Türk dövlətləri Mərkəzi Banklar Şurası yaradacaqlar
Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən 11-ci sammiti çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (milli) Banklar Şurasının yaradılması haqqında” Memorandum imzalanıb.
"Operativ Media" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, memorandumu Qırğızıstan Respublikası Milli Bankının sədri Melis Turğunbayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Qazaxıstan Respublikası Milli Bankının sədri Timur Suleymenov, Türkiyə Respublikası Mərkəzi Bankının sədri Fatih Karahan və Özbəkistan Respublikası Mərkəzi Bankının sədri Mamarizo Nurmuratov imzalayıblar.
Qeyd edilib ki, Şuranın yaradılması mərkəzi banklar arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul siyasəti, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı sahəsində təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələrin və tədqiqatların aparılmasına və s. xidmət edəcək.
Baxış sayı:184
Bu xəbər 06 Noyabr 2024 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















