“Türk dövlətlərindən gözlənilməz addım Fransa faktoru iş başında?”
Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.
“Özbəkistan, Qazaxıstan və Türkmənistanın Cənubi Kipri tanımaları və orada səfirlik açmaqla bağlı qərarları, təbii ki, türk dünyasında xoş qarşılanmayıb. Bu, türk dövlətləri arasında münasibətlərə təsir edən bir amildir. Lakin hesab edirəm ki, bu nə qədər arzuolunmaz bir hadisə olsa da, onu çox da böyütməyə ehtiyac yoxdur. Onsuz da Azərbaycan atdığı addımlarla dolayısı ilə həmin dövlətlərə müəyyən mesajlar vermiş oldu. Təəssüf ki, bu məsələdə Fransa faktoru, xüsusilə də Makronun siyasəti mühüm rol oynadı. 12 milyard dollarlıq investisiyanın qarşılığında belə bir addım atıldı. Türkiyənin əks həmlə edəcəyi gözlənilsə də, düşünürəm ki, Türkiyə bu məsələni əsas götürüb həmin ölkələrlə münasibətlərində dəyişiklik etməməlidir. Əksinə, bu münasibətlər daha da inkişaf etdirilməlidir. Həmin ölkələrin ictimaiyyəti və xalqları bu məsələdə daha fəal olmalıdır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Xatırladaq ki, son zamanlar Qazaxıstan, Özbəkistan və Türkmənistanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində Cənubi Kiprin müstəqilliyini tanıması və bu istiqamətdə atdığı addımlar türk dünyasında geniş müzakirələrə səbəb olub. Bu ölkələr Cənubi Kipri dövlət olaraq tanımaqla yanaşı, Yunan Kiprində səfirlik açmaq qərarına da gəliblər. Belə addımlar türk dünyasında xoş qarşılanmayıb.
Politoloq qeyd edib ki, bu üç ölkənin Cənubi Kipri tanıması ciddi geosiyasi dəyişikliyə səbəb olmayacaq.
“Bu, bizim üçün həssas məsələ olsa da, xüsusilə də Türkiyə ilə geosiyasi rəqabətdə olan Fransanın aktivinə yazıla biləcək bir hadisə kimi qiymətləndirilsə də, qeyd etmək lazımdır ki, Türkiyə bir çox sahələrdə, o cümlədən Şimali Afrika və Şərqi Aralıq dənizi bölgəsində Fransa üzərində geosiyasi üstünlüklər əldə edib. Fransa isə bu bölgələrdəki məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Cənubi Kipr məsələsində müəyyən irəliləyiş əldə etməyə çalışıb və qismən buna nail olub. Bir daha vurğulamaq istərdim ki, bu hadisə nə qədər xoş olmasa da, bu, Türk Dövlətləri Təşkilatı çərçivəsində narazılıq və ya soyuqluğa səbəb olmamalıdır. Əksinə, bu vəziyyəti düzəltmək mümkündür. Həmin dövlətlərlə daha fəal işləməklə, gələcəkdə onların Şimali Kipri tanımalarına nail olmaq olar. Bu məsələnin ciddi geosiyasi dəyişikliklərə yol açacağını düşünmürəm – bu, real deyil. Türkiyənin həmin ölkələrlə ikitərəfli münasibətlərində gərginlik yaşanacağını da inandırıcı saymıram. Türkiyə böyük dövlətdir və bu cür məsələləri həmişə soyuqqanlılıqla həll etməyə çalışıb. Odur ki, bu kimi məsələlərdə gərginlik yaratmaq əvəzinə, daha fəal fəaliyyət göstərmək və həmin dövlətlərin ictimaiyyətinə, eləcə də xalqlarına Türkiyənin və ümumilikdə türk dünyasının maraqlarını izah etmək və onları bu mövqeyə inandırmaq lazımdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 18 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















