Icma.az
close
up
RU
Qəbələ Zirvəsi: Türk dünyasının strateji və sivilizasiya birliyinə doğru mühüm addım ŞƏRH

Qəbələ Zirvəsi: Türk dünyasının strateji və sivilizasiya birliyinə doğru mühüm addım ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 8 oktyabr, AZƏRTAC

Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının tarixi yürüşündə mühüm bir mərhələ kimi dəyərləndirilir. Zirvədə müzakirə olunan mövzular - təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət, dil və kimlik yalnız gündəlik məsələlərin deyil, həm də sivilizasiya şüurunun institusional formaya keçməsi prosesinin təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbarov söyləyib. E.Qənbarov bildirib ki, bu gün türk dövlətləri arasındakı əlaqələr, keçici diplomatik həmrəyliyin deyil, ortaq tarix, ortaq dəyərlər və ortaq gələcək idealı üzərində qurulur. “Qəbələdə qəbul edilən “TDT+ modeli” bu istiqamətdə yeni bir səhifə açır. Bu model klassik bürokratik strukturu arxada qoyaraq, layihə əsaslı və daha çevik əməkdaşlıq formatı təklif edir. Bununla da Türk dünyası həm öz daxilində daha effektiv işləməyi, həm də qlobal güclərlə daha balanslı münasibətlər qurmağı hədəfləyir. Bu, ideoloji deyil, mədəniyyət və sivilizasiya əsaslı strateji bir dönüşdür”, - deyə Kayseri Şuşa Azərbaycan Evinin rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı ildə ortaq hərbi təlim keçirmək təşəbbüsü türk dövlətləri arasında təhlükəsizlik arxitekturasının artıq söz mərhələsindən əməl mərhələsinə keçəcəyini göstərir.

“Türk coğrafiyasının sərhədləri bu gün təkcə xəritələrdəki xətlər deyil; onlar ortaq taleyin sərhədləridir. Bu sərhədlərin müdafiəsi yalnız milli maraq deyil, ortaq təhlükəsizlik şüurunun məsələsidir. Bu addım xarici təhdidlərə qarşı qarşılıqlı caydırıcılıq potensialını gücləndirəcək və türk ordularının təlim, texnologiya və strategiya sahəsində bir-birinə yaxınlaşmasını təmin edəcək. Əlbəttə, müxtəlif ölkələrin müdafiə siyasətlərindəki fərqli prioritetlər bu prosesi çətinləşdirə bilər. Lakin Qəbələ Zirvəsi bu istiqamətdə siyasi iradənin artıq formalaşdığını aydın şəkildə nümayiş etdirdi”, - deyə E.Qənbarov qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi “ortaq əlifba” çağırışının sadəcə dil məsələsi olmadığını, “mədəni bir dirçəliş manifesti” adlandıran Kayseri Şuşa Azərbaycan Evinin rəhbəri fikrini belə əsaslandırıb: “Əlifba bir millətin yaddaşını daşıyan əsas sütunlardan biridir. Ortaq əlifba fərqli coğrafiyalarda yaşayan türk xalqlarını daha da yaxınlaşdıracaq, elm, təhsil və mədəniyyət sahəsində ünsiyyəti asanlaşdıracaq. Bu baxımdan TÜRKSOY-un gücləndirilməsi, Türk Akademiyası və Türk Mədəniyyət Fondu kimi qurumların inkişaf etdirilməsi Türk dünyasının mədəni kodlarının qorunması və gələcəyə ötürülməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu addımlar Qərb mərkəzli mədəni hegemoniyaya qarşı sivilizasiya əsaslı bir alternativ qurmaq iradəsinin göstəricisidir”.

Türk dünyasında iqtisadi inteqrasiya məsələsinə də toxunan diaspora nümayəndəsi Qəbələ Bəyannaməsində vurğulanan Zəngəzur Dəhlizi və Orta Dəhliz layihələrinin təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malik olduğunu deyib.

“Türk dövlətləri arasında dəmir yolu və avtomobil yollarının genişləndirilməsi, enerji xətlərinin təhlükəsizliyinin təmin edilməsi və ortaq bazar anlayışının inkişafı bölgənin müstəqilliyini möhkəmləndirəcək, eyni zamanda Asiya ilə Avropa arasında türk coğrafiyasını əsas enerji və ticarət oxuna çevirəcək”, - deyə E.Qənbarov əlavə edib.

Onun fikrincə, iqtisadi birləşmə həm də siyasi və mənəvi müstəqilliyi gücləndirən bir amildir: “Öz istehsal və nəqliyyat infrastrukturunu qura bilməyən xalqlar qlobal güclərin iqtisadi təsirinə açıq qalırlar. Qəbələdə qəbul edilən qərarlar bu asılılığın azaldılması istiqamətində praktik addımların başlanğıcıdır”.

O, Qəbələ Zirvəsini Türk dünyasının sadəcə coğrafi deyil, ruhi və ideoloji bir birlik yaratmaq istəyinin müasir ifadəsi kimi səciyyələndirib.

“Bu zirvə ilə Türk dünyası artıq tarixi yaddaşından aldığı ilhamla gələcəyini formalaşdırma mərhələsinə qədəm qoyub. Əgər qəbul edilən qərarlar səmimiyyətlə həyata keçirilərsə, Qəbələ Türk dünyasının yeni dirçəlişinin simvol şəhərlərindən biri kimi tarixə düşəcək. Lakin bu istəyin gerçəkləşməsi üçün yalnız dövlət rəhbərlərinin deyil, alimlərin, ziyalıların, sənətkarların və gənclərin də bu prosesdə fəal rolu vacibdir. Türk birliyi yalnız siyasətlə deyil, elm, mənəviyyat və irfanla mümkün olacaq”, - deyə E.Qənbarov vurğulayıb. Onun sözlərinə görə, Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatının sadəcə diplomatik bir platformadan çıxaraq sivilizasiya təməlində qurulan strateji bir güc birliyinə çevrilmək iradəsini ortaya qoydu. Bu iradə türk millətinin minillik yaddaşında yaşayan “Birlikdən doğan qüdrət” anlayışının müasir dövrdə yenidən təcəssümüdür: “Bu gün Türk dünyası yalnız keçmişin varisi deyil, həm də gələcəyin qurucusudur. Qəbələdə atılan addımlar bu inancın institusional ifadəsidir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri