Icma.az
close
up
RU
“Qəbələ Zirvəsi türk dünyasının inkişafında mühüm rol oynayacaq” Hulusi Kılıç

“Qəbələ Zirvəsi türk dünyasının inkişafında mühüm rol oynayacaq” Hulusi Kılıç

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü bu ilin oktyabrın 7-də Azərbaycanın qədim və gözəl şəhəri Qəbələdə keçiriləcək. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunmuş bu möhtəşəm tədbir Türk dünyasının siyasi, iqtisadi və mədəni əməkdaşlığında yeni bir mərhələ kimi qiymətləndirilir.

Bu barədə Metbuat.az-a açıqlama verən Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç bildirib ki, zirvə görüşü təkcə üzv dövlətləri deyil, həm də müşahidəçi ölkələri bir araya gətirərək bölgədə və beynəlxalq miqyasda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsi üçün mühüm qərarların qəbul ediləcəyinə dair böyük gözləntilər yaradır:

“Türk Dövlətləri Təşkilatının əsası 2009-cu il 3 oktyabrda Naxçıvanda imzalanmış sazişlə qoyulub. Bu sənədlə Türk dövlətləri arasında rəsmi institusional bir qurum – Türk Şurası yaradılmış, baş katiblik fəaliyyəti isə İstanbulda başlamışdır. Sonrakı illərdə zirvə toplantıları Türk Şurası tərəfindən təşkil olunmuş, 2021-ci ildə isə Qarabağ Zəfərindən sonra təşkilatın adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” adlandırılıb. Bununla da TDT Avropa Şurası və Avropa İttifaqı kimi beynəlxalq status qazanmış bir təşkilata çevrildi. Hazırda TDT üzv dövlətlər arasında ortaq soy, dil, tarix və mədəniyyət birliyinə əsaslanır. Təşkilatın məqsədi üzv ölkələr arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Bu, NATO və ya Varşava Paktı kimi hərbi ittifaq deyil, mədəni və tarixi dəyərlərə söykənən əməkdaşlıq platformasıdır”.

Hulusi Kılıç vurğulayıb ki, Azərbaycan zirvə görüşlərinin təşkili sahəsində zəngin təcrübəyə malikdir. İndiyədək ölkəmizdə keçirilən bütün zirvələr səmərəli nəticələrlə yadda qalıb:

“Türk Şurası və TDT çərçivəsində qəbul edilən qərarlar mühüm əhəmiyyət daşıyır. İndi isə 12-ci Türk Dövlətləri Zirvəsi Qəbələdə baş tutacaq və burada da əhəmiyyətli qərarların qəbul ediləcəyi gözlənilir. 2025-ci ildə Qəbələdə keçiriləcək zirvənin mövzusu “Sülh və Təhlükəsizlik” olacaqdır. Bu tədbir regional və qlobal məsələlərin müzakirə olunacağı, Türk dünyasında əməkdaşlığın möhkəmləndiriləcəyi və sülhün, rifahın təşviq ediləcəyi mühüm platforma rolunu oynayacaq. Zirvə ərəfəsində isə Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək”.

Qəbələdə baş tutacaq bu toplantı Türk dövlətləri arasında dostluq, qardaşlıq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsini simvolizə edir. 7 oktyabrda dünyanın diqqətinin Qəbələyə yönələcəyi gözlənilir. TDT dünyaya sülh və təhlükəsizlik mesajı verəcək, gələcək əməkdaşlıq istiqamətləri üçün yol xəritəsi müəyyən ediləcəkdir.

Hulusi Kılıç qeyd edib ki, Türk Dövlətləri Təşkilatı ortaq soy, dil, tarix və mədəniyyətə əsaslanan, heç bir ölkəyə təhdid yaratmayan, əksinə Türk dünyası üçün birlik platforması rolunu oynayan bir qurumdur:

“Bu zirvə Türk dünyasına – yəni Türk millətinə – mənəvi güc bəxş edəcək, gələcək üçün ümidlər açacaqdır. Hər il keçirilən bu zirvələr Türk dünyasını daha da irəli aparmaqda mühüm rol oynayacaq. Bu zirvənin uğurlu keçəcəyi gözlənilir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri