Icma.az
close
up
RU
Türk dünyasının mənəvi siyasi birliyi: Qəbələ Zirvəsi yeni mərhələnin başlanğıcı kimi

Türk dünyasının mənəvi siyasi birliyi: Qəbələ Zirvəsi yeni mərhələnin başlanğıcı kimi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü müasir çağırışlara cavab verən strateji yanaşma ilə diqqət çəkir. Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışı Türk dünyasının həm siyasi həmrəyliyini, həm də iqtisadi, enerji və təhlükəsizlik sahələrində qarşılıqlı etimada əsaslanan əməkdaşlığını daha da möhkəmləndirən mühüm mesajlarla yadda qalıb. Zirvə görüşü Türk dünyasının regional sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasında artan rolunun bariz göstəricisinə çevrilib.

Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatına uğurla sədrlik edən Qırğızıstana təşəkkür edərək, bu qurumun artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını vurğulayıb. TDT-nin beynəlxalq nüfuzunun artması, təşkilat çərçivəsində həyata keçirilən iqtisadi, siyasi və humanitar təşəbbüslərin effektivliyi Türk birliyinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Təşkilat daxilində ortaq tarixi köklər, dil, mədəniyyət və mənəvi dəyərlər dost dövlətləri bir ailə kimi birləşdirir və bu birliyə həm güc, həm də mənəvi dərinlik verir. Azərbaycan tərəfi TDT-nin institusional fəaliyyətinə də dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Bu addım ölkəmizin təşkilatın səmərəli fəaliyyətinə və uzunmüddətli dayanıqlığına verdiyi strateji önəmin təzahürüdür. Zirvə görüşündə dövlətimizin başçısı çıxışında qeyd edib ki, dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Sülh və təhlükəsizlik hər bir dövlətin inkişafı üçün əsas amildir. TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində sülhün və təhlükəsizliyin qorunması təşkilatın mühüm məqsədlərindən biri kimi təsbit olunub. Məhz bu prinsipə sadiqlik sayəsində Türk dövlətləri müasir dövrün mürəkkəb geosiyasi mənzərəsində vahid güc mərkəzi kimi çıxış edir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil, müasir dünyada beynəlxalq hüququn norma və prinsiplərinin tez-tez pozulduğu bir dövrdə hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyə arasında bu sahədə dərin müttəfiqlik münasibətləri formalaşıb. Son bir ildə iki qardaş ölkə arasında 25-dən çox birgə ikitərəfli və çoxmillətli hərbi təlim keçirilib. Prezident İlham Əliyev gələn il ərzində Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Bu təşəbbüs türk dövlətləri arasında strateji müdafiə əməkdaşlığının daha da dərinləşməsinə təkan verəcək.
Müasir dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas təminatıdır. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu, təkcə hərbi uğur deyil, həm də regionda ədalətin və sülhün bərqərar olunmasına böyük töhfədir. Prezident İlham Əliyev çıxışında iki ay əvvəl Vaşinqtonda imzalanmış sülh sazişinin paraflanmasının Cənubi Qafqazı sülh məkanına çevirəcəyini bildirib. Həmçinin, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması barədə qəbul edilmiş qərar regionda uzun illər davam edən münaqişə səhifəsinin qapanması baxımından mühüm tarixi hadisədir.
Zirvə görüşündə diqqət mərkəzində olan məsələlərdən biri də nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi idi. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı kimi türk dünyası ilə Avropa, Asiya və Yaxın Şərq arasında strateji körpü rolunu oynayır. Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların 90 faiz artması, tranzit müddətlərinin əhəmiyyətli dərəcədə qısalması bu istiqamətdə görülən işlərin real nəticəsidir. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti kimi infrastruktur layihələri ölkəmizin qlobal nəqliyyat mərkəzinə çevrilməsini təmin edib. Vaşinqton Zirvəsinin ən mühüm nəticələrindən biri isə Zəngəzur dəhlizinin açılması oldu. Bu dəhliz həm Orta Dəhliz, həm də Şimal–Cənub nəqliyyat marşrutu çərçivəsində yeni strateji arteriya kimi fəaliyyət göstərəcək və türk dünyasının iqtisadi inteqrasiyasına mühüm töhfə verəcək.
Enerji təhlükəsizliyi mövzusu da Zirvə Görüşündə mühüm önəm kəsb edir. Azərbaycan bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və əvəzolunmaz tərəfdaş kimi özünü təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunu beynəlxalq bazarlara birləşdirən Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və bu göstəriciyə görə boru kəmərləri ilə qaz ixrac edən ölkələr arasında birinci yerdədir. Eyni zamanda, ölkəmiz Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bu mənbələr hesabına təmin olunması planlaşdırılır. Hazırda Azərbaycan, Türkiyə və Avropa arasında yaşıl enerji dəhlizi üzərində işlər sürətlə davam edir.
TDT-yə üzv ölkələrlə birgə həyata keçirilən sərmayə layihələri də iqtisadi inteqrasiyanın yeni mərhələsini formalaşdırır. İndiyədək qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırılıb. Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə sərmayə fondları yaradaraq yeni iqtisadi təşəbbüslərin əsasını qoyub.
Prezident İlham Əliyev çıxışında türk xalqlarını birləşdirən mədəni əlaqələrə də toxunaraq, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayıb. Bu əlamətdar hadisə türk dünyasının elm, mədəniyyət və dil birliyinin təzahürüdür. Dövlətimizin başçısı gələn il həmin qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif edib.
Çıxışın sonunda Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasına göstərdikləri dəstəyə görə qardaş ölkələrə minnətdarlığını bildirib. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb, Cəbrayılda macar xalqının hədiyyəsi olan məktəb və Füzulidə türkmən qardaşlarımız tərəfindən inşa edilən məscid türk həmrəyliyinin real təcəssümüdür. Bu layihələr təkcə infrastrukturun bərpası deyil, həm də mənəvi birliyin canlı nümunəsidir.
Qəbələdə keçirilən Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının inkişafında yeni mərhələnin əsasını qoyub. Azərbaycan Prezidentinin çıxışı bir daha göstərdi ki, Türk dünyasının birliyi artıq ideya səviyyəsindən praktiki reallığa çevrilib. Bu birliyin mərkəzində duran əsas dəyərlər - müstəqillik, sülh, iqtisadi əməkdaşlıq və ortaq mədəni irs qlobal sabitliyin təminatına yönəlib. Zirvədə səslənən təşəbbüslər Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirəcək və türk xalqlarının rifahına, həmrəyliyinə və gələcək nəsillərin inkişafına xidmət edəcək.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see167

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see159

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri