Icma.az
close
up
RU
Türk dövlətləri gələcəyə birlikdə addımlayır

Türk dövlətləri gələcəyə birlikdə addımlayır

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bir çox önəmli məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin çıxışı təşkilatın gələcək strateji xəttinin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının irəli sürdüyü ideyalar və təqdim olunan faktlar Azərbaycanın bu təşkilatda aparıcı aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir. Ölkəmizin tərəqqisini, inkişafını, gələcəyini həm də türk dövlətlərinin birliyində görən dövlətimizin başçısı hələ 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimindəki çıxışında türk dövlətləri ilə əməkdaşlıqdan, birlikdən, qarşıdakı illərdə bu istiqamətdə atılacaq növbəti addımlardan söz açaraq demişdir: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.

Türkdilli dövlətlər arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr günü-gündən daha da möhkəmlənir. Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərdiyi ötən müddətdə səmərəli inkişaf yolu keçib. Qurum 173 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Qeyd edək ki, Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır, ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir. Hazırda bu dövlətlərdə ümumi daxili məhsulun həcmi 1,5 trilyon dollar, ticarət dövriyyəsi isə 1,2 trilyon dollar təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.
Bir məqamı da qeyd edək ki, ötən müddətdə Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.
Azərbaycan türk dövlətləri ilə nəqliyyat sahəsində də əməkdaşlığı gücləndirir, son illər ərzində nəqliyyat infrastrukturunu - avtomobil yolları, dəmir yolu xətləri, dəniz limanı, gəmiqayırma zavodu, hava nəqliyyatı böyükhəcmli sərmayələr hesabına müasirləşdirilir. Dövlət başçısının qeyd etdiyi kimi, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
2024-cü ilin noyabrında COP29-a ev sahibliyi edən Azərbaycan iqlim diplomatiyasında da öz sözünü deməyi bacardığını sübut edib. Prezident İlham Əliyevin bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiklərini vurğulaması Azərbaycanın qlobal iqlim gündəliyinə töhfə verən məsuliyyətli dövlət statusunu bir daha ortaya qoyub. Ölkəmizin bu konfransa ev sahibliyi etməsi yalnız ekoloji deyil, həm də siyasi və diplomatik baxımdan əhəmiyyət daşıyır. Bu, Azərbaycanın dünya ictimaiyyəti tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğuna dəlalət edir.
Türk xalqlarının birliyi naminə bütün türkdilli dövlətlər böyük əmək sərf ediblər. Bu əməyin məntiqi nəticəsidir ki, biz türkdilli dövlətlər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını müşahidə edirik. Beləliklə, türkdilli dövlətlərin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşıdakı dövrlərdə daha da inkişaf edəcək. Bu baxımdan türk dövlətləri bundan sonra da hər bir məsələdə yekdil mövqe bildirməli, bütün məsələlərdə bir-birilərini dəstəkləməlidir. Sözsüz ki, bu birliyin möhkəmlənməsində 2019-2021-ci illər ərzində Şuraya sədrlik etdiyi dövrdə Azərbaycanın və Prezident İlham Əliyevin müstəsna fəaliyyəti danılmazdır.

Anar Məmmədov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri