Qazaxıstan aviaşirkəti Astanadan Yekaterinburqa uçuşları dayandırıb
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“QAZAQ AIR” aviaşirkəti 2024-cü il dekabrın 28-dən 2025-ci il yanvarın 27-dək Astana-Yekaterinburq marşrutu üzrə aviareysləri müvəqqəti olaraq dayandırıb. SİA Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
"Aviareyslər sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək üçün Rusiyaya uçuşların risk qiymətləndirməsinin nəticələrinə əsasən dayandırılıb. Aviaşirkət hazırda “QAZAQ AIR”in risk qiymətləndirmə meyarlarına uyğun gələn Omsk və Novosibirskə uçuşları davam etdirəcək. Yekaterinburqa aviareyslər təkrar risk qiymətləndirməsinin nəticələrinə əsasən bərpa ediləcək", - şirkətdən bildirilib.
Ləğv edilmiş reyslərin sərnişinlərinə aviabiletlərin dəyəri tam geri qaytarılacaq və aviaşirkətin alternativ aviareyslərində pulsuz yenidən bronlaşdırma təklif olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 27 Dekabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















