Icma.az
close
up
RU
Türk dünyasında güc birliyi: Azərbaycan Qazaxıstan münasibətləri yüksələn xətdə

Türk dünyasında güc birliyi: Azərbaycan Qazaxıstan münasibətləri yüksələn xətdə

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər yalnız qonşu ölkələr olmaqla məhdudlaşmır, eyni zamanda strateji tərəfdaşlıq və qarşılıqlı etimad əsasında formalaşıb.

Son dövrlərdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələr yeni mərhələyə yüksəlib ki, bu da regionda sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri və orada verdiyi dəstək mesajları göstərir ki, Azərbaycan qonşu ölkənin inkişaf perspektivlərini yüksək qiymətləndirir və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsini prioritet hesab edir.

Ortaq tarixi, mədəni və strateji maraqlar xalqımız arasında etimadın artmasına xidmət edir və gələcəkdə yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin hazırlayır.

Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Günay Ağamalı qeyd edib ki, Azərbaycan və Qazaxıstan qlobal çağırışlara çevik reaksiya verərək ikitərəfli əlaqələri genişləndirməyə davam edir:

“Prezident İlham Əliyevin qardaş ölkəyə səfəri və səfər zamanı ifadə etdiyi mesajlar, dövlətlərimiz arasında əlaqələrin gələcək inkişaf perspektivlərini müəyyən etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Qazaxıstanın inkişaf yolunu dəstəkləməsi strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Bu həm də Azərbaycan diplomatiyasının əsas prioritetlərindən biri olan türk dövlətləri arasında birliyin gücləndirilməsini göstərir. Azərbaycan və Qazaxıstanı ortaq tarix, mədəni dəyərlər, türklük ideyası və strateji maraqlar birləşdirir".

Günay Ağamalı: Birlikdə yüksəlmək Azərbaycanın, həm də bütün Türk dünyasının gələcək strategiyasının əsas prinsipidir

Deputat əlavə edib ki, Qazaxıstanın regional və beynəlxalq arenada güclənməsi eyni zamanda Türk Dünyasının siyasi, iqtisadi və geosiyasi qüdrətinin artması deməkdir:

“Prezident İlham Əliyevin bu mövqeyi Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin möhkəmlənməsinə, iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə təkan verəcək. Azərbaycan və Qazaxıstan coğrafi üstünlüklərdən maksimum istifadə edərək Avropa və Asiya arasında körpü rolunu oynayır. Bu isə ölkələrimizin iqtisadi diversifikasiyanı təmin etməsi üçün əhəmiyyətlidir".

Müsahibimiz vurğulayıb ki, bütün bunlar Azərbaycanın uzaqgörən xarici siyasətinin parlaq nümunəsidir:

“Çünki Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən yeni nəqliyyat və enerji dəhlizləri - Zəngəzur dəhlizi, Transxəzər marşrutu və Orta Dəhliz layihələri məhz Azərbaycan və Qazaxıstanın birgə dəstəyi və koordinasiyası sayəsində regional sabitliyin və rifahın əsas sütunlarına çevrilib. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən balanslı və perspektivli xarici siyasət nəticəsində Azərbaycan regional lider olmaqla yanaşı, qlobal əməkdaşlığın aktiv iştirakçısına çevrilib. Qazaxıstanla strateji tərəfdaşlığın möhkəmlənməsi isə Türk Dünyasının iqtisadi-siyasi gücünü artıracaq və regionda sabitlik, inkişaf və təhlükəsizliyin təminatına çevriləcək. Birlikdə güclüyük, birlikdə yüksəlirik! Bu, həm Azərbaycanın, həm də bütün Türk Dünyasının gələcək strategiyasının əsas prinsipidir".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri