Türk dünyasının QHT ləri Ankarada toplaşacaq
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının bu ilin aprel ayında Ankarada geniş toplantısı keçiriləcək.
Bunu Modern.az-a eksklüziv açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri Kürşad Zorlu bildirib.
Onun sözlərinə görə, toplantıda TDT məkanına daxil olan ölkələrin aparıcı QHT nümayəndələri iştirak edəcək və əməkdaşlığın institusional əsasda gücləndirilməsi müzakirə olunacaq.
“Türk dövlətlərindən olan QHT-lərdən ibarət nümayəndələr aprel ayında Türkiyədə toplanacaq. Bu platforma vasitəsilə QHT-lərarası əlaqələr daha da dərinləşəcək. Eyni zamanda, təşkilatlar üzv ölkələrin aidiyyəti qurumlarına təklif və təşəbbüslərini daha operativ şəkildə çatdırmaq imkanı əldə edəcəklər”, - deyə Zorlu vurğulayıb.
AK Partiya rəsmisi qeyd edib ki, görüş çərçivəsində ortaq fəaliyyət mexanizmlərinin yaradılması, birgə layihələrin təşviqi və Türk dünyasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması əsas gündəm mövzuları olacaq. Qeyd edək ki, toplantının Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyri-hökumət sektoru arasında koordinasiyanı gücləndirəcəyi və uzunmüddətli əməkdaşlıq platformasının formalaşmasına təkan verəcəyi gözlənilir. Ankarada iştirak edəcək təşkilatların uyğun profilli olması da əsas şərtlərdəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Fevral 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















