“Türk dünyası bizim ortaq ailəmizdir” Ramin Məmmədov
Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
“Türk Dövlətləri Təşkilatının güclənməsinin əsasında dövlət başçılarımızın qətiyyətli siyasi iradəsi dayanır. Azərbaycan Prezidenti, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Türk dünyasının inteqrasiyası əsas strateji prioritetlərdən biridir”.
Mətbuat.az xəbər verir ki, bu fikirləri Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşündə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib.
Komitə sədri qeyd edib ki, “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” bəyanatı hər birimiz üçün rəhbər prinsipə çevrilib və bu yanaşma ortaq mənəvi dəyərlər üzərində yekdilliyin formalaşdırılmasına, gələcəyə birlikdə addımlamağa yönəlmiş baxışı ifadə edir:
"Bu gün dünya sistemli şəkildə yayılan anti-islam meyilləri və müxtəlif ideoloji çağırışlarla üz-üzədir. “İslam dinini terrorla eyniləşdirməyə, müqəddəs dəyərlərimizi hədəfə almağa çalışan təhlükəli tendensiyalara qarşı ən qətiyyətli mövqe nümayiş etdirən ölkələrdən biri də Azərbaycandır. Xalqlarımızın sahib olduğu ən böyük sərvət ortaq mənəvi dəyərlərimizdir. Əsrlər boyu birgə yaşayışdan qaynaqlanan zəngin mənəvi irsimiz Türk-islam sivilizasiyasının əsasını təşkil edir. Bu sivilizasiya dünyaya hər zaman sülh, ədalət və humanizm mesajları çatdırıb".
Ramin Məmmədov, həmçinin, Türk Dövlətləri Təşkilatı çərçivəsində dini icmalar və müsəlman dini idarələri rəhbərlərinin şurasının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, “Təsisi qoyulan bu yeni platforma strateji baxımdan mühüm əhəmiyyət kəsb edir:
"Müvafiq dövlət qurumları səviyyəsində çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi böyük Türk ailəsinin mənəvi birliyinə, ideoloji təhlükəsizliyinə və ortaq gələcəyinə birbaşa xidmət edəcək”,-sitatın sonu.
Gülbəniz Hüseynli / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 30 İyun 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















