Icma.az
close
up
RU
ZATULİN YENƏ “TÜSTÜLƏYİR” Azərbaycanı hədəf alan çirkin açıqlamalar verib

ZATULİN YENƏ “TÜSTÜLƏYİR” Azərbaycanı hədəf alan çirkin açıqlamalar verib

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan heç vaxt Rusiyanın strateji tərəfdaşı olmayıb”

Azərbaycanın Yekaterinburqdakı polis vəhşiliyinə sərt reaksiyası Rusiyadakı qatı millətçi, şovinist dairələrin xoşuna gəlməyib.

“AzPolitika” xəbər verir ki, hər zaman Azərbaycana qarşı düşmən, ermənipərəst mövqedən çıxış edən Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin yenə ölkəmizi hədəf alan çirkin açıqlamalar verib. 

“Lenta.ru”-ya müsahibə verən Zatulin Azərbaycanın sərt reaksiyasının təsadüfi olmadığını deyib və ümumiyyətlə, Bakının heç vaxt Rusiyanın strateji tərəfdaşı olmadığını qeyd edib.

Nəşr xatırladıb ki, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiya dövlət və özəl qurumlarının ölkəmizdə keçirəcəyi bütün mədəni tədbirləri ləğv edib. Buna səbəb Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının Sverdlovsk vilayətində azərbaycanlılara qarşı məlum hərəkətləri olub.

Zatulin deyib ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqının, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü deyil. Hansı ki, məhz bu təşkilatların üzvlərinə münasibətdə “strateji tərəfdaş” ifadəsi işlədilir. Eyni zamanda, onu da əlavə edib ki, hətta belə üzvlük də “açıq anti-Rusiya kursunun həyata keçirilməsindən” qorumur. 

Bundan əlavə, Zatulin iddia edib ki, məhz Qarabağ ermənilərdən təmizləndikdən sonra artıq Azərbaycan Rusiyanın reaksiyasını nəzərə almır: “Bundan sonra Azərbaycan rəhbərliyinin Rusiyanın mümkün mənfi reaksiyası ilə hesablaşmağa və ya Rusiyanın bu cür hərəkətlərə müdaxiləsindən ehtiyatlanmağa heç bir əsası qalmadı. (Azərbaycanın) Rusiya ilə xüsusi münasibətləri vurğulamaq zərurəti artıq vacib olmaqdan çıxıb”.

Onun sözlərinə görə, Qarabağ məsələsi olmadan belə, Azərbaycan da Rusiya kimi ticarət-iqtisadi sahədə qarşılıqlı əməkdaşlıqdan faydalanmalıdır. O xatırladıb ki, Azərbaycandan olan xeyli sayda insan Rusiyada əmək miqrantı kimi çalışır, Rusiya vətəndaşları arasında da xeyli sayda azərbaycanlılar var: "Lakin eyni zamanda, bizim yanlış təsəvvürümüzün əksinə olaraq, Azərbaycan müstəqilliyinin bütün tarixi boyu əvvəldən bizimlə heç vaxt strateji tərəfdaş olmayıb. Bizim Azərbaycandan şimal-cənub dəhlizinin elementi kimi istifadə etmək planlarımız, fikrimcə, çox problemlidir. Bu iş davam etsə də, hələlik irəliləyişə səbəb olmayıb".

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri