Icma.az
close
up
RU
Türk dövlətləri strateji müttəfiqlərə çevrilir: Daşkənddə tarixi qərar

Türk dövlətləri strateji müttəfiqlərə çevrilir: Daşkənddə tarixi qərar

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Türk dövlətləri strateji müttəfiqlərə çevrilir: Daşkənddə tarixi qərar

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş türk dövlətləri ilə münasibətlərin ən yüksək səviyyədə inkişafına xidmət edən istisadi, mədəni, nəqliyyat-kommunikasiya, siyası və hərbi strateji sahədə əməkdaşlığa xidmət edən uzaqgörən siyasəti beynəlxalq sahədə yeni güc mərkəzinin ortaya çıxması ilə müşahidə olunmaqdadır. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etməsi qardaş türk dövlətləri arasında bütün sahələr üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsinin daha bir nümayişinə çevrilib. Səfər çərçivəsində Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu quruma tam hüquqlu üzv qəbul edilməsi türk dövlətlərinin tarixinə yazılan yeni qızıl bir səhifə hesab edilə bilər. Beləliklə, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzvlüyünün qəbul edilməsi ilə Azərbaycan ilk dəfə Mərkəzi Asiyada yerləşməyən, lakin İlham Əliyevin apardığı çoxtərəfli və uğurlu siyasəti nəticəsində bölgənin iqtisadi, siyası və digər sahələrinin önəmli oyunçusuna çevrilib. Buna paralel olaraq qurum faktiki olaraq "beşlik"dən "altılı"ğa çevrilib. Bunun nəinki, iqtisadi, həm də siyasi və strateji əhəmiyyəti olduqca böyükdür. Belə ki, Azərbaycanın quruma üzv qəbul edilməsi ilə Mərkəzi Asiyadan tutmuş Cənibi Qafqazda daxil olmaqla Türkiyə və Avropaya qədər uzanan yeni siyasi güc mərkəzi formalaşır. Bu da yeni quruma beynəlxalq məsələlərdə vahid mərkəzdən çıxış etməyə imkan verəcək. Bütün bunlarda təbii ki, bögənin bütün türk dövlətləri liderlərinin böyük əməyi var.

Təsadüfi deyil ki, Azərbaycanın quruma üzv olması Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü iştirakçıları tərəfindən böyük məmnunluqla qarşılanıb.

Məsələn, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın quruma üzv olmasını qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayaraq deyib: “Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək".

“Bu gün Azərbaycanın tamhüquqlu iştirakçı qismində bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik”. Bu fikri isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev söylədi. O, Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov da ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq qeyd etdi: “Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon da ölkəmizi Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edərək dedi: “Hörmətli İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edirəm. Sevindirici haldır ki, məkanımız beynəlxalq və regional proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan maraqlarının inkişafına səyləri nümayiş etdirir”.

Tədbirdə çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırdı.

Öz növbəsində Prezident İlham Əliyev türk dövlətləri üçün tarixi hesab edilən toplantıdakı çıxışında Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə dəvətə görə dərin minnətdarlığını bildirdi. O qeyd etdi ki, Özbəkistan qardaşım Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi. onun güclü beynəlxalq nüfuzu, səmərəli iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi irimiqyaslı layihələr Özbəkistanı regionda lider mövqeyə yüksəldib. Azərbaycanın artıq üçüncü dəfədir ki, Mərkəzi Asiya sammitlərində iştirak etdiyinə diqqəti cəlb İlham Əliyev:

"Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik",-deyib.

Azərbaycan Prezidenti həmçinin qeyd edib ki, son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. O qeyd edib ki, "Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər".

İlham Əliyev Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzaladığına diqqəti cəlb edərək deyib ki, mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir:

"Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq".

Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpü olduğunu xüsusi vurğulayan dövlət başçımız bu müstəvidə də Orta Dəhlizin inkişafnın ölkələrimiz üçün strateji əhəmiyyət kəsb etdiyini, son üç ildə bu marşrut üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artdığını, yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacağını, onun ölkələrimiz üçün strateji əhəmiyyət kəsb etdiyini söyləyib. İlham Əliyev daha sonra bildirib ki, yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.

Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin inşası məsələsinə də toxunub. O deyib ki, onunla İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək.

İlham Əliyev çıxışının sonunda deyib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm.

Beləliklə, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə türk dövlətləri arasında yeni geoiqtisadi və geosiyası məkan əmələ gəlib. Bu geosiyasi məkan isə türk dövlətlərinin iqtisadi, siyasi və strateji baxımdan güclü inkişafına, hərtərəfli inteqrasiyasına yol açaraq bölgədə sülh və əmin-amanlığın təmin olunmasında önəmli rol oynayacaq. Azərbaycan isə öz növbəsində türk dövlətlərini, xcəzərin o tayı ilə bu tayını birləşdirən geni coğrafi və geosiyasi məkanın ayrılmaz hissəsinə çevrilir. Bu dövlətləri birləşdirən, onları daha da bir-birlərinə yaxınlaşdıran ən mühüm amillərdən biri isə dərin tarixi köklər, etnik yaxınlıq, eyni soy köklərə malik olmaları, həm də bölgə ölkələrini və dünyanın ən böyük güc mərkəzlərindən biri olan Çin ilə Avropa arasında Azərbaycandan keçən nəqliyyat arteriyası olan Orta Dəhlizdir

Nəhayət, Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatı digər dövlətlər üçün də nümunə olacaq inkişaf, inteqrasiya dinc yanaşı yaşamaq, azad, suveren, müstəqil dövlətlər modeli və gələcəyə uzanan sülh körpüsü, müstəqil yanaşmanın parlaq nümunəsidir. Bizi qarşıda yeni parlaq zirvələr, daha möhtəşəm layihələrin həyata keçirilməsi, Türk dünyasının siyasi, iqtisadi inkişafı və hərbi strateji gücünün, qüdrətinin yenidən bərpası və dünya meydanına aparıcı siyasi güc kimi çıxması gözləyir. Bu yolda türk dövlətlərinin yeni birliyinə uğurlar və yeni zəfərlər, əlçatmaz uca zirvələrin fəthini arzulayırıq.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 18 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see359

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see238

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see220

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see213

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see199

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see193

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see193

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see187

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see184

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see183

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see181

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see176

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see175

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see170

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see169

Pensiya alanlara şad xəbər NAZİRLİK AÇIQLADI

12 İyun 2026 12:14see167

Dövlət büdcəsi xərclərinin 40% i sosialyönlüdür

12 İyun 2026 12:15see164

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see162

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see160

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri