Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Türk dünyasının ortaq məsuliyyəti

Türk dünyasının ortaq məsuliyyəti

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycanda “Türk Dünyası Həftəsi” böyük coşqu ilə davam edir

Bu günlərdə Azərbaycan bütün türk dünyası üçün əlamətdar olan bir tədbirə ev sahibliyi edir. Söhbət iyunun 29-da Heydər Əliyev Mərkəzində açılışı baş tutan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndən gedir. “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. Açılış mərasimində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin tədbir iştirakçılarına müraciətləri oxunub.

Tədbirə türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr qatılıblar. “Türk Dünyası Həftəsi” çərçivəsində Şuşa, Xankəndi və Ağdam şəhərləri də daxil olmaqla  müxtəlif məkanlarda çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan  Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli sərəncamına uyğun olaraq təşkil olunub. Dövlətimizin başçısı tədbir iştirakçılarına ünvanladığı müraciətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı irəli sürdüyü təşəbbüsün reallaşmasının məmnunluq doğurduğunu bildirib. “Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Müstəsna əhəmiyyətə malik qurultay

Birinci Türkoloji Qurultay 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində baş tutub. Qurultayın işində keçmiş Sovet İttifaqı məkanında yaşayan türk xalqlarının təmsilçiləri ilə yanaşı,  xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə - alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar iştirak edib. Qurultayda türk dillərinin yeddi böyük problemi müzakirə obyekti olub və aşağıdakı müvafiq qərarlara imza atılıb:

- Əlifba məsələsi;

- İmla-orfoqrafiya problemi;

- Termin məsələsi;

- Tədris-metodika məsələsi;

- Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri;

- Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi;

- Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.

Çox doğru olaraq Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələ kimi dəyərləndirilir. Qurultay həm elmi, həm də praktik səviyyədə birlik ideyasını təşviq edən ilk platforma olub. Bu baxımdan, İsmayıl bəy Qaspıralı tərəfindən irəli sürülən “dildə, fikirdə və əməldə birlik” prinsipi bu gün də aktuallığını qoruyan əsas istiqamətləndirici ideyalardan biridir. Türk dünyası tarixində ilk dəfə olaraq bu qurultay çərçivəsində Sibirdən Krıma, Anadoludan digər geniş coğrafiyalara qədər yaşayan türk xalqlarının nümayəndələri bir araya gəliblər. Onlar ortaq mədəniyyət, dil, tarix və gələcək ilə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı qazanıblar. Eyni zamanda, qurultayda türkçülük ideyasının inkişafı və türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib.

Məkan olaraq Bakının seçilməsi təsadüfi deyil

Birinci Türkoloji Qurultayda qəbul edilən və türk dünyasının tərəqqisini hədəfləyən taleyüklü qərarlar türk xalqlarının məfkurə, elmi-mədəni həmrəyliyinin qorunub saxlanılmasında mühüm rol oynayıb. Təəssüf doğuran haldır ki, keçmiş sovet rejiminin sərt ideoloji qadağaları, türk dünyasını parçalamaq istəyən güc mərkəzlərinin ambisiyaları  həmin qərarların həyata keçirilməsini əngəllədi, eyni zamanda, qurultay iştirakçılarının bir çoxu repressiyalara məruz qaldı. Lakin zaman hər şeyi yoluna qoydu və 70 il mövcudluqdan sonra keçmiş ittifaq süquqta uğradı. Ötən əsrin doxsanıncı illərinin  əvvəllərində baş verən geosiyasi proseslər fonunda Cənubi Qafqazda və Mərkəzi Asiyada müstəqil türk dövlətləri dünya xəritəsinə daxil oldular. Bax bu yeni şəraitdə də Birinci Türkoloji Qurultayın qərarları türk xalqlarının yolunu yenidən işıqlandırdı.

Bəs türk xalqlarının tarixində mühüm  mərhələ sayılan Birinci Türkoloji Qurultayın keçirilməsi üçün məkan olaraq niyə məhz Bakı seçilmişdi? Prezident İlham Əliyev bildirib ki, türk dünyasının ortaq mənəvi dəyərlərinin - dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı.

Türk həmrəyliyinin möhkəmlənməsində Azərbaycanın müstəsna rolu

Birinci Türkoloji Qurultayın irsini yaşatmaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək bütün türk xalqlarının ortaq məsuliyyətidir. XXI əsr türk əsri adlandırılır. Biz indiki keşməkeşli dönəmdə türk əsrini birlikdə inşa etməliyik. Azərbaycan türk dünyasında həmrəyliyin möhkəmlənməsində tarixi rolunu bu gün də böyük məsuliyyətlə davam etdirir. Biz qürur duyuruq ki, artıq beynəlxalq təsisat kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının əsası Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvanda qoyulub. Bundan sonra isə respublikamız qurumun institusional təsisat kimi formalaşmasında və funksionallığının artmasında mühüm rol oynayıb. TDT-nın qeyri-formal zirvə görüşlərinin keçirilməsi ənənəsinə də Azərbaycandan-Şuşadan başlanılıb. Eyni zamanda, 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışı öz əksini tapıb. Prezident İlham Əliyev 22 oktyabr 2025-ci il tarixində “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq vurğulanır ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir.

Bu gün türk dövlətlərini bir çətir altında birləşdirən TDT nüfuzlu beynəlxalq təsisata çevrilməkdədir. Qurum böyük türk coğrafiyasının iqtisadi və siyasi gücünü getdikcə daha dolğun şəkildə təcəssüm etdirir. Onun beynəlxalq münasibətlər sistemində rolu da getdikcə artır. Tam əminliklə demək mümkündür ki, hazırda TDT-nın dünyada türk həmrəyliyinin möhkəmlənməsinə hesablanan layihələrinin təməlində məhz zamanında Birinci Türkoloji Qurultayda irəli sürülən mütərəqqi  ideyalar dayanır. “Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”. - deyə Prezident İlham Əliyev vurğulayıb.

Yeri gəlmişkən, tədbirdə Azərbaycanın dünyada türk həmrəyliyinin möhkəmlənməssinə verdiyi töhfələr xüsusi vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir iştirakçılarına ünvanladığı müraciətində qeyd edib ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirildiyi kimi, onun 100 illiyinə həsr olunmuş tədbirin də Azərbaycan paytaxtında təşkil olunması təsadüfi deyil. Onun sözlərinə görə, Türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan bu gün də türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyul 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri