“Türk dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi günün tələbi, zamanın diktəsidir”
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi artıq ənənə halını alıb. Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın digər türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirmək istəyinə diqqət çəkib. Cənab Prezident türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməyin, birgə hərbi təlimlər keçirilməsinin vacib olduğunu vurğulayıb. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi bu fikirlər sadəcə dövlətimizin deyil, bütün Türk dünyasının gələcək təhlükəsizliyi baxımından mühüm amil və istiqamətləri əhatə edir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat diqqətə çatdırıb ki, türk dövlətləri arasında vahid bir hərbi təşkilatın yaradılması ideyası, əslində, illərdir ki, gündəmdədir: “Bu ideya regional təhlükəsizliyi gücləndirmək, birgə hərbi təlimlər keçirmək, orduların koordinasiyasını artırmaq kimi geniş bir güc strukturu yaratmaq məqsədi daşıyır. Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdəki Zirvə görüşündə bu ölkələrin birgə hərbi təliminin keçirilməsi təklifi ilə bu məsələ daha da geniş müzakirə obyektinə çevrilib, təşkilatın geosiyasi çəkisini artırmaq və NATO modelinə bənzər bir gücə çevrilmək ideyası səslənməyə başlayıb”.
M.Cəfərovun bildirdiyinə görə, türk dövlətlərinin hərbi təşkilatının yaradılması ideyası sürətlə inkişaf edən strateji prosesdir: “Azərbaycanın 44 günlük müharibədəki qələbəsi və Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi bu ideyanın ən real və işlək modelidir. Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması, eləcə də türk dövlətləri ilə hərbi əməkdaşlığın daha da genişləndirilməsi günün tələbi, zamanın diktəsidir. TDT-nin üzv dövlətlərinin birgə hərbi təlimləri beynəlxalq təhdidlərə "tək deyilik" mesajı verəcəkdir”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















