Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Uğur qazanan gənclər gələcəyə addımlayır FOTOLAR

Uğur qazanan gənclər gələcəyə addımlayır FOTOLAR

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə 2025/2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmuş Yardımlı rayonundan olan məzunlarla görüş keçirilib. Bakı şəhərində “Hacıbəy” restoranında təşkil olunan görüşdə professorlar, ziyalılar, iş adamları, tələbələrin valideynləri və ali məktəblərə qəbul olunmuş gənclər iştirak ediblər.

Səmimi və xoş ovqatda keçən tədbirin əsas məqsədi yüksək nəticə göstərərək tələbə adını qazanan gəncləri təbrik etmək, onların əldə etdikləri uğurlara diqqət çəkmək, təhsil və elmə həvəsini daha da artırmaq, eyni zamanda gələcək təhsil həyatlarında onlara mənəvi və maddi dəstək göstərməkdən ibarət olub.

Tədbiri giriş sözü ilə açan Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli məzunları ali məktəbə qəbul olmaları münasibətilə təbrik edərək bildirib ki, hər bir gəncin qazandığı uğur yalnız onun özünün deyil, ailəsinin, müəllimlərinin və bütövlükdə doğma rayonunun sevincidir. O qeyd edib ki, ali məktəbə qəbul olmaq gəncin həyatında mühüm mərhələlərdən biridir. Bu uğurun arxasında illərlə davam edən zəhmət, əzm, məqsədyönlü hazırlıq və ailə-müəllim dəstəyi dayanır. Bu baxımdan tələbə adını qazanan hər bir gəncin uğuru yüksək qiymətləndirilməli və onların qarşıdakı təhsil həyatında daha böyük nailiyyətlər əldə etməsi üçün lazımi şərait yaradılmalıdır.

M.Seyidbəyli çıxışında Yardımlının tarixən elmə, təhsilə və ziyalılığa böyük dəyər verən bir rayon olduğunu vurğulayıb. Bildirib ki, bu torpağın gəncləri müxtəlif sahələrdə uğurları ilə rayonun adını layiqincə təmsil edirlər. Bu gün ali məktəbə qəbul olunan gənclərin də gələcəkdə yüksək ixtisaslı mütəxəssislər, elm və təhsil adamları, dövlət və cəmiyyət üçün faydalı insanlar kimi yetişəcəyinə inanırıq: “Əziz tələbələr, qarşınızda yeni və məsuliyyətli bir mərhələ açılır. Universitet illəri yalnız diplom əldə etmək dövrü deyil, həm də dünyagörüşünün formalaşdığı, yeni bilik və bacarıqların qazanıldığı, gələcək peşə fəaliyyətinin təməlinin qoyulduğu mühüm bir həyat mərhələsidir. Buna görə də yaradılmış imkanlardan səmərəli istifadə etmək, biliklərinizi daim artırmaq, öz üzərinizdə işləmək və seçdiyiniz ixtisasın layiqli mütəxəssisi olmaq üçün çalışmaq lazımdır. Cəmiyyət üçün təhsilli və savadlı gənclərin yetişməsi xüsusi əhəmiyyət daşıyır.

Təhsilə göstərilən diqqət gələcəyə göstərilən diqqətdir. Gənclərə verilən mənəvi dəstək, onların uğurlarının qiymətləndirilməsi və ehtiyac duyduqları hallarda maddi yardımın göstərilməsi cəmiyyətin əsas istiqamətlərindən biri olaraq bundan sonra da davam etdiriləcək. Tələbələrin valideynlərini və müəllimlərini də təbrik edirəm. Valideynlər övladlarının uğurunda böyük zəhmət və fədakarlıqlar göstəriblər. Bir daha tələbələri təbrik edirəm, onlara doğma Yardımlının adını hər zaman uca tutmağı, qazandıqları bilik və təcrübəni gələcəkdə ölkənin inkişafına sərf etməyi arzulayıram. Bu gün tələbə adını qazanan hər bir gəncin uğuru gələcəkdə daha böyük uğurların başlanğıcıdır”.

Daha sonra tədbirdə çıxış edən professorlar və ziyalılar gənclərə öz tövsiyələrini verib, ali təhsil illərinin səmərəli keçirilməsi və elmi fəaliyyətə marağın artırılmasının vacibliyindən danışıblar. İctimai Birliyin İdarə Heyətinin üzvləri və iş adamları isə gənclərin təhsil və inkişafına dəstəyin əhəmiyyətini vurğulayaraq onların uğurlarının cəmiyyət üçün mühüm dəyər daşıdığını bildiriblər.
Görüşdə tələbələrin valideynləri də çıxış edərək belə bir tədbirin təşkilinə görə Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Onlar övladlarının uğurlarının diqqətdə saxlanılmasını və gənclərə göstərilən dəstəyi yüksək qiymətləndiriblər.

Tədbir çərçivəsində yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olmuş məzunlar təltif olunublar. Gənclərə qiymətli hədiyyələr təqdim edilib, onların qazandıqları uğurlar xüsusi qeyd olunub. Təltif mərasimi tələbələr və valideynlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Görüşün bədii hissəsi də maraqlı və yaddaqalan olub. İştirakçılar qarşısında musiqi nömrələri və müxtəlif bədii çıxışlar təqdim edilib. Səmimi şəraitdə keçən tədbir gənclərin sevincinə və xoş təəssüratlarına səbəb olub.

Təşkil olunan görüş bir daha göstərdi ki, təhsilə, elmə və gənclərin inkişafına verilən dəstək gələcəyin formalaşmasına yönəlmiş mühüm addımlardandır. Bu cür tədbirlər gəncləri yeni uğurlara ruhlandırmaqla yanaşı, onların doğma rayonla əlaqələrinin daha da möhkəmlənməsinə, öz nailiyyətlərini və gələcək məqsədlərini bölüşməsinə imkan yaradır.

Təhsilə qoyulan sərmayə gələcəyə qoyulan ən böyük sərmayədir. Bu gün tələbə adını qazanan gənclər sabah müxtəlif sahələrdə ölkəmizin inkişafına öz töhfələrini verəcək, qazandıqları bilik və bacarıqlarla cəmiyyətə xidmət edəcəklər.

Məzunlarımızı qazandıqları böyük uğur münasibətilə təbrik edir, onlara tələbəlik həyatında, gələcək peşə fəaliyyətində və həyat yollarında möhkəm iradə, yeni nailiyyətlər və böyük uğurlar arzulayırıq.

Şamxal Şabiyev
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Sentyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri