Türk dövlətlərinin kredit büroları platformasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 24 iyun, AZƏRTAC
Türk dövlətlərinin kredit büroları platformasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən "Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə baş tutub.
Anlaşma Memorandumunu Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov, Türkiyə Kredit Bürosunun rəhbəri Orkun Deniz, Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyası (ACIPE) İdarə Heyətinin sədri, Qazaxıstanın “First Credit Bureau”nun rəhbəri Ruslan Omarov, Özbəkistanın "Kredit-informasiya analitik mərkəzi" Kredit Bürosunun rəhbəri Ravşan Abdukərimov, Qırğızıstanın "İşenim" Kredit Bürosunun baş direktoru Marlis Duyşequlov imzalayıblar.
Baxış sayı:102
Bu xəbər 24 İyun 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















