Icma.az
close
up
RU
Türk dövlətləri əməkdaşlığı genişlənir: Qazaxıstan Senatı yeni qanun qəbul edib

Türk dövlətləri əməkdaşlığı genişlənir: Qazaxıstan Senatı yeni qanun qəbul edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astana, 8 may, AZƏRTAC

Qazaxıstan Senatı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolun ratifikasiyası haqqında” Qanunu təsdiqləyib.

AZƏRTAC bu barədə “Kazinform” agentliyinə istinadla xəbər verir.

Senatın komitəsinin 2021-ci il noyabrın 12-də keçirilən iclasının yekununda qeyd edildiyi kimi, beynəlxalq birliyin statusunun yüksəldilməsi və türkdilli dövlətlərin bir-birinə daha da yaxınlaşması, habelə onların dünya miqyasında rolunun artırılması məqsədilə Şuranın dövlət başçıları “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adının dəyişdirilərək “Türki Dövlətləri Təşkilatı” adlandırılması barədə qərar qəbul ediblər.

2022-ci il noyabrın 11-də Səmərqənddə dövlət başçıları tərəfindən imzalanmış Protokolun məqsədi 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinə müvafiq dəyişikliklərin edilməsidir.

Protokolla daxil edilmiş düzəlişlər Katibliyin sənədlərinin təsdiq edilməsi funksiyalarını Xarici İşlər Nazirləri Şurasına, onların yekun qəbulu funksiyalarını isə Dövlət Başçıları Şurasına həvalə edir.

Bundan əlavə, Türkdilli Dövlətlərin Parlament Assambleyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı əlaqəli strukturlar kimi, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu isə tabe birliklər kimi müəyyən edilib.

Bununla yanaşı, Xarici İşlər Nazirləri Şurası tərəfindən Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası haqqında Əsasnamə “təsdiqlənəcək (qəbul ediləcək)” deyil, “təsdiq ediləcək”.

Eyni zamanda, beynəlxalq forumlar təşkilatın monitorinq tərəfdaşı kimi Naxçıvan Sazişindən çıxarılıb.

Həmçinin dövlət başçılarının illik “qeyri-rəsmi” görüşləri, strukturun orqanları tərəfindən hazırlanan sənədlərin qəbulu və təsdiqi, həmçinin Təşkilata sədrlik proseduru ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

Protokolun ratifikasiyasının türk dövlətləri ilə iqtisadiyyatın bütün sahələrində qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi, regionda sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin əlaqələndirilməsi üçün möhkəm əsas olacağı gözlənilir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri