Icma.az
close
up
RU
Türk dastanları: “Dədə Qorqud”dan “Manas”a

Türk dastanları: “Dədə Qorqud”dan “Manas”a

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZƏRTAC türkdilli xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 14 noyabr, AZƏRTAC

Türk dastanları mifoloji-epik baxışların nəticəsi kimi zaman etibarilə yaranma və formalaşma baxımından iki dövrə bölünür. İslamiyyətdən öncə türk dastanları, islamiyyətdən sonra türk dastanları. Birinci mərhələyə aid olan qədim türk dastanları əsas etibarilə e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin ortalarına qədər olan dövrləri əhatə edir. Bu dastanlar Saka, Hun, Göytürk, Uyğur tarixlərinin dastanları hesab olunur. Əski türk dastan nümunələri müxtəlif mənbələrdən əldə edilmişdir. Bunların bir qismi Avropa, Çin, İran, ərəb mənbələrində, digər bir qismi türkün özünün şifahi yaddaş və yazılı ədəbi nümunələrində mühafizə olunub.

Bu fikirlər filologiya elmləri doktoru, professor Elman Quliyevin türk dastanları ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

“Dünyanın yaranması haqqında” dastan türk mifoloji-fəlsəfi təsvirlərinin əksi baxımından xarakterikdir. Heç şübhəsiz, bu təsəvvürlərin mərkəzində dünyanın yaranması və idarə olunması ilə bağlı türk inancları dayanır. Dastanda Tanrı Qara xanın timsalında əski türklərin tək Tanrı təsəvvürləri yer alır. Proseslər isə Nur, Qaranlıqlar və Yer üzü adlanan üç aləmdə cərəyan edir. Dastanda Tanrı Qara xanın göyün ən yüksək təbəqəsi olan on yeddinci qatda oturub dünyanı idarə etməsi ilə bağlı verilən fikirlər dünyaya sahib tək Tanrı ilahi inanc funksiyasına uyğundur.

Türk dastanlarında qəhrəmanlıq və tarix

“Boz qurd”, “Oğuz kağan”, “Şu”, “Ərgənəkon”, “Köç” və s. dastanlarının mətnləri bütöv halda əlimizdə olmasa da bu dastanlar türk xalqları ədəbiyyatı epos zənginliyinin, estetik düşüncə mükəmməlliyinin təsdiqi baxımından əhəmiyyətlidir. Həmin dastanlar, eyni zamanda, türkün etnogenezisi, siyasi idarəçilik və dini baxışları, dünyada milli özünütəsdiq arzu və iddiaları və s. haqqında təsəvvür yaratmaqda böyük rol oynayır.

“Boz qurd” dastanları Göytürklərin yeni nəslinin yaranması və formalaşması haqqında 3 variantlı rəvayətlərdən ibarətdir. Digər dastanlar kimi bu dastanın da tam mətni əldə yoxdur.

Təxminən I minilliyin ortalarında formalaşmış “Ərgənəkon” dastanındakı hadisələr müəyyən mənada “Boz qurd” dastanları ilə səsləşir. Daha doğrusu, bu dastanda türk xalqlarının soykökü, qəbilə qrupları şəklində birləşməsi, qədim həyat tərzləri barədə verilən fikirlər təxminən “Boz qurd” dastanlarındakı fikirlərə yaxındır.

“Alp ər Tonqa” qəhrəmanlıq dastanıdır. Alp ər Tonqa e.ə. VII əsrdə Sakalar dövründə yaşamış, təxminən e.ə. 624 və ya 625-626-cı illərdə iranlılar tərəfındən hiylə ilə öldürülmüş türk xaqanıdır. “Alp ər Tonqa” dastanının mövzusu İran-Turan müharibələri ilə bağlıdır.

Hun türklərinin dastanı - “Oğuz kağan”

“Şu” dastanı haqqında ilkin məlumatlar M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərindən əldə edilib. Lüğətdə dastan ərəb dilində verilib. M.Kaşğarinin “Divani lüğət it-türk” əsərinə daxil edilmiş bu dastan parçasında İsgəndərin adı Zülqərneyn kimi ifadə edilib. Şu e.ə. 4-cü əsrdə yaşamış Saka hökmdarıdır. Dastanda Şunun İsgəndər qoşunlarına qarşı döyüş tədbirləri, düşmənə qarşı türk ordusunun mübarizliyi əksini tapıb.

“Oğuz kağan” Hun türklərinin dastanıdır. Dastan XIII əsrdə uyğur yazısı və uyğur türkcəsi ilə qələmə alınıb. Oğuz kağan dastanın baş qəhrəmanıdır. Belə bir ehtimal var ki, Oğuz kağan Metenin simvoludur. Əsər Oğuzun doğuşu ilə başlayır.

Bilqamıs dastanları

“Bilqamıs” Şumer (türk) dastanıdır. Şumerlər qədim Şərqdə zəngin mədəni irsə sahib olan xalqlardan biri olub. Şumerlərin etnik mənsubiyyəti, Dəclə və Fərat çayları arasında yaşayana qədər bu ərazilərə haralardan gəlmələri, dili, mədəniyyəti, məişəti, idarəçilik sistemləri və s. haqqında elmi mənbələrdə müxtəlif fikirlər mövcuddur. Şumerlər təkcə qədim Şərqdə yox, o cümlədən Qərbdə də elm və mədəniyyətin, əkinçilik, şəhərsalma, siyasi idarəçilik və başqa sahələrin inkişafında mühüm rol oynayıblar.

“Bilqamıs” (bəzi mənbələrdə “Gilqamış”, “Bilqəmes”, “Bilqamış”) Şumer ədəbiyyatının ən möhtəşəm abidəsidir. Əsər təxminən 5 min il bundan əvvəl Dəclə və Fərat çayı hövzələrində yaşayan Şumerlər tərəfindən şifahi şəkildə yaradılıb, e.ə II minillikdə Akkad dilinə tərcümə edilərək 12 gil lövhə üzərinə köçürülüb. Əsərin müxtəlif variantları olsa da, bütün variantlarda Bilqamıs (hər şeyi bilən adam mənasında) mərd və igid insan kimi təqdim olunub.

“Alpamış”, “Yusif və Əhməd”, “Şeybani xan”, “Arzugül”, “Rüstəm xan” və s. özbək, “Satuq Buğra xan” Qaraxanlı, “Çingiznamə”lər silsiləsinə daxil olan “Çingiz xan” geniş mənada Orta Asiya türkləri, “Maaday Qara” Altay, “Ural batır” başqırd, “Qoblandı batır”, “Qənbər batır”, “Ayman Şolpan” və s. qazax, “Qırx qız”, “Boz igid”, “Esabay batır”, “Çora batır” və s.tatar (Kazan və Krım tatarları), “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Arzu-Qəmbər”, “Koroğlu “ və s. İraq-türkman, o cümlədən digər türk xalqlarının yaratmış olduqları dastanlar türk mədəniyyətinin təməl daşıyıcılarından biri olmaqla (ümumtürk və milli türk anlamında), ayrı-ayrılıqda həmin xalqların milli kimliklərinin təsdiqi, ictimai-siyasi baxışlarının və epos təfəkkürünün göstəricisi olmaq baxımından böyük əhəmiyyətə malikdirlər.

Türkün ana kitabı

“Kitabi-Dədə Qorqud” estetik mükəmməlliyi, yüksək fəlsəfi idrak tərzi, forma əlvanlığı və s. xüsusiyyətləri ilə fərqlənən eposdur, türkün ana kitabıdır. Dastanda mifik təsəvvürün real təsəvvürləri əvəzləməsi, daha doğrusu, ictimai-siyasi, ailə-məişət və s. məsələlərin üstünlüyü türk epos təfəkküründə yeni mərhələyə keçidin başlanğıcı kimi xarakterizə oluna bilər. Yəni “Dədə Qorqud”dakı bu əvəzlənmə əslində türkün bir mükəmməl təfəkkürdən (mifologiya dövründən) digər mükəmməl təfəkkürə (tarixi dövrə) qədəminin yeni formasıdır. “Dədə Qorqud” türk xalqlarının yaratmış olduğu milli mədəniyyət abidələri içərisində ən zəngin və ən möhtəşəm sənət əsəridir. “Kitabi-Dədə Qorqud” oğuz ellərinin həyatından, oğuz igidlərinin şücaətindən bəhs edən qəhrəmanlıq dastanıdır. Dastanın Drezden və Vatikan kitabxanalarında saxlanılan 2 əlyazma nüsxəsi vardır.

Qırğız xalqının sinonimi

“Manas” möhtəşəm türk dastanıdır. Üç hissədən (trilogiyadan) ibarət bu qırğız dastanı ilk dəfə 1885-ci ildə rus və alman dillərində nəşr olunub. Manasçılar tərəfindən zaman-zaman əsərə edilən əlavələr bu əsərin həcmini xeyli artırıb, nəticədə “Manas”ın 65 variantı əmələ gəlib, dastan misralarının ümumi sayı isə bir neçə yüz minə çatıb. “Manas” həcm etibarilə dünya ədəbiyyatının möhtəşəm abidələri sayılan “İliada” və “Odisseya”dan 20 dəfə, “Mahabharata”dan üç dəfə böyükdür. “Manas” bir növ qırğız ruhunun (həm də tarixinin) bədii təcəssümüdür. Təsadüfi deyildir ki, dünyaşöhrətli qırğız yazıçısı Ç.Aytmatov “Manas”ı “qırğız xalqının sinonimi” hesab edib. “Manas”ın dastan kimi formalaşması IX-X əsrlərə aiddir. “Manas”ı ifa edən şəxs manasçı adlanır. Üç hissədən ibarət dastanda irili-xırdalı yüzlərlə obrazın olmasına baxmayaraq, demək olar ki, bütün hadisə və obrazlar bu və ya digər formada Manasla əlaqələnir.

Ümumiyyətlə, formalaşdığı zaman və məkandan asılı olmayaraq, türk dastanları milli-estetik təfəkkür daxilində inkişaf edərək funksional bağlılığı təmin etmiş və epos mədəniyyətimizin yüksəkliyini təsdiqləmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:476
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see342

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see305

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see296

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see268

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see247

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see237

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see235

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see204

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see181

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see171

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see170

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see167

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see160

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152

Cingiz Qənizadə təsdiqlədi: “David Seliverstov”la tədbirdə iştirak etmişəm”

18 Avqust 2026 15:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri