Icma.az
close
up
RU
Türk dünyasının arxeoloqları Hacettepe Universitetinin laboratoriyaları ilə tanış olublar

Türk dünyasının arxeoloqları Hacettepe Universitetinin laboratoriyaları ilə tanış olublar

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Ankaradakı Hacettepe Universitetində Türk dünyasının aparıcı arxeoloqları bir araya gəliblər. Türk Dünyası Arxeologiya Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyasının (ARICA) Qaziantepdə keçiriləcək ikinci iclası ərəfəsində iştirakçılar universitetin “Anthropology Laboratory” və “HÜNİTEK Laboratory” elmi laboratoriyalarını ziyarət ediblər.

Bu barədə AZƏRTAC Türk Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir.

Görüşdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran, Türkiyə Tarix Cəmiyyətinin prezidenti Yüksel Özgen, Atatürk adına Mədəniyyət, Dil və Tarix üzrə Ali Şurasının prezidenti Derya Ors, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan və Monqoliyadan olan arxeoloq və alimlər iştirak ediblər.

Laboratoriyalara səfər Türk Akademiyasının prezidenti, akademik Ş.Mustafayev tərəfindən 2023-cü ildə Səmərqənddə keçirilmiş ARICA-nın təsis iclasında irəli sürülən təşəbbüsün davamı olub. Həmin vaxt Akademiya rəhbəri türk dövlətlərinin elmi və texnoloji suverenliyi məsələsinə toxunaraq vurğulamışdı ki, özünün laboratoriya bazasının olmaması alimləri arxeoloji tapıntıları təhlil etmək üçün Türk Dövlətləri Təşkilatına daxil olmayan ölkələrə göndərməyə məcbur edir.

Türk Akademiyası ilə Hacettepe Universiteti arasında əməkdaşlıq praktik səviyyədə uğurla inkişaf edir. 2024-cü ildə Akademiyanın Qazaxıstanın Manqistau bölgəsində keçirdiyi ekspedisiya zamanı aşkar edilən arxeoloji materiallar arxeogenetik və antropoloji tədqiqatların aparılması məqsədilə universitetin laboratoriyasına göndərilib.

“Biz elmi infrastrukturumuzu möhkəmləndirməli və dünyasəviyyəli tədqiqatları məhz öz ölkələrimizdə aparmalıyıq. Bu, təkcə elmi tərəqqi deyil, həm də mədəni suverenliyin qorunması məsələsidir. Bu gün alimlərimiz təkcə artefaktları aşkarlamır, həm də min il əvvəl yaşamış insanların simalarını və talelərini bərpa edirlər”, – deyə Ş.Mustafayev qeyd edib.

Türk Akademiyasının prezidenti, həmçinin vurğulayıb ki, Türk Dünyası Arxeologiya Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyasının (ARICA) yaradılması türk dövlətlərinin alimlərinin vahid elmi və informasiya məkanında eyni peşəkar dildə danışaraq ortaq tarixin yeni səhifələrini birgə açmaları üçün mühüm addım olub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri