Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türk dünyası naminə mübarizə əzmi

Türk dünyası naminə mübarizə əzmi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Çolpon–Ata görüşləri bu baxımdan da önəmli oldu

Prezident İlham Əliyevin Qırğızıstan səfərinin əhəmiyyəti yalnız bugünkü nəticələrlə deyil, gələcək onilliklərin siyasi və iqtisadi mənzərəsinə təsiri baxımından qiymətləndirilməlidir. Ondan başlayaq ki, XXI əsrin beynəlxalq münasibətlər sistemi yeni geosiyasi reallıqların təsiri altında sürətlə dəyişir. Ənənəvi güc mərkəzləri arasında rəqabətin dərinləşməsi, qlobal ticarət marşrutlarının yenidən qurulması, enerji təhlükəsizliyinin strateji prioritetə çevrilməsi və Avrasiya məkanının dünya siyasətinin əsas geosiyasi platformalarından biri kimi önə çıxması dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir.

Mövcud şəraitdə uğur qazanan ölkələr yalnız dəyişən proseslərə uyğunlaşanlar deyil, həmin proseslərin istiqamətini müəyyənləşdirənlərdir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycanın regional hadisələrin iştirakçısı deyil, onların müəlliflərindən birinə çevrildiyini bir daha nümayiş etdirdi. Qlobal istiqamət isə Türk dünyasıdır. Bəli, Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafının növbəti mərhələsi olmaqla yanaşı, Türk dünyasının geosiyasi inteqrasiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi tarixə düşdü.

Azərbaycan ilə Qırğızıstanın müttəfiqlik münasibətlərinin təsbit olunması, Dövlətlərarası Şuranın növbəti iclası, qəbul edilən qərarlar və dövlət başçılarının verdiyi mesajlar göstərdi ki, artıq Türk dövlətləri münasibətlərini yalnız tarixi-mədəni yaxınlıq üzərində deyil, ortaq geosiyasi maraqlar və uzunmüddətli strateji hədəflər əsasında qururlar.

Əslində, bu gün Türk dünyasında baş verən proseslərin mahiyyəti inteqrasiyanın fəlsəfəsinin dəyişməsindədir. Bir müddət əvvələdək əsasən ortaq tarix, dil və mədəniyyət üzərində qurulan əməkdaşlıq artıq siyasi koordinasiya, iqtisadi inteqrasiya, nəqliyyat təhlükəsizliyi, investisiya siyasəti və beynəlxalq təşkilatlarda vahid mövqelərin formalaşdırılması mərhələsinə daxil olub. Deməli, Prezident İlham Əliyevin irəli sürdüyü “Türk dünyası bizim ailəmizdir” konsepsiyası artıq siyasi şüar olmaqdan çıxaraq konkret layihələr, hüquqi sənədlər və institusional mexanizmlərlə möhkəmlənən geosiyasi strategiyaya çevrilir.

Qırğızıstan səfərinin ən mühüm nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya siyasətinin yeni məzmun kəsb etməsidir. Bakı artıq Xəzərin qərb sahilində yerləşən dövlət kimi deyil, Xəzərin hər iki sahilini birləşdirən siyasi, iqtisadi və nəqliyyat platformasının aparıcı aktoru olaraq çıxış edir. Bu yanaşma Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhlizin strateji mahiyyətini daha aydın göstərir. Dünyanın aparıcı iqtisadi mərkəzləri arasında alternativ ticarət marşrutlarına ehtiyac artdıqca, Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən etibarlı qovşağa çevrilir. Bu isə ölkəmizin geosiyasi əhəmiyyətini keyfiyyətcə yeni səviyyəyə yüksəldir, Türk dünyasına yeni reallıqlar fazası qazandırır.

Qırğızıstan səfəri göstərdi ki, Azərbaycan təkcə tranzit imkanları təqdim edən məmləkət deyil. Ölkəmiz Avrasiyanın yeni iqtisadi arxitekturasının formalaşmasına təsir göstərən siyasi mərkəz rolunu da uğurla yerinə yetirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantı layihələri müxtəlif regionları vahid iqtisadi məkanda birləşdirir. Bu baxımdan Bakı tədricən Avrasiyanın mühüm qərarvermə platformalarından birinə çevrilir.

Diqqətçəkən başqa bir məqam isə Azərbaycanın yumşaq güc siyasətinin genişlənməsidir. Qırğızıstanda həyata keçirilən investisiya layihələri, sosial proqramlar, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq göstərir ki, Azərbaycan iqtisadi potensialını yalnız milli inkişaf üçün deyil, dost ölkələrin tərəqqisinə də yönəldir. Belə yanaşma etimadı möhkəmləndirir, strateji tərəfdaşlığı dərinləşdirir və siyasi münasibətlərə davamlı xarakter qazandırır. Nəzərə alaq ki, müasir beynəlxalq münasibətlərdə məhz bu model – iqtisadi imkanların siyasi etimada çevrilməsi – ən dayanıqlı əməkdaşlıq nümunəsi hesab olunur. Bir daha Türk dünyası amili üzərinə qayıdaq. Ayrıca onu da deyək ki, səfərin geosiyasi mesajları daha geniş miqyasda dəyərləndirilməlidir. Dünyada yeni güc balansı formalaşdığı bir vaxtda Türk dövlətlərinin koordinasiyalı fəaliyyət göstərmələri artıq regional seçim deyil, strateji zərurətdir.

Qlobal nəqliyyat marşrutları uğrunda rəqabətin kəskinləşdiyi, enerji bazarlarının yenidən bölüşdürüldüyü və rəqəmsal kommunikasiya xətlərinin geosiyasi əhəmiyyət qazandığı şəraitdə Türk dünyasının vahid iqtisadi və siyasi məkan kimi çıxış etməsi onun beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır, kənar təsirlərə müqavimət əzmini artırır. Azərbaycan isə həm də bu müqavimətin təşəbbüskarlarından biri kimi proseslərə dinamizm gətirir.

İlham Əliyevin Qırğızıstana səfəri həm də Azərbaycanın xarici siyasət fəlsəfəsinin dəyişməz prinsiplərini bir daha nümayiş etdirdi. Bu siyasətin əsasında qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, daxili işlərə qarışmamaq, milli maraqların qorunması və uzunmüddətli strateji tərəfdaşlıq dayanır. Məhz buna görə Azərbaycan müxtəlif siyasi sistemlərə və fərqli iqtisadi modellərə malik dövlətlərlə etibarlı münasibətlər qura bilir. Bu etimad isə təsadüfi deyil, Prezident İlham Əliyevin ardıcıl, prinsipial və praqmatik diplomatiyasının nəticəsidir.

Sonda onu da deyək ki, bu gün Türk dünyasının siyasi xəritəsində Azərbaycanın rolu əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə artıb. Qarabağ üzərində suverenliyin tam bərpasından sonra ölkəmiz yalnız hərbi və siyasi qələbə qazanan dövlət kimi deyil, həm də regional əməkdaşlığın yeni modelini irəli sürən məsuliyyətli lider məmləkət obrazında qəbul edilir. Qırğızıstan səfəri bu reallığın növbəti təsdiqidir. Bu səfər göstərdi ki, Azərbaycan geosiyasi proseslərin mərkəzində dayanmaqla kifayətlənmir, həmin proseslərin gələcək konturlarını da müəyyənləşdirir.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri