyini göstərir.Müsahibənin mühüm istiqamətlərindən biri də Özbəkistan–Azərbaycan münasibətlərinin dərinləşməsidir. Cənab Prezident İlham Əliyev bu əməkdaşlığın yalnız diplomatik çərçivə deyil, “qardaşlıq və qarşılıqlı etimadla formalaşmış” münasibətlər olduğunu qeyd edir. Bildirir ki, “Son illər Özbəkistanla əlaqələrimiz misilsiz dərəcədə genişlənib və bu xətt strateji tərəfdaşlığı ən yüksək səviyyəyə qaldırıb.” Bu sözlər əslində iki dövlətin həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yaratdığı yeni tərəfdaşlıq arxitekturasını təsdiqləyir. Regional nəqliyyat layihələrindən tutmuş müdafiə sənayesi əməkdaşlığına qədər çoxşaxəli münasibətlər türk dünyasının bütövləşməsinə dəstək verir. Cənab Prezident müsahibədə Qarabağ Zəfərindən sonra yaranan geosiyasi reallığa da toxunur. Amma bu dəfə vurğu təkcə Azərbaycanın qələbəsi deyil, Zəfərin bütün türk dünyasına verdiyi milli özünəgüvən mesajıdır. Cənab Prezident qeyd edir ki, “Azərbaycanın Zəfəri təkcə ərazi bütövlüyümüzün bərpası olmadı, həm də türk dünyasının siyasi nüfuzunun beynəlxalq miqyasda artmasına səbəb oldu.” Bu, həm tarixi gerçəkliyin, həm də diplomatik fəlsəfənin ən gerçək ifadəsidir. Çünki Qarabağda əldə edilən qələbə təkbaşına hərbi uğur deyil, siyasi gücün, milli iradənin və liderlik institutunun davamlılığının nəticəsidir. Müsahibədə xüsusi önəm verilən məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin sözləri burada həm məsuliyyət, həm də prinsipial dövlət mövqeyinin nümunəsidir: “Zəngəzur dəhlizi türk dünyasını daha sıx birləşdirəcək, iqtisadi əlaqələri yeni keyfiyyət mərhələsinə qaldıracaq.” Bu, sadəcə nəqliyyat xətti deyil, Azərbaycanı Qafqazın logistika mərkəzinə çevirən strateji layihədir. Eyni zamanda, Mərkəzi Asiya ilə Anadolu arasında inteqrasiya xəttinin siyasi dayağıdır. Enerji, nəqliyyat və rəqəmsal əməkdaşlıq sahəsində atılan addımlar Azərbaycanı regionda təkcə resurs ölkəsi deyil, həm də enerji təhlükəsizliyinin təminatçısı kimi təqdim edir. Müsahibənin ən təsirli hissələrindən biri cənab Prezident İlham Əliyevin türk dünyasının birliyinə yanaşmasıdır: “Türk dünyasının gücü həm tarixi amillərə, həm də müasir dövlətlərin siyasi iradəsinə əsaslanır.” Bu cümlə özü-özlüyündə bir konseptdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev göstərir ki, türk birliyi təsadüfi yaxınlaşma deyil, strateji zərurət və geosiyasi reallıqdır. Türk birliyi artıq bir mədəni fenomen yox, təhlükəsizlik, iqtisadiyyat, energetika və dövlətçilik sahələrində güclü platformaya çevrilib.Prezident İlham Əliyevin UzA müsahibəsi – türk coğrafiyasının gələcək xəritəsidir. Bu müsahibə sadəcə bir media açıqlaması deyil – türk dünyasının siyasi gələcəyini müəyyən edən fundamental tezislər toplusudur. Burada həm Azərbaycanın qlobal mövqeyi, həm Türk Dövlətləri Təşkilatının strateji mahiyyəti, həm də regional əməkdaşlığın yeni konturları öz ifadəsini tapır. Prezident İlham Əliyevin səsləndirdiyi hər fikir dövlət idarəçiliyinin gücünü, siyasi baxışın dərinliyini və türk dünyasının gələcəyinə inamı təsdiqləyir. Bu müsahibə həm Azərbaycana, həm də qardaş türk ölkələrinə vahid istiqaməti göstərən siyasi yol xəritəsi rolunu oynayır. Azərbaycan liderinin söylədiyi kimi, türk dünyasının gücü tarixi yaddaşdan gəlir, amma onun sabahını müasir və qətiyyətli qərarlar formalaşdırır. UzA müsahibəsi də həmin qərarların parlaq ifadəsidir.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri