Icma.az
close
up
RU
Türk dünyasının nüfuzlu lideri

Türk dünyasının nüfuzlu lideri

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

I MƏQALƏ

Bizim ailəmiz

16 il bundan əvvəl Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu, çox əhəmiyyətli siyasi hadisədir. Çünki türklər etnomədəni varlıq kimi təbiətdən, tarixdən, İlahidən birdirlər. Ortaq qan, ruh, qəlb, ideya, mənəvi dünya daşıyıcıları olduqlarını türk qövmü daim yaddaşında daşımışdır.

Dünyanın dörd bir yanına türk mədəniyyətini yayan və dövlət quran insanlar başqalarına da çox faydalı dəyərlər öyrətmiş və onlara bəxş etmişlər.

Dünya tarixini sonradan saxtalaşdıranlar bu həqiqəti artıq gizlədə bilməyəcəklər və İç Moğoldan başlamış Avropa, Amerika, Afrikaya qədər geniş coğrafiyada “mədəniyyət passionarlığı”nın mayası olan Türk varlığının yenidən özünütəsdiqini görəcəklər.

Türk Dövlətləri Təşkilatı indi bu prosesin tam mərkəzində yer alır. Onun başlıca motivəedici lokomotivinin Azərbaycan olması ayrıca mövzudur.

Naxçıvanda “siyasi zaman”ın həqiqət anı

2009-cu ildə prezidentlər – İlham Əliyev, Nursultan Nazarbayev, Kurmanbek Bakiyev və Abdullah Gül tərəfindən imzalanan “Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının Naxçıvan Bəyannaməsi” tarixi rakursda “siyasi zaman”ın həqiqət anıdır.

Dövlətçilik baxımından türk ölkələri üçün dönüş məqamıdır. Bu məqamın Azərbaycanın qədim torpağı olan Naxçıvanda reallaşması isə ayrıca olaydır. Çünki faktiki olaraq, bu, Azərbaycan dövlətinin tarixi missiyasını davam etdirməsi nümunəsi idi. Bu missiyanın başlıca özəlliyi sülh, barış, birlik və birgə inkişafdan ibarətdir. Azərbaycan dövləti bu ənənəyə sadiq qalaraq, bütün türk dünyasını toparlamaq kursunun yeni mərhələsinə qədəm qoyurdu.

Azərbaycan Prezidenti paylaşımında həmin tarixi anı çox maraqlı məzmunda türk yaddaşının əbədilik guşəsində rəmzləşdirmişdir. İlham Əliyev paylaşımda yazmışdır: “3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi-qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir”!

Sonuncu tarixi mahiyyətli tezisdə - “Türk dünyası bizim ailəmizdir”, öncəki üç dərin anlamlı fikrin tarixi, etnomədəni, ideya və siyasi mənaları bir semantik öztəqdimatda bənzərsiz ifadə edilmişdir. İzahı bizcə, maraqlıdır!

3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü

Əməkdaşlıq günləri çoxdur. Ancaq türk dövlətlərinin müasir mərhələdə siyasi əməkdaşlığı günü ayrı böyük anlama malikdir. Son min ildə türk dövlətlərinin vahid siyasi təşkilatda əməkdaşlıq etdiyini xatırlayan varmı? Yaddaşda qalan nədir?

Tarixi türk coğrafiyasından Çingiz xan, Əmir Teymur, Nadir şah və başqa hünərli liderlərimiz qılıncla keçdilər. Fəth etdilər, öz qövmündən olanlar üçün göz yaşı tökdülər, lakin siyasi birlik təşkilatı yaranmadı. Son bir neçə yüz ildə bu coğrafiyada öz dönəminin ən güclüləri sırasında yer alan iki türk imperiyası – Osmanlı və Səfəvi bir-biri ilə “qılınc dili”ndə danışdılar. Nəticə? Hər ikisi çökdü, birlik əvəzinə qarşıdurma yarandı, geniş türk coğrafiyası param-parça oldu!

Daha dərinlərə getməyək, çünki bizim üçün çətin ki, ürəkaçan mənzərə yaransın. Bir onu deyək ki, hələ də bu parçalanmalar və qarşıdurmaların dövlət və cəmiyyət olaraq altını çəkirik.

İndi bu tarixi gerçəklərin “pəncərəsi”ndən Azərbaycan Prezidentinin “Türk Dövlətlərinin Əməkdaşlıq Günü” ifadəsini dərk etməyə çalışaq. Sanki tariximizin birliyini pozan qaranlıq səhifələrinə nur çilənir! Müjdə verilir. Adətimiz üzrə gözaydınlığı verilir. Həm də bu, liderin xeyir-duasıdır! Türk dövlətləri uzun sürən fasilədən sonra dünyanın ən mürəkkəb dönəmində siyasi birliyə nail olurlar. Buna görə də dövlətçilik üçün bu, müqəddəs “Əməkdaşlıq Günü”dür.

Türk Dövlətləri Təşkilatının əsası - Azərbaycan torpağı Naxçıvan

Bu, ümumiyyətlə, möhtəşəm tarixi, siyasi, geosiyasi və dövləti anlamı olan vurğudur. Azərbaycan Prezidentinin bu tezisi ifadə etməsi yalnız hadisənin faktoloji əsası ilə izah edilməməlidir. Bəli, real olaraq Naxçıvanda Zirvə toplantısı olmuşdur, orada Bəyannamə qəbul edilmişdir. Həmin Bəyannamə türk dövlətlərinin siyasi birliyinin təməlini təşkil etməkdədir. Bununla yanaşı, həmin fikrin tarixi, siyasi, geosiyasi və dövləti aspektlərdə anlamının ortaq mənası çox önəmlidir. Bu nə deməkdir?

Faktdır ki, türk dünyası ilə bağlı ideyaların böyük əksəriyyəti Azərbaycanda formalaşır və sonra digər türk toplumlarına təbliğ və təşviq edilir. Görəsən, səbəbi nədir? Hansı səbəblərə görə, məhz Azərbaycan ideyaca passionar türk məkanıdır? Bunun psixoloji, şüuri, tarixi, kültürəl, sosial təşkilatlanma özəlliyi mövcuddurmu? Bəli, mövcuddur!

Əgər dünyanın siyasi xəritəsinə türk qövmünün yerləşdiyi və mövcud olduğu yerlərə coğrafi ilə yanaşı mənəvi, toponim, yerləşmə xüsusiyyətləri, birgəyaşamın mədəni və etnik aspektlərinin münasibətləri, kollektiv varlığı ifadə edən rəmzlərin semantikası, xalq yaradıcılığı və digər dəyərlər prizmasında ümumi mövqedən baxsaq, çox maraqlı mənzərə alınır.

Toponimlər

Birincisi, türklər mövcud olduqları hər məkanda (lokal və ya geniş) toponimlərini eynilə saxlamışlar. 300 ildən çox müddətdə (miladdan öncə 209-cu ildən Miladın 93-cü ilinə qədər) Hun imperiyası tərkibində olan Uzaq İç Moğolluğu (hazırda Çinin siyasi xəritəsi daxilindədir) indi Monqolustanda yaşayan moğollar “Öbrü Moğoloğlu” (rəsmi - Öbür Mongγul, Öbür Monggol) adlandırırlar.

Çingizxan imperiyasını 1209-cu ildə bu coğrafiyada qurmuşdur. “Öbrü Moğoloğlu” ərazisində yerləşən məskunlaşma və coğrafi adlar sırasında “Agsu”, “Yanğı”, “Qırat”, “Bulaq Ad”, “Tümən”, “Qaraqax”, “Qaxqar”, “Yarkənd”, “Lap Nur”a rast gəlinir. Bunlar hazırda Uyğur Muxtar Vilayətində yerləşən və “Təklə-Məkan” adlanan coğrafiyadadır.

İkincisi, oxşar toponimlərə Mərkəzi Amerikada yerləşən Yükatan yarımadasında rast gəlinir. Həmin yarımada Abşeronun tam oxşarıdır. Toponimlər sırasında hətta “Turan” şəhəri də olmuşdur.

Üçüncüsü, Afrikada (Keniya və Uqanda sərhədlərində) “Türkan” xalqı yaşayır və onlar Xəzərin coğrafiyasına tam oxşar olan yerlərdə məskunlaşmışlar. “Türkan” adlı gölləri vardır və ora axan əsas çay “Türkqol” adlanır. Göl qapalı məkandadır, okeana və başqa su hövzələrinə çıxışı yoxdur. Xeyli İç Moğolda olan “Təkəl-Məkan”ı xatırladır.

Coğrafi yerləşimlərin özəlliyi

Dördüncüsü, coğrafi yerləşimlərin müqayisəsi göstərir ki, türklər adətən bizim Xəzər dənizinin quruluşuna oxşar dəniz hövzələrində məskunlaşmışlar. Bu, İç Moğolda, Mərkəzi Amerikada, Afrikada, Rusiyada (Baykal), indi Ermənistan adlanan yerdə (Göyçə gölü), Gürcüstanda (“Sülüklü” və ya “Armudlu gölü”) belədir.

Azərbaycan – türk enerjisinin qovuşma məkanı

Daha maraqlısı ondan ibarətdir ki, bütün bu əlamətlərin kompleks halında ən yaxşı ifadəsi Azərbaycanda mövcuddur. Azərbaycan sanki türk etnomədəni passionarlığının özünüyaratma enerjisinin toparlandığı məkandır. Tarix boyu bu məkan həm də ideya baxımından “qaynar yer” olmuşdur.

Kimlərsə, bu faktların ümumiləşdirilməsi və nəticə çıxarılması məntiqini qəbul etməyə bilər. Tam anlayışla qarşılayırıq. Lakin faktdır ki, həm ideya, həm də dövlət quruculuğunun tarixi dinamikası baxımından min illər boyu Azərbaycan ən aktiv məkanlardan biri olmuşdur. XX əsrin əvvəllərində türk xalqları içərisində ilk demokratik dövləti azərbaycanlılar yaratmışlar. Özü də ideya və məfkurə əsasında. Azərbaycan Demokratik Respublikası təsadüfən bu qarışıq yerdə meydana gəlməmişdir. Bu prosesin kökündə çox güclü ideya hərəkatı, müasir dövlət qurmaq passionarlığı dayanırdı.

Sonra azərbaycanlılar türk xalqları içərisində ilk dəfə olaraq “azərbaycançılıq” adlı məfkurə yaratdılar ki, tarixi, siyasi və ideoloji baxımdan inqilabi dəyişiklik idi. Çünki bu məfkurə ideya və ideologiya səviyyəsində türk xalqları sırasında ilk dəfə olaraq yurdsevərliyi dövlət qurmaq kontekstində vətənsevərliyə və hər bir türk xalqının özünün müasir dövləti olması hədəfinə istiqamətləndirdi.

Bununla Ulu öndər Heydər Əliyev tariximizdə ilk dəfə olaraq türk xalqlarının ayrıca müstəqil güclü dövlət qurmaq əsasında siyasi birliyinin mümkünlüyü ideyasını meydana gətirdi. Bu yanaşmanın təməl tezisi “bir millət, iki dövlət”dən ibarətdir.

Vurğuladığımız özəlliklər bizcə, Azərbaycan Prezidentinin hansı anlamlarda Türk dünyasının ailəmız olduğu fikrinə qismən aydınlıq gətirir. Təbii ki, hər bir türk dövlətinin suverenliyinin təmini ilə bir ailənin üzvü olmağın məsuliyyəti arasında nisbətin düzgün müəyyən edilməsi ayrıca araşdırılmalı məsələ olduğunu qəbul etmək gərəkdir. Ancaq Azərbaycan Prezidentinin paylaşımının məntiqi işığında TDT-nin gücləndirilməsi və onun qlobal geosiyasətdə bir təşkilat kimi layiqli mövqe tutması məsələsinə vurğu çox vacibdir.

Bu mövqedən Qəbələ Zirvəsi öncəsi İlham Əliyevin paylaşımındakı aşağıdakı fikirlər istiqamətverici rol oynamalıdır. Dövlət başçısı ifadə etmişdir: “Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir. Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir”.

Məsələ hazırkı mərhələdə Türk dünyasına və xüsusilə Türk Dövlətləri Təşkilatının güclənməsinə mane olmaq istəyən dairələrin ideoloji və siyasi təxribatları prizmasında aktuallaşmışdır. Bu səbəbdən İlham Əliyevin təşkilatın inkişafı və onun fonunda qardaşlığımızın əbədi olması fikrini önə çəkməsi həm çağırış, həm də dəvətdir. Azərbaycan Prezidenti bunlarla yanaşı, əminliyini və qətiyyətini ifadə etmişdir!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see301

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see253

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see247

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see244

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see230

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see228

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see223

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see219

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see215

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see209

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see205

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see202

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see197

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see190

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see189

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see183

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see172

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see162

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri