Icma.az
close
up
RU
Türk dilləri ailəsi rəqəmsal inteqrasiya dövründə: Astanadan baxış

Türk dilləri ailəsi rəqəmsal inteqrasiya dövründə: Astanadan baxış

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Astana, 6 noyabr, AZƏRTAC

UNESCO-nun bu yaxınlarda qəbul etdiyi qərarlardan biri də dekabrın 15-i tarixinin Ümumdünya Türk Dili Ailəsi Günü elan edilməsi ilə bağlıdır. Bu mühüm addım həmin təşkilatın 2025-ci il noyabrın 3-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Baş Konfransının 43-cü sessiyasında atılıb. Sözügedən qərarın əhəmiyyəti barədə fikirlərini AZƏRTAC-a müsahibəsində L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin baş müəllimi, şərqşünas Janat Momınkulov bölüşüb.

- UNESCO-nun 15 dekabrı Ümumdünya Türk Dili Ailəsi Günü elan etmək qərarı böyük maraq doğurub. Bu addım türk xalqları üçün nə dərəcədə mühümdür?

- Bu qərar türkdilli dünyanın dil və intellektual gələcəyinin rəmzidir. Türk dillərini mədəniyyətin ayrı-ayrı dil elementləri, sadəcə ünsiyyət vasitəsi deyil, tarixin əsl qoruyucuları, türk sivilizasiyasının mədəni kodlarının və kimliyinin daşıyıcısı kimi qiymətləndirmək lazımdır. Onlar türk xalqlarını ortaq yaddaş və oxşar dəyərlər vasitəsilə birləşdirən zəngin və vahid mədəni mozaikadır. Bununla da beynəlxalq təşkilat mədəni müxtəlifliyə və sivilizasiyalararası dialoqa sadiqliyini bir daha vurğulayıb.

- Beynəlxalq təşkilatların hazırkı dövrdə türk mədəni irsinə diqqətinin artmasını nə ilə izah edərdiniz?

- UNESCO-nun Orxon yazılı abidələrini bəşəriyyətin sənədli irsinin bir hissəsi kimi beynəlxalq səviyyədə tanıması Türk Dövlətləri Təşkilatı ölkələrinin mədəni siyasətini və dil birliyinə sadiqliyini əks etdirir. Bu addım türk xalqlarının ortaq irsi kimi eyni ailədən olan dillərin qorunmasına və inkişafına, bu mədəni sərvətin gələcək nəsillərə ötürülməsinə töhfə verir.

Bu gün UNESCO rəqəmsal transformasiya kontekstində qeyri-maddi mədəni irsin qorunması üçün qlobal gündəliyi fəal şəkildə təşviq edir. Bu kontekstdə Ümumdünya Türk Dili Ailəsi Gününün təsis edilməsi qərarı gələcəkdə intellektual, informasiya və rəqəmsal inteqrasiya üçün yeni bir pəncərə aça bilər.

- Bu əlamətdar günün təsis edilməsi rəqəmsal texnologiyaların inkişafı üçün hansı yeni imkanlar açır?

- Türk dünyası ölkələri məlumat axınları və elektron lüğətlər əsasında təbii dil təkmilləşdirilməsi modelləri də daxil olmaqla çoxdilli süni intellekt platformalarını inkişaf etdirə biləcək. Məsələn, türk dillərinə əsaslanaraq, “from Turkish to Turkic” modelinə və əks prinsipə əsaslanaraq. Bu, türk dillərinin qlobal rəqəmsal ünsiyyət məkanına daxil olmasına imkan verəcək.

Bu əlamətdar tarix, həmçinin türk dillərində multimedia məzmununun - podkastların, filmlərin, virtual muzeylərin və türk mədəniyyətinin zənginliyini qlobal auditoriyaya çatdıra bilən interaktiv platformaların yaradılmasına təkan verəcək.

Bu, Mərkəzi Asiya ölkələri üçün həm də türk dillərində süni intellekt resurslarının — mətn korpuslarının, dil modellərinin, tərcümə sistemlərinin inkişaf etdirilməsində səyləri birləşdirmək, habelə təhsildən yaradıcı sənaye sahələrinə qədər ortaq mədəni və linqvistik strategiya qurmaq üçün bir fürsətdir.

- Latın əlifbasına keçidin Türk dünyası üçün əhəmiyyəti nədən ibarətdir?

- Türk dünyasında latın əlifbasına keçid mədəni yaxınlaşmanı və modernləşməyə sadiqliyi simvolizə edir. Qazaxıstan 2031-ci ilə qədər yeni latın əlifbasının mərhələli tətbiqini başa çatdıracaq. Ölkə bu vasitədən istifadə edərək digər türk ölkələri ilə inteqrasiyanı sadələşdirməyə, rəqəmsal kommunikasiyanı inkişaf etdirməyə, dili süni intellekt və media da daxil olmaqla müasir texnologiyalara uyğunlaşdırmağa çalışır.

Biz süni intellekt texnologiyalarının inkişafı vasitəsilə dekolonizasiya və dünyada azlıqların dillərinin qorunması astanasındayıq. Bundan sonra hətta yox olmaq təhlükəsi ilə üz-üzə qalan dillər də itirilməyəcək, onlar rəqəmsallaşdırıla və elektron formatda qorunub saxlanıla bilər.

Bu fonda Mərkəzi Asiya ölkələrində latın əlifbasına keçid üzrə milli proqramların sürətləndirilmiş şəkildə həyata keçirilməsi daha geniş regional və ümumi türk kontekstinə malikdir.

Bu baxımdan, Qazaxıstan süni intellekt üçün vahid türk dili modelinin (LLM) yaradılmasında fəal iştirak etməyə hazır olduğunu dəfələrlə bildirib. Ölkə artıq qazax dilində versiyalar da daxil olmaqla milli dil modelləri olan KazLLM və AlemLLM hazırlayıb. Astana toplanmış təcrübəsindən və regionun ən böyük superkompüter mərkəzi olan “Alem.Cloud”dan istifadə etməklə Türk dünyası ölkələrinin elmi potensialını birləşdirən ortaq türk LLM-nin yaradılmasına töhfə verməyə hazırdır. Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər bu cür layihələrin həyata keçirilməsi üçün lazımi texnoloji infrastruktura malikdir.

- Strateji cəhətdən yanaşsaq, bu, Qazaxıstan və bütövlükdə region üçün nə vəd edir?

- Qazaxıstan üçün bu qərar bir neçə vacib perspektiv açır. Bu, qazax dilinin rəqəmsal mühitdə və beynəlxalq dialoqda mövqeyini gücləndirmək, Türk dünyası üçün isə ortaq dil, mədəni siyasətin formalaşmasında iştirak etmək, bununla da ölkənin vacib tərəfdaş kimi statusunu artırmaq nöqteyi-nəzərindən yaxşı fürsət yaradır. Bu, həmçinin süni intellekt, media texnologiyaları və informasiya platformaları sahələrində digər türk dövlətləri ilə birgə layihələrin inkişaf etdirilməsi baxımından yeni imkanlar açır.

Beləliklə, 15 dekabrın Ümumdünya Türk Dili Ailəsi Günü elan edilməsi sadəcə rəmzi qərar deyil, həm də gələcəyə qoyulan strateji sərmayədir. Süni intellekt, media texnologiyaları və rəqəmsal ekosistemlər dövründə türk dövlətləri dil irslərini qorumaqla yanaşı, onları Avrasiyada rəqabət, mədəni diplomatiya və intellektual liderlik amilinə çevirmək imkanına malikdir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri