“Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları” adlı beynəlxalq elmi konfrans keçiriləcək
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bu il Türkiyədə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr və magistratura səviyyəsində təhsil verən yeganə departamentin yaradılmasının 20 illiyi münasibəti ilə oktyabr ayında “Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları” adlı beynəlxalq elmi konfransın keçirilməsi planlanır".
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Respublikası Kafkas Universiteti Müasir türk dilləri və ədəbiyyatları departamentinin müdiri həmyerlimiz professor İlkin Qulusoy deyib. O bildirib ki, bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Diaspora ilə iş üzrə Dövlət Komitəsinə, Azərbaycan Qars Başkonsulluğuna və digər aidiyyatı qurumlara məlumat verilmiş, konfransın yüksək səviyyədə keçirilməsi üçün dəstəklərini əsirgəməmələri xahiş edilmişdir:
"Konfransın əsas məqsədi türk dünyasının müxtəlif coğrafiyalarından alimləri bir araya gətirərək türkologiya sahəsində ortaq tədqiqatlara zəmin yaratmaq, Azərbaycan dili və ədəbiyyatının türkologiya elmi içərisindəki mövqeyini gücləndirmək, eləcə də bu il beşinci ildönümünü qeyd etdiyimiz Qarabağ Zəfərinin türk ədəbi-bədii təfəkküründəki yerini elmi aspektdən dəyərləndirmək, gənc tədqiqatçılar üçün əməkdaşlıq imkanları formalaşdırmaqdır".
İlkin Qulusoy deyib ki, bundan başqa bu il Qarabağ zəfəri ilə bağlı şeir müsabiqəsinin keçirilməsi, bayram və anma günləri, müntəzəm olaraq Azərbaycan kinosu günlərinin təşkil olunması da planlaşdırılmışdır:
"Əlavə olaraq, Türkiyədə Azərbaycan dili və ədəbiyyatı doktorantura proqramının açılması üçün rəsmi prosedurlar yerinə yetirilmiş və yeni tədris ilinin başında Türkiyə Respublikası Ali Təhsil Qurumuna təqdim ediləcəkdir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Türk dünyasında Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları I Beynəlxalq Elmi Simpozium keçirildi
06 Dekabr 2024 19:17
“Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” I beynəlxalq elmi simpozium keçirilib AZƏRTAC
06 Dekabr 2024 17:53
Türkiyədə II Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları Beynəlxalq Simpozium keçirildi
21 Oktyabr 2025 11:03
Suriyada türk dili və ədəbiyyatı tədris ediləcək
22 Oktyabr 2025 18:40
Baxış sayı:143
Bu xəbər 20 Avqust 2025 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















