Icma.az
close
up
RU
Türk dünyasının aparıcı arxeoloqları bir arada KONKRET

Türk dünyasının aparıcı arxeoloqları bir arada KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Oktyabrın 20-də Ankaradakı Hacəttəpə Universitetində türk dünyasının aparıcı arxeoloqları bir araya gəliblər. Qaziantepdə keçiriləcək Türk Dünyası Arxeologiya Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyasının (ARICA) ikinci iclası ərəfəsində alimlər universitetin elmi laboratoriyalarını – Antropologiya laboratoriyası və HÜNİTEK laboratoriyasını ziyarət ediblər.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, tədbirdə Türk Akademiyasının prezidenti akademik Şəhin Mustafayev, Hacəttəpə Universitetinin rektoru Mehmet Cahid Guran, Türkiyə Tarix Cəmiyyətinin prezidenti Yüksel Özgen, Atatürk adına Mədəniyyət, Dil və Tarix Ali Qurumunun rəhbəri Dərya Örs, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan və Monqolustandan olan alim və arxeoloqlar iştirak ediblər.

Laboratoriyaların ziyarəti Türk Akademiyasının prezidenti Şəhin Mustafayevin 2023-cü ildə Səmərqənddə keçirilmiş ARICA-nın təsis iclasında irəli sürdüyü təşəbbüsün davamı olub. O zaman akademik türk ölkələrinin elmi və texnoloji suverenliyi məsələsinə toxunaraq qeyd etmişdi ki, laboratoriya bazasının çatışmazlığı səbəbindən arxeoloji tapıntılar tez-tez digər ölkələrə analiz üçün göndərilir.

Türk Akademiyası ilə Hacəttəpə Universiteti arasında əməkdaşlıq praktik səviyyədə uğurla inkişaf edir. 2024-cü ildə Akademiyanın Qazaxıstanın Manqıstau bölgəsində keçirdiyi ekspedisiya zamanı əldə olunan arxeoloji materiallar universitetin laboratoriyasına göndərilərək arxeogenetik və antropoloji tədqiqatlara cəlb edilib.

“Biz öz elmi infrastrukturumuzu möhkəmləndirməli və dünya səviyyəsində tədqiqatları məhz öz ölkələrimizdə aparmalıyıq. Bu, yalnız elmi tərəqqi deyil, həm də mədəni suverenlik məsələsidir.” – deyə Şəhin Mustafayev vurğulayıb.

Türk Akademiyasının rəhbəri əlavə edib ki, Türk Dünyası Arxeologiya Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyasının (ARICA) yaradılması vahid elmi və informasiya məkanının formalaşması baxımından mühüm addımdır:

“Bu təşəbbüs sayəsində türk ölkələrinin alimləri eyni peşə dilində danışaraq ortaq tariximizin yeni səhifələrini birgə açacaqlar.”

İldırım Musayev,

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri